sosial media
Sosial sahibkar Rəbiyyə Məmmədova polis bölməsində fiziki zorakılığa məruz qalıb.
Bu barədə o, “Facebook” hesabında məlumat verib.
Məmmədova qeyd edib ki, o, İqtisadiyyat Nazirliyi önündə oturaq aksiya keçirərkən mühafizəçilər tərəfindən ordan uzaqlaşması tələb olunub.
Uzaqlaşmadıqda isə, o, nazirliyin Mühafizə İdarəsinin rəisinin tapşırığı ilə 23-cü polis bölməsinə aparılıb və burda polis tərəfindən döyülüb.
Məmmədova oturaq aksiyasına davam edəcəyini bildirib.
O, sosial təşəbbüsü üçün kredit ayrılmamasından şikayət edir.
Məmmədova deyir ki, söhbət 15000 manatlıq kreditdən gedir və onlar bu məbləği faizi ilə geri qaytaracaqlar, lakin kredit verilmir.
Rəbiyyə Məmmədova 2022-ci ildə yaratdığı “Sapla” adlı sosial təşəbbüsünün fəaliyyətinin davam etdirilməsinə əngəllər yaradıldığını bildirir.
O, bir neçə gün əvvəl bununla bağlı prezident İlham Əliyevə də müraciət ünvanlayıb.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
APA
DW.com