Məhkəmə

İşçi hüquqları fəalı Afiəddin Məmmədov həbsdə qalıb 

9 Aprel, 2025
787

Afiəddin Məmmədovun sosial media hesabı

Bakı Apellyasiya Məhkəməsi işçi hüquqları fəalı Afiəddin Məmmədova qarşı hökmü qüvvədə saxlayıb. 

Xuliqanlıqda ittiham edilən “İşçi Masası” Həmkarlar İttifaqları Konfederasiyasının sədri Məmmədov bu il yanvarın 14-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 8 il muddətinə azadlıqdan məhrum edilib. 

Aprelin 9-da Məmmədovun vəkili Zibeydə Sadıqova jurnalist Ülviyyə Əliyə deyib ki, fəal prosesdə çıxış edərkən hakim onun sözünü mütəmadi olaraq kəsib.

Buna baxmayaraq Məmmədov çıxışına davam edib və “yaşasın işçilərin mübarizəsi” deməklə çıxışını bitirib. 

Bu zaman Penitensiar Xidmətin əməkdaşları onun əlindən kağızı alıb hakimə veriblər, özünü isə şüşə qəfəsə salıblar. 

Sadıqova bildirib ki, Məmmədovla məsləhətləşdikdən sonra Ali Məhkəməyə müraciət edəcəklər.

Afiəddin Məmmədov 2023-cü il sentyabrın 20-dən həbsdədir. 

Ona Cinayət Məcəlləsinin xuliqanlıq niyyətilə qəsdən bədənə ağır xəsarət yetirmə və silah qismində əşyadan istifadə etməklə xuliqanlıq maddələrilə ittiham verilib. 

O, ilk dəfə 2023-cü ildə kuryerlərin mopedlərinin kütləvi şəkildə cərimə meydançasına aparılmasıyla əlaqədar avqustun 1-də keçirilən etiraz aksiyası zamanı saxlanılmış, 30 sutka inzibati həbs cəzası almışdı. 

Bir neçə gün sonra “İşçi Masa”sının digər üzvləri Elvin Mustafayev və Ayxan İsrafilov narkotik ittihamı ilə həbs edilmişdilər.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Məhkəmə

"Meydan TV işi": Jurnalist kağız israfına görə müstəntiqə cinayət işi açılmasını istəyib 

12 Dekabr 2025

Foto/kollaj: Meydan TV

Dekabrın 12-də Bakı Ağır Cinayətlər Məhkəməsində “Meydan TV işi” üzrə həbs olunmuş şəxslərin məhkəmə prosesi başlayıb.  "Meydan TV"-nin xəbərinə görə, hakim Aytən Əliyevanın sədrlik etdiyi prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib. Daha sonra təqsirləndirilən şəxslərin vəkilləri vəsatətlərlə çıxış ediblər. Onlar müvəkkillərinin şüşə arxasında deyil, zalda əyləşməsini istəyiblər. Məhkəmə vəsatəti təmin edib, lakin gələn prosesdən təqsirləndirilən şəxslərin zalda əyləşməsinə qərar verilib.  Bugünkü prosesdə isə təqsirləndirilən şəxslərdən jurnalist Ülviyyə Quliyeva (Əli) nəfəsinin çatmadığını dediyi üçün məhkəmə onun zalda vəkilinin yanında oturmasına razılıq verib. Ü.Əlinin yaxınları bildirib ki, o, məhkəmədə kağız israfına görə Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) müstəntiqi və əməliyyatçılarına qarşı...
Məhkəmə

“Azər Qasımlı işi”: ‘Təhdid var idisə, niyə polisə şikayət etmədin?’

11 Dekabr 2025

Foto: açıq mənbə

Dekabrın 10-da Bakı Ağır Cinayətlər Məhkəməsində Siyasi Menecment İnstitutunun həbsdə olan direktoru Azər Qasımlının işi üzrə məhkəmə prosesi davam edib. Proses zamanı sənədlərin tədqiqi mərhələsinə başlanılıb. A.Qasımlının və zərərçəkən qismində çıxış edən Qurbanəli Yusifovun istintaqa verdiyi ifadələr, Mingəçevir Şəhər Məhkəməsinin əvvəlki qərarı və digər istintaq materialları hakim Telman Hüseynov tərəfindən elan olunub. Sənədlər oxunduqca müdafiə tərəfi Q.Yusifovun ifadəsindəki şübhəli məqamlara diqqət çəkib. Vəkillər bildirib ki, “zərərçəkən” A.Qasımlının onu 2022-2023-cü illərdə borca görə atasını öldürməklə və oğlunu qaçırmaqla hədələdiyini desə də, bununla bağlı hüquq-mühafizə orqanlarına müraciət etməyib. A.Qasımlı da qeyd edib ki, 2024-cü ilin aprelində Q.Yusifovun ona olan borcu ilə əlaqədar...

Seçilmiş Videolar

Toplum TV loqo