Siyasət

Tramp: Azərbaycanın İsraillə dostluğunu yüksək qiymətləndirirəm

10 Aprel, 2025
58

açıq mənbədən götürülüb

ABŞ Prezidenti Donald Tramp Azərbaycanın İsraillə dostluğunu və bu ölkəyə dəstəyini yüksək qiymətləndirir. 

O, bunu Azərbaycan Prezidenti İlham Əliyevə Novruz Bayramı münasibətilə göndərdiyi məktubda bildirib. 

Azərbaycan prezidentinin rəsmi saytında aprelin 10-u dərc olunan məktub ABŞ tərəfindən ictimailəşdirilməyib. 

“Ölkələrimizin uzun müddət birgə işləmək tarixi var və mən gələcək illərdə nail ola biləcəyimiz böyük işləri səbirsizliklə gözləyirəm”, məktubda qeyd edilib. 

ABŞ Prezidenti, həmçinin Azərbaycan və Ermənistanın “regiona sülh gətirmək üçün atdığı addımları alqışladığını” yazıb. 

“Birləşmiş Ştatlar Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyünün davamlı tərəfdarı olaraq qalır”, o əlavə edib. 

İlham Əliyev aprelin 9-da ADA Universitetində etdiyi çıxışında Tramp administrasiyası ilə münasibətlərin gedişindən razı olduğunu deyib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Siyasət

“Amnesty”: “Sırf hökuməti tənqid etdiyinə görə həbs edilən Tofiq Yaqublu azad edilməlidir”

11 Aprel 2025

sosial media

“Amnesty International” insan hüquqları təşkilatı həbsdə olan Milli Şura və Müsavat Partiyası üzvü Tofiq Yaqublunun azad edilməsi üçün çağırış edib.  “Tofiq Yaqublu illərdir Azərbaycan hakimiyyəti tərəfindən siyasi motivli təqiblərə və pis rəftara məruz qalıb. Bu dəfə təkcə onun azadlığı deyil, sağlamlığı və həyatı təhlükə altındadır. Onun vəziyyəti xeyli pisləşir və hər keçən günün önəmi var”, təşkilatın Şərqi Avropa və Mərkəzi Asiya üzrə direktoru Mari Struters bildirib.  “Azərbaycan hakimiyyəti sırf hökuməti açıq şəkildə tənqid etdiyinə görə həbs edilən Tofiq Yaqublunu dərhal və qeyd-şərtsiz azad etməli və təcili olaraq onun bütün lazımi səhiyyə xidmətlərindən istifadəsini təmin etməlidir”, o əlavə edib.  Tofiq Yaqublu...
Siyasət

"Amnesty İnternational" 10 gündür aclıq edən Tofiq Yaqublu üçün kampaniyaya başlayır

10 Aprel 2025

açıq mınbədən götürülüb

“Amnesty International” beynəlxalq təşkilatı Azərbaycanda həbsdə olan Müsavat Partiyasının və Milli Şuranın üzvü Tofiq Yaqublunun azadlığa çıxması tələbi ilə kampaniyaya başlayacaq.  Tofiq Yaqublu artıq 10-cü gündür ki, təcridxanada aclıq aksiyası keçirir.  Kampaniyanın başladılması barədə Niderlandda yaşayan hüquq müdafiəçisi Arif Yunusov “Facebook” hesabında məlumat verib. O deyib ki, təşkilat bu haqda onun özünə bildirib: ““Amnesty” bütün dünyada onun (Tofiq Yaqublunun-red) azadlığa buraxılması tələbilə təcili kampaniyaya başlayır və bu kampaniyada bir çox ölkələr iştirak edəcək. Onlar bizdən soruşurlar: “Başqa nə edə bilərik?””  Yaqublunun vəkili Nemət Kərimlinin aprelin 9-da bildirdiyinə görə, Yaqublu “çox halsızdır və yeriməkdə çətinlik çəkir”.  O əlavə edib ki, ailəsinin...

Seçilmiş Videolar

Toplum TV loqo