Məhkəmə

Teymur Kərimovun işi yenidən Ağır Cinayətlər Məhkəməsinə qaytarıldı

10 Aprel, 2025
43

Meydan TV

Aprelin 10-da “Kanal-11" internet televiziyasının rəhbəri Teymur Kərimovun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.

Bakı Apellyasioya Məhkəməsində keçirilən proesdə birinci instansiya məhkəməsinin protokollarına baxışdan sonra məhkəmə qərar qəbul edib.

Qərara əsasən, iş yenidən baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə geri göndərilib.

Teymur Kərimov ötən il dekabrın 28-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 8 il müddətinə azadlıqdan məhrum edilib. Həmçinin onun 2 il  jurnalistika fəaliyyəti ilə məşğul olması qadağan edilib.

O, Cinayət Məcəlləsinin hədə-qorxu yolu ilə tələb etmə maddəsi ilə ittiham elan edilib.

Özü  ittihamları qəbul etməyib, həbsini jurnalist fəaliyyəti ilə əlaqələndirib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Məhkəmə

Hakimiyyəti tənqid edən keçmiş diplomat 7 il azadlıqdan məhrum edildi

11 Aprel 2025

VOA

Aprelin 11-də Bakı Ağır Cinayətlər Məhkəməsində keçmiş diplomat Emin İbrahimovun cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb. O, qəsdən sağlamlığa ağır zərər vurmaqda təqsirli bilinərək 7 il  müddətə azadlıqdan məhrum edilib. Məhkəmənin hökmünə əsasən, Emin İbrahimova Cinayət Məcəlləsinin xuliqanlıq maddəsi ilə elan edilmiş ittiham ləğv edilib. O, son sözündə bəraət istəyib. İttihama görə, E.İbrahimov ötən il iyulun 22-də Nizami rayonunda səki ilə hərəkətdə olarkən, əvvəllər tanımadığı Kamal Şükürovla toqquşub. Aralarında yaranmış mübahisə zəminində onlar bir-birini təhqir edib, zor tətbiq edib, dalaşıblar. Həmin vaxt E. İbrahimov cibində gəzdirdiyi bıçaqla K.Şükürovu qarnından bıçaqlayaraq sağlamlığına ağır zərər vurub. Emin İbrahimov ötən proseslərin birində...
Məhkəmə

AİHM azərbaycanlı ərizəçilərə kompensasiya məbləğini niyə azaldır?

10 Aprel 2025

AİHM

Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) son illərdə Azərbaycana dair baxdığı işlərdə əsaslı dəyişikliklər nəzərə çarpır.  Belə ki, Məhkəmənin Azərbaycan hökumətinin birtərəfli bəyanatları  əsasında çıxardığı qərarlar, tərəflərin barışığı əsasında çıxarılan qərarlara nisbətdə, üstünlük təşkil edir. Həmçinin, Məhkəmənin azərbaycanlı zərərçəkənlər üçün təyin etdiyi kompensasiya məbləğlərində də ciddi azalma var.  Vəkil Fariz Namazlı Toplum TV-ə bildirir ki, bir neçə il əvvəl Məhkəmə, məsələn, Avropa İnsan Hüquqları Konvensiyasının 3-cü maddəsi- işgəncəyə məruz qalmamaq hüququnun pozuntusunu tanındıqda, mənəvi zərərə görə 15000-20000 avro kompensasiya təyin edirdi. İndi isə bu məbləğ 7000-13000 avro arası dəyişir.  “Məhkəmənin bu məbləği hansı kriteriya əsasında müəyyən etməsi müəyyən deyil və məhkəmə...

Seçilmiş Videolar

Toplum TV loqo