açıq mənbədən götürülüb
Azərbaycan ordusunun daha bir əsgərinin vəfat etdiyi bildirilir.
Hərbi Prokurorluğun mətbuat xidmətinin məlumatına görə, Şirxan Söhrab oğlu Quliyevin ölüm faktı əsasında Şəmkir Hərbi Prokurorluğunun və Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Kriminalistika və İnformasiya Texnologiyaları idarəsinin əməkdaşları tərəfindən müvafiq baxışlar aparılıb.
Məlumata görə, məhkəmə tibbi ekspertin iştirakı ilə meyitin xarici və daxili müayinəsi keçirilib, eləcə də digər hərəkətlər icra edilib.
Fakt üzrə Şəmkir Hərbi Prokurorluğunda cinayət işi açılıb.
“Şahidlər dindirilib, müxtəlif ekspertizalar təyin edilərək, icraya yönəldilib və digər istintaq hərəkətləri həyata keçirilib. Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi, o cümlədən hər bir fakta və əmələ hüquqi qiymət verilməsi təmin olunacaq”, – Hərbi Prokurorluğun məlumatında qeyd olunub.
Bu, son bir həftədə qeydə alınan ikinci ölüm faktıdır. Fevralın 24-də daha bir əsgər vəfat etmişdi.
Müdafiə Nazirliyindən bildirilirdi ki, 1 ayın ərgəri Maqbet Məcidova vaskulit (damar divarının iltihabı-red.) diaqnozu qoyulub və o, bu xəstəlikdən həyatını itirib.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
açıq mənbədən götürülüb
açıq mənbədən götürülüb
Tofiq Yaqublu hakimə: “Sayənizdə 64 yaşımı da həbsdə keçirtdim”
Şahnaz Bəylərqızının vəkili: “Rezonans doğuracaq ifadədən söhbət gedə bilməz”
Anar Əliyev məhkəmədə Fazil Qasımovu və vəkilini ölümlə hədələyib
NHK: Ölkənin müstəqillik tarixində heç vaxt bu qədər qadın jurnalist sərt cəzalandırılmamışdı
Emal sənayesinin ÜDM-dəki payına görə Azərbaycan MDB-nin autsayderidir