açıq mənbədən götürülüb
Bakıda daha iki nəfərin texniki spirtdən zəhərlənərək öldüyü bildirilir.
Məlumata görə, Xəzər rayon sakini, 1975-ci il təvəllüdlü Dadaş Kərimov və Səbail rayon sakini, 1982-ci il təvəllüdlü Sadiq Səmədov spirtli içkidən zəhərlənərək ölüb.
Son bir neçə gündə Bakıda texniki spirtdən zəhərlənərək ölənlərin sayı iyirmini keçib.
Artıq Baş Prokurorluq cinayət işinin istintaqı çərçivəsində (CM-in 314.3-cü maddəsi – iki və daha çox şəxsin ölümünə səbəb olan səhlənkarlıq) “Starlyuks” markalı gigiyenik vasitənin istehsalçısı Səbuhi Xanhüseynovu həbs edib.
Sosial şəbəkələrdə Səbuhi Xanhüseynovun həbsi müzakirələrə səbəb olub. Belə hesab edilir ki, sahibkar gigiyenik vasitə istehsal edib və onun qəbulundan baş verən ölümlərə görə məsuliyyət daşıya bilməz.
Baş Prokurorluğun məlumatında qeyd edilir ki, yoxlanılarkən, gigiyenik vasitənin (spirt) tərkibində insan həyatı və sağlamlığı üçün təhlükəli olan metil spirti aşkar edilib.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
açıq mənbədən götürülüb
açıq mənbədən götürülüb
Tofiq Yaqublu hakimə: “Sayənizdə 64 yaşımı da həbsdə keçirtdim”
Şahnaz Bəylərqızının vəkili: “Rezonans doğuracaq ifadədən söhbət gedə bilməz”
Anar Əliyev məhkəmədə Fazil Qasımovu və vəkilini ölümlə hədələyib
NHK: Ölkənin müstəqillik tarixində heç vaxt bu qədər qadın jurnalist sərt cəzalandırılmamışdı
Emal sənayesinin ÜDM-dəki payına görə Azərbaycan MDB-nin autsayderidir