Cəmil Həsənli: “Şahnaz xanım kimi təmiz adam həbs edilirsə, ölkəni həbsxana elan etsinlər”
“İndi 37-də olduğu kimi gecələr həbslər həyata keçirirlər. Saat 2-də adamın evinə basqın ediblər. Elə bil qaçaq-quldur, uzun müddət axtarışda olan canini yaxalayıblar”.
Bunu, Milli Şuranın sədri Cəmil Həsənli jurnalistlər Şəmşad Ağa və Şahnaz Bəylərqızının həbsinə münasibət bildirərkən deyib.
“Abzasçılar, Toplumçular, Meydançılar tutulandan sonra gecə-gündüz işləyirdi, çalışırdı. Həm mətbuat üçün, həm də həbsdə olan qələm dostları üçün”, Milli Şuranın sədri bildirib.
C. Həsənli Şahnaz Bəylərqızının həbsi haqqında isə fikirlərini belə ifadə edib: “Azərbaycan mətbuatının aydan-arı, sudan-duru, kübar, son dərəcə mütəvazi, xanım-xatun bir qələm sahibini də həbs etdilər.
Əgər Şahnaz xanım kimi təmiz, vicdanlı bir adam həbs edilirsə, gərək bir sərəncam verib bu ölkəni özü boyda həbsxana elan etsinlər”.
"Toplum TV"də aparıcı və redaktor işləmiş jurnalist Şahnaz Bəylərqızı (Hüseynova) dünən günorta saatlarında “Toplum TV” işi üzrə şübhəli şəxs qismində saxlanılıb.Yaxınlarının bildirdiyinə görə, onun mənzilində axtarış aparılıb, evdən elektron əşyalar götürülüb.
Fevralın 5-i gecə saatlarında Arqument.az saytının baş redaktoru, jurnalist Şəmşad Ağa “Meydan TV işi” üzrə şübhəli şəxs qismində saxlanılıb.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
Azərbaycan hakimiyyəti USAID-in fəaliyyətinin dayandırılması ilə bağlı ABŞ-a bildiriş göndərib
npr.org
Niyə Qarabağda evlər başqa rayonlarla müqayisədə çox baha tikilir?
Regionları inkişaf etdirmədən Bakını tıxacdan xilas etmək olarmı?
Kənd təsərrüfatında durğunluq: istehsal azalır, idxal artır
Məhkəmə Qubad İbadoğlunu dindirməyəcək
İmişlidə gücləndirilmiş rejim: “İnzibati binaların, parkların ətrafında polis qarovul çəkir, yaxın rayonlardan polis dəstəyi gəlib”