Nyu-Yorkda mənzillənən Jurnalistləri Müdafiə Komitəsi (CPJ) Arqument.az saytının baş redaktoru Şəmşad Ağanın həbsini pisləyir, Azərbaycan hakimiyyətini onu və həbsdə olan digər jurnalistləri azad etməyə çağırır (Azadlıq Radiosu).
"Şəmşad Ağanın həbsi Azərbaycan hakimiyyətinin ölkədəki kiçik və sıxışdırılmış media icmasını susdurmağa, daha da məhdudlaşdırmağa yönəlik amansız niyyətini ortaya qoyur. Hökumət mediaya bu görünməmiş təzyiqi dərhal dayandırmalı, Ağanı və digər haqsız həbs olunmuş jurnalistləri azad etməlidir", – CPJ bildirib.
Qurum Azərbaycanda son 15 ayda 21 jurnalistin saxlandığını bildirir. Azərbaycan 2024-cü ildə dünyada ən çox jurnalistin həbsdə olduğu 10 ölkə sırasında yer alıb. Şəmşad Ağa bir neçə il öncə “Toplum TV”-də “Debat” verilişinin aparıcısı olub. Ötən il iyulun 5-də jurnalist Bakı Şəhər Baş Polis İdarəsində “Toplum TV işi” üzrə şahid qismində dindirilib. İstintaq orqanı onun ölkədən çıxışına qadağa qoyub. Ötən il dekabrın 6-da “Meydan TV işi” üzrə nəşrin baş redaktoru Aynur Elgünəş (Qəmbərova), jurnalistlər Aytac Tapdıq (Əhmədova), Natiq Cavadlı, Xəyalə Ağayeva, Aysel Umudova, Ramin Deko (Cəbrayılzadə) və Bakı Jurnalistika Məktəbinin direktor müavini Ülvi Tahirov həbs ediliblər. Qaçaqmalçılıqda ittiham olunan jurnalistlər peşə fəaliyyətinə görə cəzalandırıldıqlarını bildirirlər.
Son zamanlar ölkədə 20-dən çox jurnalist həbs edilib. Bunların əksəriyyəti “Abzas Media”, “Toplum TV” və “Meydan TV”-nin əməkdaşlarıdır. Onların hamısı rəsmi ittihamı rədd edir, hakimiyyəti tənqid etdiklərinə, korrupsiya araşdırmalarına görə həbsdə olduqlarını deyirlər.
Azərbaycan hakimiyyətisə ölkədə söz, fikir azadlığı daxil bütün hüquq və azadlıqların təmin edildiyini, heç kimin peşə fəaliyyətinə görə təqib olunmadığını bildirir.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
Azərbaycan hakimiyyəti USAID-in fəaliyyətinin dayandırılması ilə bağlı ABŞ-a bildiriş göndərib
npr.org
Cəmil Həsənli: “Şahnaz xanım kimi təmiz adam həbs edilirsə, ölkəni həbsxana elan etsinlər”
Niyə Qarabağda evlər başqa rayonlarla müqayisədə çox baha tikilir?
Regionları inkişaf etdirmədən Bakını tıxacdan xilas etmək olarmı?
Kənd təsərrüfatında durğunluq: istehsal azalır, idxal artır
Məhkəmə Qubad İbadoğlunu dindirməyəcək
İmişlidə gücləndirilmiş rejim: “İnzibati binaların, parkların ətrafında polis qarovul çəkir, yaxın rayonlardan polis dəstəyi gəlib”