Ölkə

CPJ Şəmşad Ağanı və digər jurnalistləri azad etməyə çağırır

6 Fevral, 2025
56

Nyu-Yorkda mənzillənən Jurnalistləri Müdafiə Komitəsi (CPJ) Arqument.az saytının baş redaktoru Şəmşad Ağanın həbsini pisləyir, Azərbaycan hakimiyyətini onu və həbsdə olan digər jurnalistləri azad etməyə çağırır (Azadlıq Radiosu).

"Şəmşad Ağanın həbsi Azərbaycan hakimiyyətinin ölkədəki kiçik və sıxışdırılmış media icmasını susdurmağa, daha da məhdudlaşdırmağa yönəlik amansız niyyətini ortaya qoyur. Hökumət mediaya bu görünməmiş təzyiqi dərhal dayandırmalı, Ağanı və digər haqsız həbs olunmuş jurnalistləri azad etməlidir", – CPJ bildirib.

Qurum Azərbaycanda son 15 ayda 21 jurnalistin saxlandığını bildirir. Azərbaycan 2024-cü ildə dünyada ən çox jurnalistin həbsdə olduğu 10 ölkə sırasında yer alıb. Şəmşad Ağa bir neçə il öncə “Toplum TV”-də “Debat” verilişinin aparıcısı olub. Ötən il iyulun 5-də jurnalist Bakı Şəhər Baş Polis İdarəsində “Toplum TV işi” üzrə şahid qismində dindirilib. İstintaq orqanı onun ölkədən çıxışına qadağa qoyub. Ötən il dekabrın 6-da “Meydan TV işi” üzrə nəşrin baş redaktoru Aynur Elgünəş (Qəmbərova), jurnalistlər Aytac Tapdıq (Əhmədova), Natiq Cavadlı, Xəyalə Ağayeva, Aysel Umudova, Ramin Deko (Cəbrayılzadə)  və Bakı Jurnalistika Məktəbinin direktor müavini Ülvi Tahirov həbs ediliblər. Qaçaqmalçılıqda ittiham olunan jurnalistlər peşə fəaliyyətinə görə cəzalandırıldıqlarını bildirirlər.
 

Son zamanlar ölkədə 20-dən çox jurnalist həbs edilib. Bunların əksəriyyəti “Abzas Media”, “Toplum TV” və “Meydan TV”-nin əməkdaşlarıdır. Onların hamısı rəsmi ittihamı rədd edir, hakimiyyəti tənqid etdiklərinə, korrupsiya araşdırmalarına görə həbsdə olduqlarını deyirlər. 

Azərbaycan hakimiyyətisə ölkədə söz, fikir azadlığı daxil bütün hüquq və azadlıqların təmin edildiyini, heç kimin peşə fəaliyyətinə görə təqib olunmadığını bildirir.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Ölkə

Azərbaycan hakimiyyəti USAID-in fəaliyyətinin dayandırılması ilə bağlı ABŞ-a bildiriş göndərib

6 Fevral 2025

npr.org

Rəsmi Bakı USAID-in Azərbaycanda fəaliyyət göstərməsi üçün hüquqi əsas olmadığı və fəaliyyətinin dayandırılması barədə ABŞ tərəfinə rəsmən bildiriş göndərib. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə bildirib (APA). Donald Trampın ABŞ Prezidenti seçilməsindən sonra ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) adlı iri donor təşkilatının fəaliyyətini məhdudlaşdırmasına yönəlmiş qərarlar qəbul edilib.  Elon Musk isə bu agentliyin cinayətkar təşkilat olduğunu bildirib.  Agentliyin “X”-dəki hesabı da ləğv olunub.  Yanvarın 16-da Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov USAID-in Azərbaycanda fəaliyyət göstərməsinin hüquqi əsasının olmadığını bildirib.  Onun sözlərinə görə, de-yure bu müddət 2024-cü ilin iyununda başa çatıb.  Bundan öncə dekabrın sonunda Prezident İlham...
Ölkə

Cəmil Həsənli: “Şahnaz xanım kimi təmiz adam həbs edilirsə, ölkəni həbsxana elan etsinlər”

6 Fevral 2025
“İndi 37-də olduğu kimi gecələr həbslər həyata keçirirlər. Saat 2-də adamın evinə basqın ediblər. Elə bil qaçaq-quldur, uzun müddət axtarışda olan canini yaxalayıblar”.  Bunu, Milli Şuranın sədri Cəmil Həsənli jurnalistlər Şəmşad Ağa və Şahnaz Bəylərqızının həbsinə münasibət bildirərkən deyib. “Abzasçılar, Toplumçular, Meydançılar tutulandan sonra gecə-gündüz işləyirdi, çalışırdı. Həm mətbuat üçün, həm də həbsdə olan qələm dostları üçün”, Milli Şuranın sədri bildirib. C. Həsənli Şahnaz Bəylərqızının həbsi haqqında isə fikirlərini belə ifadə edib: “Azərbaycan mətbuatının aydan-arı, sudan-duru, kübar, son dərəcə mütəvazi, xanım-xatun bir qələm sahibini də həbs etdilər. Əgər Şahnaz xanım kimi təmiz, vicdanlı bir adam həbs edilirsə, gərək bir sərəncam...

Seçilmiş Videolar

Toplum TV loqo