Ölkə

Dini icma üzvünə sui-qəsd hazırladığı iddia olunan iki nəfər saxlanılıb - DTX

14 Yanvar, 2025
16

DTX

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Azərbaycanda fəaliyyət göstərən dini icmalardan birinin üzvünə qarşı terror aktı hazırladıqları iddia olunan iki nəfərin saxlanılması haqda xəbər yayıb.

Bunlardan birinin Gürcüstan, digərinin  Azərbaycan vətəndaşı olduğu deyilir.

Saxlanılan şəxslərdən birinin narkotik vasitələrin qaçaqmalçılığı ilə məşğul olduğu bildirilir. İddia olunur ki, 2024-cü ilin sentyabrında üçüncü ölkədə səfərdə olarkən, bu ölkənin xüsusi xidmət orqanı ona Azərbaycandakı dini icma üzvünə 200.000 dollar müqabilində sui-qəsd təşkil etməsini təklif edib.

Məlumata görə, o, Bakıya gələrək başqa bir şəxslə birgə dini icma üzvü barədə məlumatlar toplayıb, onun yaşayış və iş yerinin məkan göstəricilərini mobil telefon tətbiqi vasitəsilə xarici xüsusi xidmət orqanı nümayəndəsinə göndərib.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 28, 214.2.1, 274, 276 və digər maddələri ilə cinayət işi açıldığı deyilir. 

DTX-nın məlumatında nə üçüncü ölkənin, nə də üzvünə sui-qəsd təşkil edildiyi bildirilən dini icmanın adı açıqlanır.

Rəsmi qurumun adlarını açıqladığı həmin şəxslərin yaxınları və ya vəkilləri deyilənlərə hələlik münasibət bildirməyiblər.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Ölkə

Qubad İbadoğlu: “Şəxsiyyət vəsiqəm fəaliyyətsizdir”  

10 Yanvar 2025

Sueddeutsche.de

“Mobil notarius və ASAN xidmət sistemində Qubad İbadoğlu adı ilə heç bir əməliyyat aparmaq mümkün deyil”  İqtisadçı alim və siyasətçi Qubad İbadoğlu ev dustaqlığına buraxıldıqdan sonra şəxsiyyət vəsiqəsinin fəaliyyətsiz olduğunu deyir.  Bu haqda Turan-a danışan İbadoğlunun sözlərinə görə, şəxsiyyət vəsiqəsi 2031-ci il avqustun 4-dək etibarlı olsa da, bu sənəddən istifadə edə bilmir. O bildirir ki, şəxsiyyət vəsiqəsi  ilə notarial qaydada etibarnamə vermək və ya əldə etmək hüququ məhdudlaşdırılıb. Bundan başqa, mobil notarius və ASAN xidmət sistemində Qubad İbadoğlu adı ilə heç bir əməliyyat aparmaq mümkün deyil.  İbadoğlunun söylədiyinə görə, sistemə FİN məlumatlarını daxil edərkən, “daxil olmuş FİN əsasında  vəsiqə məlumatı...
Ölkə

Əməliyyat zamanı ad günü keçirilən xəstəxananın işçiləri cərimələnib - Səhiyyə Nazirliyi 

10 Yanvar 2025
Səhiyyə Nazirliyi mama-ginekoloq Ləman Əliyevanın əməliyyat zamanı doğum gününü qeyd etməsi ilə bağlı “German Hospital”da yoxlamalar aparıb və dörd əməkdaşı cərimələyib. Bu haqda nazirlikdən Modern.az-a bildirilib ki, xidməti yoxlama zamanı inzibati xətanın törədilməsi aşkarlanıb və bununla əlaqədar işçi heyətin dörd məsul üzvünə 500 manat məbləğində cərimə nəzərdə tutulmaqla inzibati xəta haqqında protokollar tərtib edilərək, icraata göndərilib. “Nəzarət tədbirləri zamanı nöqsanlar aşkar olunduqda müvafiq qanunvericilikdə nəzərdə tutulan qaydada inzibati tənbeh tədbirləri (inzibati cərimə) görülür, təkrar aşkar edildikdə əlavə tədbirlər həyata keçirilir. Xüsusi ağır hallarda, həmçinin ölüm faktları zamanı isə bu məsələ məhkəmə-tibbi ekspertizası və hüquq-mühafizə orqanlarının səlahiyyətinə keçir", - nazirliyin açıqlamasında...

Seçilmiş Videolar

Toplum TV loqo