Əməliyyat zamanı ad günü keçirilən xəstəxananın işçiləri cərimələnib - Səhiyyə Nazirliyi
Səhiyyə Nazirliyi mama-ginekoloq Ləman Əliyevanın əməliyyat zamanı doğum gününü qeyd etməsi ilə bağlı “German Hospital”da yoxlamalar aparıb və dörd əməkdaşı cərimələyib.
Bu haqda nazirlikdən Modern.az-a bildirilib ki, xidməti yoxlama zamanı inzibati xətanın törədilməsi aşkarlanıb və bununla əlaqədar işçi heyətin dörd məsul üzvünə 500 manat məbləğində cərimə nəzərdə tutulmaqla inzibati xəta haqqında protokollar tərtib edilərək, icraata göndərilib.
“Nəzarət tədbirləri zamanı nöqsanlar aşkar olunduqda müvafiq qanunvericilikdə nəzərdə tutulan qaydada inzibati tənbeh tədbirləri (inzibati cərimə) görülür, təkrar aşkar edildikdə əlavə tədbirlər həyata keçirilir. Xüsusi ağır hallarda, həmçinin ölüm faktları zamanı isə bu məsələ məhkəmə-tibbi ekspertizası və hüquq-mühafizə orqanlarının səlahiyyətinə keçir", - nazirliyin açıqlamasında qeyd olunur.
Bugünlərdə həkim Ləman Əliyeva əməliyyat zamanı xəstəxana işçilərinin ad gününü təbrik etməsi ilə bağlı görüntüləri sosial media hesabında paylaşmışdı. Bundan sonra məsələ müzakirələrə və tənqidə səbəb olmuşdu.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
Sueddeutsche.de
"Amnesty International" "Meydan TV" əməkdaşlarının azad edilməsi ilə bağlı kampaniyaya başlayıb
Meydan.tv
Sevinc Vaqifqızından diplomatlara müraciət: “Əliyevə çağırış etməkdənsə hərəkətə keçin” (YENİLƏNİR)
Əlləri qandallı Türkiyə vətəndaşının karsda döyüldüyü deyilir
Bakı İstintaq Təcridxanasından yazırlar
İctimai fəalın məhkəməsində ara qarışıb, məhkəməni izləməyə gələnlərdən ayaq altında qalan olub
6 il öncə minimum pensiyanın məbləği 10 kiloluq qida səbətinin dəyərinə bərabər idisə, gələn il bundan 270 qram çox olacaq.
Rəsmi statistikadakı 4,4 faizlik qida inflyasiyası niyə şübhə doğurur?