Ölkə

Həbsdə olan “Meydan”çılar pis rəftardan şikayət edir

4 Aprel, 2025
98

Meydan TV

“Meydan TV”nin həbsdə olan əməkdaşları saxlandıqları Bakı İstintaq Təcridxanasında pis rəftardan şikayətlənirlər. 

Onlar bunu aprelin 2-də Xətai rayon Məhkəməsində baş tutan prosesdə bildiriblər. 

Məhkəmə ayrı-ayrılıqda Meydan TV-nin Azərbaycan nümayəndəliyinin rəhbəri Aynur Elgünəş və jurnalistlər Natiq Cavadlı və Aytac Tapdıq haqlarında olan həbs qətimkan tədbirinin artırılması haqda təqdimata baxıb. 

Elgünəş və Cavadlı səhər saat 8 radələrindən məhkəmə binasına gətirilmələrinə baxmayaraq, axşama qədər “ac-susuz, qandalla saxlandıqlarını” bildiriblər. 

Bunun işgəncə olduğunu qeyd edən Cavadlı hakim Rəfael Sadıxovdan faktın araşdırılmasını, prokurorluğa sorğu göndərilməsini istəyib.

Jurnalistlər bir daha onlara qarşı sürülən ittihamları rədd ediblər və peşə fəaliyyətlərinə görə həbs olunduqlarını bildiriblər. 

Məhkəmə hər üç jurnalistin həbs qətimkan müddətinin 3 ay artırılması haqda qərar verib. 

2024-cü il dekabrın 6-da  Meydan TV-nin Azərbaycan nümayəndəliyinin rəhbəri Aynur Elgünəş, jurnalistlər Ramin Deko, Aynur Elgünəş, Aysel Umudova, Aytac Tapdıq, Xəyalə Ağayeva, Natiq Cavadlı saxlanılıblar. Onlara qarşı qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə maddəsi ilə ittiham irəli sürülüb. 

Meydan TV əməkdaşları ilə yanaşı, eyni gündə vətəndaş cəmiyyətinin üzvü Ülvi Tahirov da saxlanılıb. Eyni ittihamla onun da barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib. Onun Meydan TV-yə aidiyyəti yoxdur.

Jurnalist Şəmşad Ağa bu ilin fevralın 5-də “Meydan TV işi” ilə bağlı saxlanılıb və barəsində 2 ay 1 gün müddətinə həbs qətimkan tədbiri seçilib. 

Fevralın 20-də isə jurnalist Nurlan Libre də bu işlə əlaqəli saxlanılıb və barəsində 1 ay 17 gün müddətinə həbs qətimkan tədbiri seçilib.

Fatimə Mövlamlı da fevralın 28-də “Meydan TV” ilə əlaqəli cinayət işinə görə saxlanılıb və barəsində 1 ay 9 gün müddətinə həbs qərarı verilib.

Saxlanılan jurnalistlərin heç biri özünü təqsirli bilmir.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Ölkə

Sosial sahibkar Rəbiyyə Məmmədova polis bölməsində döyülüb

11 Aprel 2025

sosial media

Sosial sahibkar Rəbiyyə Məmmədova polis bölməsində fiziki zorakılığa məruz qalıb.  Bu barədə o, “Facebook” hesabında məlumat verib.  Məmmədova qeyd edib ki, o, İqtisadiyyat Nazirliyi önündə oturaq aksiya keçirərkən mühafizəçilər tərəfindən ordan uzaqlaşması tələb olunub.  Uzaqlaşmadıqda isə, o, nazirliyin Mühafizə İdarəsinin rəisinin tapşırığı ilə 23-cü polis bölməsinə aparılıb və burda polis tərəfindən döyülüb.  Məmmədova oturaq aksiyasına davam edəcəyini bildirib.  O, sosial təşəbbüsü üçün kredit ayrılmamasından şikayət edir.  Məmmədova deyir ki, söhbət 15000 manatlıq kreditdən gedir və onlar bu məbləği faizi ilə geri qaytaracaqlar, lakin kredit verilmir. Rəbiyyə Məmmədova 2022-ci ildə yaratdığı “Sapla” adlı sosial təşəbbüsünün fəaliyyətinin davam etdirilməsinə əngəllər yaradıldığını bildirir. ...
Ölkə

Tovuzda məktəbdə 5 şagird soba tüstüsündən zəhərlənib

11 Aprel 2025

APA

Tovuzun Rafael İsmayılov adına Düz Cırdaxan kənd məktəbinin 7-ci sinfindəki bir neçə şagird soba tüstüsündən zəhərlənib. Hadisə aprelin 11-də baş verib və şagirdlər zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. APA xəbəri Qazax-Tovuz Regional Təhsil İdarəsinə istinadən yayıb. Bildirilib ki, hadisə qaz sobasından dəm qazının sızması nəticəsində baş verib. 2024-cü ilin dekabrında Tovuzun Aşağı Quşçu kəndindəki 1 nömrəli məktəbinin 2 sinfində pelet sobasının tıxanması və tüstülünməsi nəticəsində 70-ə yaxın şagird və müəllim zəhərlənmişdi.

Seçilmiş Videolar

Toplum TV loqo