Azadlıq.org
“Meclis.info” saytının həbsdə olan təsisçisi İmran Əliyev noyabrın 18-də başladığı aclıq aksiyasını dayandırıb. O, heç bir cinayət törətmədiyini əsas gətirərək azadlığa buraxılmasını tələb edirdi (“Turan”).
Əliyev valideynlərilə telefon danışığında deyib ki, səhhəti pisləşdiyi üçün dünən aclıq aksiyasını dayandırmaq qərarına gəlib.
“Təcridxanada İmrana heç bir təzyiq olmayıb, aclıq aksiyasını dayandırmaq qərarını özü könüllü olaraq qəbul edib” – Əliyevin dostu Elgiz Qəhrəman “Turan “a belə deyib.
Əliyev aprelin 18-də, qaçaqmalçılıq ittihamı ilə saxlanılıb. Yaxınları bildiriblər ki, ona elektrik cərəyanı ilə işgəncə verərək günahını etiraf etməyə məcbur ediblər. Əliyev işgəncələr barədə məlumat yayımlandıqdan sonra yenidən döyüldüyünü bəyan edib.
Cinayət Məcəlləsinin 206.3.2-ci (qrup halında qaçaqmalçılıq) maddəsilə ittiham olunan Əliyevə aprelin 26-da 206.3.1-ci (təkrar qaçaqmalçılıq) maddəsi ilə də cinayət işi açılıb.
Noyabrın 7-də Xətai Rayon Məhkəməsində Əliyevin ev dustaqlığına buraxılması barədə vəsatəti təmin etməyib.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
azadliq.org
Rəsulzadənin sözlərinin əks edildiyi lövhə niyə yerinə qaytarılmayıb? - Nazirlikdən cavab
yeniavaz
“Tərtər işi”ndə general Hikmət Həsənovun köməkçsinə və başqalarına hökm oxundu
Ölkədən xaricə kapital axını niyə sürətlə artır?
Beynəlxalq iqlim konfransı keçirən Azərbaycanın bərbad iqlim statistikası
Qlobal İqlim Konfrasına ev sahibliyi edən Azərbaycanın Ekoloji Performans İndeksində yeri
BRİCS sammiti: Azərbaycan və Türkiyənin üzvlüyü niyə baş tutmadı?