Vəkildən Ombudsmana cavab: “İşgəncələrlə bağlı müraciəti araşdırmaq əvəzinə…”
azadliq.org
“Bu iddialar ki, onlar yalnız jurnalist olduqlarına görə həbs ediliblər, bu, qeyri-ciddi iddiadır, cəfəngiyyatdır” - İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Səbinə Əliyeva noyabrın 21-də "BBC Azərbaycanca"nın həbsdə olan jurnalistlərlə bağlı sualına cavab verərkən belə deyib.
O, jurnalistlərin həbsində siyasi motivlərin olmadığını və onların konkret cinayət işi üzrə həbs edildiklərini bildirib.
Məhbuslara işgəncə verilməsi halları ilə bağlı sualı isə Əliyeva belə cavablandırıb: "Bizim Aparata belə məlumatlar daxil olmayıb. Mütəmadi olaraq sosial şəbəkələrdə monitorinqlər aparırıq və ictimailəşən bu məsələlərlə bağlı başçəkmələr həyata keçiririk. Başçəkmələr zamanı hüquq pozuntusu aşkar edildildikdə müvafiq addımlar atırıq".
“Abzas Media"nın baş redaktoru Sevinc Vaqifqızının (Abbasova) vəkili Aqil Layic özünün Facebook hesabında Əliyevanın dediklərini təkzib edib.
"Sevinc Vaqifqızı və orda olan vəziyyətlə bağlı noyabrın 18-i saat 16-da müraciət etmişəm. Bir dəfə də olsun, düz danışın və insan hüquqları ilə məşğul olun”.
Vəkil Ombudsman aparatının müraciətlərə cavab vermədiyini vurğulayıb: “İşgəncələrlə bağlı müraciəti araşdırmaq əvəzinə, barəsində şikayət verdiyimiz orqana göndərirsiniz ki, bizə cavab yazsınlar".
Zaman-zaman Azərbaycanda həm saxlanılarkən zaman, həm də həbsdə olduğu müddətdə məhbuslara işgəncə verilməsilə bağlı məlumatlar yayılır. Rəsmi qurumlar bu xəbərlərlə bağlı sualları ya cavabsız qoyurlar, ya da təkzib edirlər.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
Azadlıq.org
Rəsulzadənin sözlərinin əks edildiyi lövhə niyə yerinə qaytarılmayıb? - Nazirlikdən cavab
yeniavaz
“Tərtər işi”ndə general Hikmət Həsənovun köməkçsinə və başqalarına hökm oxundu
Ölkədən xaricə kapital axını niyə sürətlə artır?
Beynəlxalq iqlim konfransı keçirən Azərbaycanın bərbad iqlim statistikası
Qlobal İqlim Konfrasına ev sahibliyi edən Azərbaycanın Ekoloji Performans İndeksində yeri
BRİCS sammiti: Azərbaycan və Türkiyənin üzvlüyü niyə baş tutmadı?