sosial media
“İşçi Masası” Həmkarlar İttifaqları Konfederasiyasının idarə heyətinin üzvü Sara Rəhimova sərbəst buraxılılb.
Məlumatı onun yaxınları yayıblar.
Hələlik onun hansı səbəbdən saxlanması barədə məlumat verilmir.
****
“İşçi Masası” Həmkarlar İttifaqları Konfederasiyasının idarə heyətinin üzvü Sara Rəhimovanın saxlanıldığı və ondan saatlardır xəbər alınmadığı deyilir.
Bu barədə onun yaxınları və təşkilatın üzvləri sosial mediada məlumat yayıblar.
Sara Rəhimova yaxınlarına zorakılıqla saxlanıldığını və hazırda polis bölməsinə aparıldığını bildirib.
Bildirilir ki, Sara Rəhimova polisə məxsus avtomobildə olduğunu əks etdirən foto paylaşıb.
“Onun Gənclik ərazisində saxlanıldığı ehtimal edilir. Hansı bölməyə aparıldığı və saxlanılma səbəbi bilinmir. Hazırda onunla əlaqə qurmaq mümkün deyil”, - yaxınları qeyd ediblər.
Azərbaycanda işçi hüquqlarını müdafiə etmək məqsədilə 2022-ci ildə yaradılmış “İşçi Masası” Həmkarlar İttifaqları Konfederasiyasının 4 üzvü hazırda həbsdədir.
Təşkilat kuryerlər, moped sürücüləri və digər zəif müdafiə olunan işçi qruplarının əmək hüquqları uğrunda mübarizə aparırdı.
Bu həbslər beynəlxalq insan hüquqları təşkilatları tərəfindən siyasi motivli və Azərbaycanın beynəlxalq öhdəliklərinə zidd olaraq qiymətləndirilir.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
açıq mənbədən götürülüb
GİPA