İqtisadiyyat

Azərbaycanda kartofun qiyməti niyə bahadır?

22 Aprel, 2025
405

açıq mənbədən götürülüb

Azərbaycanda kartofun qiymətində artım müşahidə olunur.

Bakı sakinləri bildirir ki, bir həftə əvvələ qədər bazar və marketlərdə keçən ilə aid olan kartofun kiloqramını 1 manata almaq mümkün idisə, artıq eyni məhsulun qiyməti 1 manat 80 qəpiyə qədər qalxıb. 

Təzə kartof isə bəzi mağazalarda hətta kiloqramı 5-6 manatdan satışa qoyulur.

Dövlət Statistika Komitəsinin məlumatına görə, martda ölkə daxilində kartofun pərakəndə satış qiyməti 1 manat 25 qəpik təşkil edib. 2024-cü ilin mart ayı ilə müqayisədə, qida məhsullarının qiymətində 6,7% artım müşahidə olunub.

Kənd təsərrüfatı üzrə mütəxəssis Vahid Məhərrəmli Toplum TV-yə bildirir ki, qiymət artımının əsas səbəbi Azərbaycanın özünün kartofa olan tələbatını ödəyə bilməməsidir.

O deyir ki, adambaşına ehtiyacı və toxumluq kartofa tələbatı ödəmək üçün Azərbaycanda 1,5 milyon ton kartof istehsal edilməlidir. Lakin ötən il 998 min ton kartof istehsal olunub.

Məhərrəmli əlavə edir ki, əslində torpaq və iqlim ehtiyatları səbəbilə Azərbaycanın hətta 2 milyon ton kartof istehsal etmə potensialı var.

“Bunun üçün isə məhsuldarlığı artırmaq lazımdır. Azərbaycanda kartof üçün toxum materialları nə istehsal olunur, nə də xaricdən gətirilir. Kartof becərmək üçün adi kartof yumrularından toxum kimi istifadə olunur, ona görə də məhsuldarlıq bizdə çox aşağıdır,” mütəxəssis deyir.

Martda Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi bildirib ki, qida mallarının, o cümlədən, kartofun qiyməti “bazar prinsiplərinə uyğun olaraq tələb və təklif əsasında təsərrüfat subyektləri tərəfindən sərbəst müəyyən olunur”.

Vahid Məhərrəmli buna cavab olaraq qeyd edir ki, Azərbaycanda bazar prinsipləri işlək deyil.

“Qiymətlər lazım olduqda süni şəkildə artırılır, çünki Azərbaycan bazarında monopoliya mövcuddur. İnhisarçılar dövlətdən aldıqları ucuz kreditlər hesabına saxlama anbarları inşa edirlər, kəndlilərdən aldıqları kartofu qış mövsümünə qədər orada saxlayırlar və qiyməti də onlar diqtə edirlər. İnhisarçılar da əsasən oliqarx məmurlardır,” o qeyd edir.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

İqtisadiyyat

Azərbaycan yeyinti məhsullarının 80%-ni Rusiyaya ixrac edir

7 İyul 2025

Foto: açıq mənbə

Azərbaycan və Rusiya arasında müəyyən yeyinti məhsulları üzrə ticarət dövriyyəsi artıb.  Bu barədə kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmli “Facebook” səhifəsində xəbər verib.  O, Dövlət Statistika Komitəsinin məlumatlarına istinadən bildirib ki, bu ilin yanvar-may aylarında Azərbaycan Rusiyaya meyvə-tərəvəz ixracını ötən ilin ilk 5 ayı ilə müqayisədə fiziki çəkidə 20 faiz artırıb.   Rusiyadan buğda idxalı isə 50 faizdən çox artıb.   Ekspert qeyd edir ki, ümumilikdə, Azərbaycanın ixrac etdiyi yeyinti məhsullarının təxminən 80 faizi və idxal etdiyi ərzaq məhsullarının 25 faizi Rusiyanın payına düşür.  Azərbaycan Rusiyaya ən çox meyvə, tərəvəz və kartof, Rusiya isə Azərbaycana daha çox buğda, buğda unu,...
İqtisadiyyat

İdxalda kəskin bahalaşma: Ərzaq və geyim məhsullarında rekord qiymət artımı

30 İyun 2025

Foto: Shutterstock

Dövlət Statistika Komitəsinin (DSK) 2025-ci ilin aprel ayının yekunlarına dair açıqladığı xarici ticarət statistikasına görə, Azərbaycana idxal olunan əksər qida və qeyri-qida məhsullarının qiymətində kəskin bahalanma qeydə alınıb.  Hesabatdan aydın olur ki, ilin 4 ayında ölkənin  ümumi idxalı orta hesabla 23 faiz bahalnsa da, ayrı-ayrı məhsul qrupları üzrə qiymət artmı daha yüksəkdir.  Məsələn, ayyaqabı və baş geyiməri üzrə qiymət artımı 44 faizə, elektrik avadanlıqları 37 faizə, müxtəlif geyim məmulatları 40 faizə, heyan və bitki mənşəli yağlar 30 faizə yaxın olub.   Konkret əmtəələrə gəldikdə isə, məsələn, ölkəyə gətirilən diri qoyunların idxal qiyməti 21,2 faiz , diri şəkildə idxal olunan ev...

Seçilmiş Videolar

Toplum TV loqo