Siyasət

Zelenski: “Biz insan həyatına dəyər veririk, paradlara yox”

29 Aprel, 2025
129

Reuters

Ukrayna Prezidenti Volodimir Zelenski rusiyalı həmkarı Vladimir Putinin Qələbə Günü münasibətilə üç günlük atəşkəs elan etməsini “manipulyasiya” adlandırıb. 

Bu barədə “X” səhifəsində yazan prezident deyib ki, Putinə müvəqqəti atəşkəs ona görə lazımdır ki, Qələbə Günü münasibətilə sakit mühitdə hərbi parad keçirsin. 

“Biz insan həyatına dəyər veririk, paradlara yox. Buna görə də, biz və bütün dünya inanır ki, mayın 8-ə qədər gözləmək lazım deyil. Atəşkəs bir neçə gün olmalı deyil ki, sonra qayıdıb adam öldürməyə davam edəsiniz. Atəşkəs dərhal, tamamilə və qeyd-şərtsiz olmalıdır”, - o vurğulayıb. 

Zelenski daha öncə ABŞ tərəfindən irəli sürülən, Putinin isə razı olmadığı 1 aylıq atəşkəs təklifinə hələ də hazır olduqlarını deyib. 

Aprelin 28-də Putin İkinci Dünya Müharibəsindəki qələbənin 80-ci ildönümü münasibətilə mayın 8-dən başlamaqla Ukrayna ilə cəbhə xəttində 3 günlük atəşkəs elan edib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Siyasət

Qabil Məmmədova 16 il qiyabi hökm oxunub

30 İyul 2025

Foto: sosial media

Almaniyada yaşayan və Azərbaycan hökumətini kəskin tənqid edən bloger Qabil Məmmədovun ittiham olunduğu cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.  "APA"-nın xəbərinə görə, iyulun 30-da Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi ilə keçirilən prosesdə blogerə qiyabi hökm elan edilib. Hökmə əsasən, Q.Məmmədovun barəsində 16 il azadlıqdan məhrumetmə cəzası çıxarılıb. Cinayət işində iddia olunur ki, Məmmədov 2015-2017-ci illər ərzində 10 nəfər şəxsi dövlət orqanlarında işə düzəltmək və onlara pensiya və sosial müavinət veriləcəyi adı ilə aldadıb və həmin şəxslərdən ümumilikdə 25,597 manat pul alıb. Həmçinin, Q.Məmmədovun sosial media hesablarından açıq şəkildə terrorçuluğa çağırışlar etdiyi iddia olunub.  Nəticədə bloger dələduzluq, terrorçuluq,...
Siyasət

Aİ gecikən islahatlar səbəbilə Ukraynaya yardımı azaldıb

28 İyul 2025

Foto: AP

Avropa İttifaqı (Aİ) gecikdirilən anti-korrupsiya islahatları səbəbilə Ukraynaya ayrılan yardımı kəsib.  Avropa Komissiyasının sözçüsü Gijom Mersyenin verdiyi məlumata görə, Ukraynaya “Ukrayna Mexanizmi” proqramı çərçivəsində ayrılacaq növbəti maliyyə yardımı planlaşdırıldığından az olacaq. Buna səbəb isə Aİ-nin gözlədiyi əsas islahatları Kiyevin tam yerinə yetirə bilməməsidir. Ukrayna proqram çərçivəsində dördüncü dəfə və indiyədək ən böyüyü olmaqla 4,5 milyard avro almağı hədəfləyirdi. Lakin nəticədə təxminən 3 milyard avro alacaq. Ukrayna yardım qarşılığında 16 islahat həyata keçirməlidir. İndiyədək Ukrayna hökuməti bunlardan 13-nü həyata keçirdiyini bildirib.  Qalan yerinə yetirilməmiş islahatlar idarəetmənin mərkəzi hakimiyyətdən bölgələrə ötürülməsi, Ali Antikorrupsiya Məhkəməsinə hakim təyinatları və Aktivlərin Qaytarılması və İdarə Olunması...

Seçilmiş Videolar

Toplum TV loqo