Məhkəmə

“Abzas Media işi”ndə şahidlər dindirilib

23 Aprel, 2025
2304

abzasmedia

Həbsdə olan “Abzas Media” əməkdaşlarının məhkəmə prosesində bu dəfə şahidlər dindirilib. 

Aprelin 22-də Bakı Ağır Cinayətlər Məhkəməsində baş tutan iclasda şahid qismində iqtisadçı ekspert Toğrul Vəliyev, vaxtilə “Abzas Media”nın gənc jurnalistlər üçün təşkil etdiyi təlimlərə qatılmış Selcan Zaurqızı, İnarə Hümbətova, Firuzə Məmmədova və başqaları dindirilib.

Vəliyev yalnız ekspert kimi “Abzas Media”ya iqtisadi mövzularda şərhlər verdiyini bildirib. O, təqsirləndirilən şəxslərin heç də hamısını “AbzasMedia”nın əməkdaşı olaraq tanımadığını deyib. 

Məsələn, Hafiz Babalını “Turan” İnformasiya Agentliyinin iqtisadiyyat şöbəsinin redaktoru, Fərid Mehralızadəni isə iqtisadçı kimi tanıdığını qeyd edib. 

İclasda təqsirləndirilən şəxslərin şahid Ənvər Cəfərovun yenidən məhkəməyə gətirilməsi ilə bağlı verdikləri vəsatət təmin olunub. Hakim ötən iclasda Ənvər Cəfərova “Abzas Media” əməkdaşlarının suallarını cavablandırmağa imkan verməmişdi. 

Daha sonra dövlət ittihamçısının təqsirləndirilən şəxslərin dövlət reyestrindən keçməməsi arqumentinə cavab olaraq Babalının vəkili məhkəməyə onun jurnalist vəsiqəsini təqdim edib. 

Ardınca Babalı digər təqsirləndirilən şəxs, “Abzas Media”nın direktor müavini Məhəmməd Kekalova niyə onun sözügedən media orqanının fəaliyyətində fəal iştirak etməsi haqda istintaqa ifadə verdiyini soruşub. 

Kekalov isə ötən iclasda olduğu kimi bu dəfə də istintaqda verdiyi ifadələri yalanlayıb, onları təzyiq altında verdiyini vurğulayıb. 

Növbəti məhkəmə iclası aprelin 29-a təyin olunub. 

“AbzasMedia” işi üzrə həbslər 2023-cü il noyabrın 20-dən başlayıb. 

Hazırda medianın təsisçisi və direktoru Ülvi Həsənli və koordinatoru Məhəmməd Kekalov, baş redaktoru Sevinc Vaqifqızı, jurnalistlər Nərgiz Absalamova, Elnarə Qasımova, Fərid Mehralızadə və araşdırmaçı jurnalist Hafiz Babalı bu iş üzrə həbsdədir.

İlkin olaraq onlar qaçaqmalçılıqda ittiham ediliblər, daha sonra isə ittiham ağırlaşdırılıb. 

Jurnalistlərə qanunsuz sahibkarlıq, cinayət yolu ilə əldə olunan vəsaitlərin leqallaşdırılması, vergidən yayınma və s. ilə bağlı əlavə ittihamlar verilib. 

Qanunvericiliyə görə, bu maddələrə görə 12 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Məhkəmə

Hacı Vəliyevə 2 il 6 ay həbs cəzası verildi

6 May 2026

Sosial media

Fəaliyyətini dayandıran "Gənc Qazilər" İctimai Birliyinin (İB) sədri, İkinci Qarabağ Müharibəsi iştirakçısı Hacı Vəliyevə iki il yarım həbs cəzası verilib.  Bu barədə mayın 6-da Tovuz Rayon Məhkəməsində keçirilən yekun prosesdə qərar verilib. Ötən proseslərin birində dövlət ittihamçısı H.Vəliyevə 3 il həbs cəzası istəmişdi.  O, Cinayət Məcəlləsinin 221.3-cü (silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə xuliqanlıq) maddəsi ilə təqsirli bilinib.  Hacı Vəliyev ötən il martın 31-də həbs olunub. O, müharibədə həlak olanların ailələrinin, müharibə iştirakçılarının problemlərini işıqlandırması və məmurları tənqid etməsi ilə tanınırdı. H.Vəliyev həbsindən bir neçə gün öncə polisin Yasamal rayonu ərazisində küçə ticarəti ilə məşğul olan...
Məhkəmə

Rüfət Səfərov: “Fəxr edirəm ki, ölkədəki 400 siyasi məhbusdan biriyəm"

5 May 2026

Ülviyyə Quliyeva (VOA)

Mayın 4-də Bakı Ağır Cinayətlər Məhkəməsində həbsdə olan hüquq müdafiəçisi Rüfət Səfərovun işi üzrə növbəti məhkəmə prosesi keçirilib.  "Azadlıq Radiosu"nun xəbərinə görə, hakim Aygün Qurbanovanın sədrlik etdiyi prosesdə R.Səfərovun vəkili Rövşanə Rəhimli vəsatət verərək zərərçəkmiş qismində tanınmış Natiq İmanquliyevin telefon anten məlumatlarının mobil operatordan alınmasını istəyib.  Cinayət işi materiallarında R.Səfərovun N.İmanquliyevə xəsarət yetirdiyi barədə həkim rəyi olsa da, "zərərçəkən" özü ötən proseslərin birində vəkilin sualına cavab olaraq həmin klinikada olmadığını bildirib. R.Rəhimli vəsatəti belə əsaslandırıb ki, N.İmanquliyevin telefon anten məlumatları əsasında bu məsələyə aydınlıq gətirilə bilər.  Məhkəmə vəsatəti təmin edib.  Daha sonra çıxış edən R.Səfərov 3 May Ümumdünya Mətbuat Azadlığı...

Seçilmiş Videolar

Toplum TV loqo