Dünya

Macarıstan parlamenti Haaqa Məhkəməsindən çıxmağa səs verib

29 Aprel, 2025
85

açıq mənbədən götürülüb

Macarıstan parlamenti Beynəlxalq Cinayətlər Məhkəməsindən (BCM) çıxmağa səs verib. 

Bu barədə xəbəri şərh edən Macarıstan xarici işlər naziri Peter Szicarto deyib ki, ölkəsi bununla “qərəzsizliyini və nüfuzunu itirmiş, siyasiləşmiş qurumun tərkibində olmaqdan imtina edir”. 

Ölkənin Haaqa Məhkəməsindən formal olaraq çıxma prosesi bir ilə qədər vaxt ala bilər. 

Macarıstanda bu qurumdan çıxmaqla bağlı rəsmi açıqlamalar məhkəmənin İsrail Baş naziri Benyamin Netanyahu haqqında həbs orderi çıxarmasından sonra səsləndirilmişdi. 

BCM 2024-cü ilin noyabrında Netanyahu və onun başçılıq etdiyi hökumətin keçmiş müdafiə naziri Yoav Qalant haqqında İsrailin Qəzza zolağında törətdiyi müharibə cinayətlərinə əsaslanaraq həbs orderləri çıxarıb. 

Netanyahu bu ayın əvvəlində Macarıstana rəsmi səfər edib və bu ölkənin BCM-ə üzv olmasına baxmayaraq, həbs edilməyib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Dünya

Fatih Altaylı saxlanılıb

21 İyun 2025

Foto: Sosial media

Türkiyəli jurnalist Fatih Altaylı saxlanılıb. Bu barədə iyunun 21-də jurnalistin həat yoldaşı məlumat yayıb. “Bir qədər əvvəl Fatehi apardılar. Hara apardıqlarını bilmirik”, - jurnalistin xanımı Hande Altaylı yazıb. Jurnalistin saxlanılması ilə bağlı İstanbul Baş Prokurorluğu tərəfindən verilən açıqlamada belə deyilir: “YouTube” sosial media kanalında 20.06.2025-ci il tarixli yayımda prezident Rəcəb Tayyib Ərdoğana qarşı hədə yönümlü, təhdid xarakterli ifadələr işlətdiyi üçün Fatih Altaylı barəsində istintaqa başlanılıb”. Məlumata görə, Fatih Altaylı barəsində davam edən istintaq çərçivəsində prokurorluğun göstərişi ilə saxlanılıb.
Dünya

Xameneinin öldürüldüyü deyilən müşavirinin sağ olduğu ortaya çıxıb

21 İyun 2025

Foto: AP

İran Ali lideri Ayətullah Əli Xameneinin İsrail tərəfindən öldürüldüyü deyilən müşaviri Əli Şamxaninin sağ olduğu bildirilir.  İranın dövlət mediası iyunun 20-də Şamxaninin Xameneiyə ünvanladığı məktubu yayımlayıb.  “Mən sağam və özümü qurban verməyə hazıram. Qələbə yaxındır. İranın adı həmişəki kimi tarixin ən yüksək qatlarına həkk olunacaq”, - o, məktubda deyir.  ABŞ-la aparılan danışıqlarda da İran nümayəndə heyətinə rəhbərlik edən Şamxaninin iyunun 13-də bir sıra hərbi liderlərlə birlikdə İsrail tərəfindən öldürüldüyü güman edilirdi.  İran mediası isə iyunun 20-də onun ağır yaralandığını və xəstəxanaya yerləşdirildiyini, lakin hazırda vəziyyətinin stabil olduğunu yazıb.  İsrailin İran şəhərlərini raket atəşinə tutması və hərbi liderlərini öldürməsi ilə başlayan...

Seçilmiş Videolar

Toplum TV loqo