Ölkə

"Abzas"çılar hələ də cəzaçəkmə müəssisəsinə köçürülməyib 

23 Sentyabr, 2025
174

Foto: Abzas Media

Barələrində məhkəmə hökmü olan, "Abzas Media işi" üzrə həbsdə olan jurnalistlər hələ də Bakıdan 70 kilometr aralıda Umbakı qəsəbəsindəki təcridxanada saxlanılır. 

İyunun 20-də Bakı Ağır Cinayətlər Məhkəməsində barələrində hökm oxunan, Bakı İstintaq Təcridxanasında saxlanılan jurnalistlərin başqa təcridxanaya köçürülməsi ilə bağlı xüsusi qərar olmayıb.  Buna baxmayaraq, kişi jurnalistləri özlərinə və yaxınlarına öncədən məlumat vermədən iyunun 26-da Umbakı təcridxanasına köçürüblər.

Müdafiə tərəfi Penitensiar Xidmətin bu addımını qanunsuz sayıb. İyulun 3-də məhkəmə Abzas Media direktoru Ülvi Həsənlinin Bakı İstintaq Təcridxanasına qaytarılmaqla bağlı vəsatətini təmin etsə də, bu baş tutmayıb. 

Umbakı təcridxanası Bakı İstintaq Təcridxanasına nisbətən şəhərdən uzaqdır və ailələrlə görüşdə məhdudiyyətlərə səbəb olur. 

Sentyabrın 9-da Bakı Apellyasiya Məhkəməsi "Abzas"çılar barədə olan hökmü qüvvədə saxlayıb. Buna baxmayaraq, onlar hələ də cəzaçəkmə müəssisələrinə köçürülməyiblər. 

İş üzrə həbsdə olan Azadlıq Radiosunun jurnalisti və iqtisadçı Fərid Mehralızadə vurğulayıb ki, bu müəssisə şəhərə uzaq olduğundan gediş-gəliş həm ailələr, həm vəkillər üçün çətindir. Bununla yanaşı, canlı görüş imkanı yoxdur və ailə görüşləri yalnız şüşə arxasından mümkün olur. 

“Umbakı təcridxanasında haqqında hökm olan məhbusların əksəriyyəti hökm aldıqları həftənin şənbə günləri cəzaçəkmə müəssisələrinə köçürülür. 'Abzas Media işi' üzrə həbs edilənlərin barələrində isə Apelyasiya Məhkəməsinin yekun qərar çıxarmasına baxmayaraq, heç kim köçürülməyib", – o yaxınları vasitəsilə radioya bildirib. 

İyunun 20-də Bakı Ağır Cinayətlər Məhkəməsində baş tutan iclasda “Abzas Media işi” üzrə təqsirləndirilən şəxslərə hökm oxunub. 

Hakimin qərarı ilə Abzas Medianın direktoru Ülvi Həsənli, baş redaktor Sevinc Vaqifqızı, araşdırmaçı jurnalist Hafiz Babalı və Azadlıq Radiosunun jurnalisti, iqtisadçı Fərid Mehralızadə 9 il, jurnalistlər Nərgiz Absalamova və Elnarə Qasımova 8 il, Abzas Medianın koordinatoru Məhəmməd Kekalov isə 7 il 6 ay azadlıqdan məhrum edilib.

Onlar qaçaqmalçılıq da daxil olmaqla bir neçə maddədə ittiham ediliblər. Lakin jurnalistlər və müdafiəçiləri istintaqın ortaya tutarlı sübutlar qoymadığını bildirib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Ölkə

Niyə bəzi tarixi abidələrə milyonlar ayrılır, digərləri isə baxımsız qalır?

16 İyul 2026

Toplum TV

Hər il dövlət büdcəsindən tarixi-mədəni irsin qorunması, bərpası və abadlaşdırılması üçün milyonlarla manat vəsait ayrılır. Son illərdə təkcə Qobustan rayonundakı Diri Baba türbəsinin bərpasına 683,5 min manat, Ağdamdakı Şahbulaq qalasında bərpa işləri və turizm infrastrukturunun yaradılmasına isə 3 milyon 530 min 197 manat vəsait nəzərdə tutulub. Bəzi abidələrin bərpası üçün isə təkrar maliyyə ayrılır. Məsələn, Naxçıvandakı Möminə xatun türbəsinin bərpasına 2025-ci ildə 1 milyon manat ayrıldığı halda, 2026-cı ildə işlərin davam etdirilməsi üçün əlavə 9 milyon 566 min manat vəsait ayrılıb. Bununla yanaşı, ölkənin müxtəlif bölgələrində yerləşən çoxsaylı tarix və mədəniyyət abidələrinin illərdir baxımsız qalması və mühafizəsinin lazımi səviyyədə təmin...
Ölkə

Qumar oyunları üçün cəzalar sərtləşdirilir

10 İyul 2026

açıq mənbə

Milli Məclis qumar oyunları üçün cəzaları sərtləşdirir.  Parlamentin iyulun 10-da keçirilən iclasında bu barədə Cinayət Məcəlləsinin müvafiq maddəsinə dəyişikliklər müzakirəyə çıxarılıb. Dəyişikliklərdən birinə əsasən, internet və mobil rabitə şəbəkəsindən, sosial şəbəkələrdən və ya digər texnologiyalara əsaslanan platformalardan istifadə etməklə qumar oyunları keçirənlər iki ildən dörd ilədək müddətə azadlıqdan məhrum edilə bilər. Onlar, həmçinin, qumar nəticəsində əldə edilmiş gəlirin iki mislinədək miqdarda cərimə ediləcək. Hazırda qüvvədə olan qanunvericiliyə əsasən isə, sözügedən əməli törədənlər on min manatdan on beş min manatadək miqdarda cərimə olunur və ya iki ildən üç ilədək müddətə azadlıqdan məhrum olunur. Digər dəyişiklikdə qumar oyununda təkrar iştiraka görə inzibati...

Seçilmiş Videolar

Toplum TV loqo