Ölkə

Sabiq müdafiə naziri müavininin ittiham olunduğu 15 milyonluq yeyinti işində hökm oxunub 

17 Sentyabr, 2025
205

Foto: açıq mənbə

Sabiq müdafiə naziri müavini Fuad Məmmədov və daha iki şəxsin ittiham olunduğu 15 milyon manatlıq mənimsəmə işi üzrə məhkəmə prosesi yekunlaşıb. 

"Report”-un xəbərinə görə, sentyabrın 17-də Bakı Hərbi Məhkəməsində hakim Fikrət Əliyevin sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən şəxslərə hökm oxunub.

Hökmə əsasən, təqsirləndirilən şəxslərdən Azər Xəlilov 11 il, Fuad Şeydabəyov 10 il 6 ay müddətə azadlıqdan məhrum edilib.

General-leytenant Fuad Məmmədov isə vəfat etdiyi üçün ona cəza təyin edilməyib. Cinayət işinə bəraətverici əsaslar olmadan xitam verilib.

"Qafqazinfo"-nun məlumatına görə, mərhum generalın Badamdar qəsəbəsində yerləşən torpaq sahəsi, Mərdəkandakı bağ evi, avtomobilləri və digər külli miqdarda qiymətləndirilən əmlaklarının  müsadirə edilməsi haqda qərar verilib. 

Cinayət işində iddia olunur ki, F.Məmmədov Silahlı Qüvvələrin təminatı üçün şirkətlərlə bağladığı müqavilələrdə rəqəmləri şişirtməklə mənimsəməyə yol verib. Onun adı açıqlanmayan şirkətin nümayəndələri olan Xəlilov və Şeydabəyovla birlikdə bu yolla ümumilikdə 14 milyon 550 min manat mənimsədiyi bildirilir. 

Təqsirləndirilən şəxslər, habelə F.Məmmədovun hüquqi varisi kimi çıxış edən oğlu ittihamı rədd ediblər. 

Onlar Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə),  341.2.1 və 341.2.3-cü (bir qrup şəxs tərəfindən, ağır nəticələrə səbəb olmaqla hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirləndiriliblər. 

Fuad Məmmədov 2018–2020-ci illərdə müdafiə nazirinin maddi-texniki təminat üzrə müavini - Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi olub. O, 2020-ci ildə vəfat edib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Ölkə

Niyə bəzi tarixi abidələrə milyonlar ayrılır, digərləri isə baxımsız qalır?

16 İyul 2026

Toplum TV

Hər il dövlət büdcəsindən tarixi-mədəni irsin qorunması, bərpası və abadlaşdırılması üçün milyonlarla manat vəsait ayrılır. Son illərdə təkcə Qobustan rayonundakı Diri Baba türbəsinin bərpasına 683,5 min manat, Ağdamdakı Şahbulaq qalasında bərpa işləri və turizm infrastrukturunun yaradılmasına isə 3 milyon 530 min 197 manat vəsait nəzərdə tutulub. Bəzi abidələrin bərpası üçün isə təkrar maliyyə ayrılır. Məsələn, Naxçıvandakı Möminə xatun türbəsinin bərpasına 2025-ci ildə 1 milyon manat ayrıldığı halda, 2026-cı ildə işlərin davam etdirilməsi üçün əlavə 9 milyon 566 min manat vəsait ayrılıb. Bununla yanaşı, ölkənin müxtəlif bölgələrində yerləşən çoxsaylı tarix və mədəniyyət abidələrinin illərdir baxımsız qalması və mühafizəsinin lazımi səviyyədə təmin...
Ölkə

Qumar oyunları üçün cəzalar sərtləşdirilir

10 İyul 2026

açıq mənbə

Milli Məclis qumar oyunları üçün cəzaları sərtləşdirir.  Parlamentin iyulun 10-da keçirilən iclasında bu barədə Cinayət Məcəlləsinin müvafiq maddəsinə dəyişikliklər müzakirəyə çıxarılıb. Dəyişikliklərdən birinə əsasən, internet və mobil rabitə şəbəkəsindən, sosial şəbəkələrdən və ya digər texnologiyalara əsaslanan platformalardan istifadə etməklə qumar oyunları keçirənlər iki ildən dörd ilədək müddətə azadlıqdan məhrum edilə bilər. Onlar, həmçinin, qumar nəticəsində əldə edilmiş gəlirin iki mislinədək miqdarda cərimə ediləcək. Hazırda qüvvədə olan qanunvericiliyə əsasən isə, sözügedən əməli törədənlər on min manatdan on beş min manatadək miqdarda cərimə olunur və ya iki ildən üç ilədək müddətə azadlıqdan məhrum olunur. Digər dəyişiklikdə qumar oyununda təkrar iştiraka görə inzibati...

Seçilmiş Videolar

Toplum TV loqo