açıq mənbədən götürülüb
Yağıntıdan sonra yaranmış sel nəticəsində Şabrançay çayında batanların sayı üçə çatıb.
Belə ki, Siyəzən rayon sakini, 63 yaşlı Füzuli Mövlud oğlu Paşayevin də meyiti aşkarlanıb.
Onun meyiti Şabran rayonu Dağbilici kəndi yaxınlığında, çay kənarında aşkarlanıb.
Lent.az-ın məlumatına görə, F.Paşayev yaşadığı Dağbilici kəndinə gedirmiş.
Bu zaman kəndə gedən körpünü sel apardığını görüb və yolunu dəyişmək istəyib. Lakin Zağlı çayının daşması nəticəsində selə düşərək boğulub ölüb.
Fövqəladə Hallar Nazirliyinin (FHN) aprelin 17-də yaydığı məlumatda deyilirdi ki, Şabrançay çayında Şirvan şəhər sakini 59 yaşlı Nurməmməd Məmmədov və Salyan rayon sakini 63 yaşlı Etibar Nağıyevin meyiti tapılıb.
Həmin şəxslərin meyitlərinin çayın sahilindən götürülməsinə köməklik göstərilməsi üçün nazirliyə müraciət daxil olmuşdu.
Onların “Siyəzən Oil” neft şirkətinin əməkdaşları olduğu bildirilir. İlkin məlumata görə, hər 2 şəxs işə gedən zaman selə düşüb.
Son günlər yağan yağışlar Azərbaycanın bir çox bölgəsində fəsadlara və insan itkisinə səbəb olub.
Aprelin 16-da Ağsu rayonunda sel suları ekskavatoru aşırıb, hadisə nəticəsində bir nəfər ölüb, üç nəfər yaralanıb.
Ötən il oktyabrın 21-22-də Bakıda yağan yağışdan sonra Sabunçu rayonu ərazisində subasmaya məruz qalmış tuneldə 2 şəxs həyatını itirmişdi.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
sosial media
açıq mənbədən götürülüb