Ölkə

AZAL Rusiyanın bəzi şəhərlərinə uçuşları dayandırıb

27 Dekabr, 2024
16

açıq mənbədən götürülüb

“Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkətinin J2-8717 nömrəli Bakı-Mineralnıye Vodı reysini yerinə yetirən təyyarəsinin kapitanı havaya qalxandan və Mahaçqala hava məkanının bağlı olması barədə NOTAM (uçuş məlumatı) bildirişi alandan dərhal sonra geri qayıdıb.

Bu barədə APA-ya AZAL-dan məlumat verilib.

Təyyarənin yerli vaxtla saat 10:13-də Heydər Əliyev Beynəlxalq Aeroportuna uğurla eniş etdiyi deyilir.

AZAL həmçinin bidlirir ki, Azərbaycan Dövlət Mülki Aviasiya Agentliyinin qərarına əsasən Bakıdan Rusiyanın bəzi hava limanlarına uçuşlar dekabrın 28-dən dayandırılır. Buna səbəb dekabrın 25-də Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsinin fiziki və texniki kənar müdaxilə nəticəsində qəzaya uğraması göstərilir. Bildirilir ki, bu zaman aparılan araşdırmaların ilkin nəticələrini və uçuşların təhlükəsizliyində yarana biləcək riskləri nəzərə alaraq belə addım atılıb. 

Uçuşların dayandırıldığı şəhərlər bunlardır: Mineralnıye Vodı, Soçi, Volqoqrad, Ufa, Samara.

Dekabrın 25-dəaə AZAL Bakıdan Qroznı və Mahaçqala şəhərlərinə uçuşların da dayandırılması barədə qərar verib.

AZAL-dan deyilir ki, bu istiqamətlər üzrə bileti olan sərnişinlər ödənişin tam geri qaytarılması və ya biletlərin ödənişsiz dəyişdirilməsi hüququna malikdirlər.

 

 

 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Ölkə

Quru sərhədlərinin açıq olduğu 2019-cu ildə ölkədən çıxanların  95%-i qonşu ölkələrə avtomobillə gedib  

28 Dekabr 2024

açıq mənbədən götürülüb

Azərbaycan Hava Yolları (AZAL) şirkətinə məxsus “Embraer”-190AR təyyarəsinin qəzaya uğraması və 40 nəfərə yaxın insanın həlak olmasıyla  nəticələnən faciəvi hadisə Azərbaycanın quru sərhədlərinin açılmasına dair  ictimai müzakirələri yenidən alovlandırıb. Qlobal Covid-19 pandemiyasını əsas gətirərək 2020-ci ilin ilk aylarından  quru sərhədləri bağlayan Azərbaycan hökuməti bir neçə ildir ki, müxtəlif arqumentlərlə bu qərarını qüvvədə saxlayır. Rəsmi sənədlərdə səbəb olaraq epidemiya təhlükəsi göstərilsə də, ölkə başçısı da daxil, bəzi rəsmi şəxslər  ölkə üçün hansısa təhlükələr barədə danışırlar. Bu yaxınlarda ölkənin quru sərhədlərinin bağlanmasının 5 ili tamam olacaq. Müstəqil ekspertlər həm mediada, həm də sosial şəbəkələrdə zaman-zaman bu addımın arxasında duran fərqli səbəblərə toxunurlar....
Ölkə

Saxta yolla plastik cərrahlığa icazə verdiyi deyilən vəzifəlilər saxlanılıb

Baş Prokurorluq və Səhiyyə Nazirliyi birgə məlumat yaydı

27 Dekabr 2024

açıq mənbədən götürülür

Dekabrın 27-də Baş Prokurorluq və Səhiyyə Nazirliyi qanunsuz tibbi fəaliyyətə şərait yaradılması müqabilində rüşvət almaqda şübhəli bilinən iki vəzifəli şəxsin saxlanılması haqqında məlumat yayıb.  Bunlar Səhiyyə Nazirliyinin İnsan resursları, elm və təhsil şöbəsinin müdiri Səidə Rüstəmova, əvvəllər həmin nazirliyin İctimai Səhiyyə və islahatlar Mərkəzinin akkreditasiya şöbəsinin müdiri olmuş Lətafət Cabbarovadır. Bildirilir ki, adları çəkilən şəxslərin və korrupsiya şəbəkəsinin digər üzvlərinin qanunsuz olaraq həkimlərin ixtisaslarının dəyişdirilməsi, onların tibbi və ya əczaçılıq, o cümlədən plastik cərrahiyyə fəaliyyəti ilə məşğul olma hüququ verən sertifikasiya imtahanlarına buraxılmasına, saxta sertifikatlarla təmin olunması və digər sui-istifadə hallarına yol verməsi müqabilində çoxsaylı şəxslərdən müxtəlif məbləğlərdə rüşvət almalarına...

Seçilmiş Videolar

Toplum TV loqo