AZAL-ın təyyarəsi qəza siqnalı verməzdən bir neçə dəqiqə əvvəl dronların vurulduğu ərazidə olub
açıq mənbədən götürülüb
Azərbaycan Hava Yollarının Qazaxıstanda qəzaya uğramış təyyarəsi qəza siqnalı verməzdən bir neçə dəqiqə əvvəl Ukrayna dronlarının vurulduğu ərazinin üzərindən uçub.
“Flightradar24” xidmətinin analitikləri J28243 reysinin Qroznı üzərindəki trayektoriyasını bərpa etmək üçün təyyarənin havadakı sürətinə dair məlumatlardan istifadə ediblər (həmin vaxt GPS bloklanıb).
Səhər saat 8:13-8:25 aralığında təyyarə Urus-Martan üzərində olub.
Həmin gün naməlum şəxslərin Ukrayna dronlarını atıcı silahlarla vurduqlarını əks etdirən videogörüntülərin lokasiya göstəriciləri, (ikinci mənbə), (üçüncü mənbə) təyyarənin olduğu yerlə üst-üstə düşür.
“Flightradar24” xidmətinin bərpa etdiyi məlumatlardan da görünür ki, pilotlar “Squawk 7700” qəza siqnalını yerli vaxtla saat 8:23-8:25 aralığında - məhz Qroznı üzərində olarkən aktivləşdiriblər. Sağ qalmış sərnişinlər bildiriblər ki, həmin vaxt pilotlar təyyarəni aeroporta endirməyə çalışıblar. Çeçenistanın paytaxtına dron hücumuyla bağlı ilk məlumat saat 8:24-də yayılıb.
“Radio Svoboda” mənzərəni əyani göstərmək üçün iki xəritəni - Ukrayna dronlarının vurulmasını əks etdirən videoların lokasiya xəritəsi ilə “Pantsir” raketinin Qroznı yaxınlığındakı Katayama kəndinə düşmüş qalıqlarına əks etdirən şəklin (videogörüntüdə ən yuxarıdakı qırmızı nöqtə) lokasiya xəritəsini tutuşdurublar (J28243 reysinin xəritəsi “Flightradar24” tərəfindən bərpa edilib).
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
Foto: açıq mənbə
Foto: CNN