açıq mənbədən götürülüb
Azərbaycanda 2025-ci il “Konstitusiya və Suverenlik İli” elan edilib.
Prezident İlham Əliyev bununla bağlı dekabrın 28-də sərəncam imzalayıb.
Sərəncam ərazi bütövlüyünün və suverenliyin tam bərpa olunduğunu, 2025-ci ildə Konstitusiyanın qəbul edilməsinin 30-cu və Vətən müharibəsində Qələbənin 5-ci ildönümü nəzərə alınaraq imzalanıb, sənəddə deyilir.
Sənədə əsasən, Prezident Administrasiyası 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunması ilə bağlı tədbirlər planına dair təkliflərini bir ay müddətində hazırlayıb Azərbaycan Prezidentinə təqdim etməlidir.
Azərbaycan müstəqillik qazandıqdan sonra Konstitusiya 1995-ci il noyabrın 12-də qəbul edilib.
Konstitusiyaya 2002, 2009, 2016-cı illərdə çoxsaylı əlavə və dəyişikliklər edilib.
Bu dəyişiklik və əlavələrə görə əliyevlər hakimiyyəti beynəlxalq qurumlar və ölkə müxalifəti tərəfindən tənqid edilib, Konstitusiyanın hakimiyyəti əldə saxlamaq üçün siyasi maraqlara uyğunlaşdırıldığı bildirilib.
İkinci Qarabağ müharibəsi zamanı bir çox əraziləri işğaldan azad edən Azərbaycan dövləti 2023-cü ilin sentyabrında 23 saatlıq antiterror əməliyyatı keçirməklə Qarabağın yerdə qalan hissəsində də nəzarəti təmin edib, bununla da ölkənin hər yerində suverenliyi bərpa etdiyini bəyan edib.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
Almaniya kansleri: Ukraynaya verilən silahlar üçün artıq məsafə məhdudiyyəti yoxdur
Foto: Reuters
Foto: president.az
Ülviyyə Əli: “1 sutkada 2 dəfə Azərbaycan polisi tərəfindən zorlama təhdidi almışam”
"O, həmişə zülm görənlərin tərəfində olub" - "The Washington Post" Ülviyyə Əlidən yazıb
Bakının tarixi məhəllələri sökülmək təhlükəsi ilə üz-üzədir
Britaniya beş azərbaycanlıya və “Zəngəzur” tankerinə sanksiya qoyub
Norveç qəzetində Toplum TV-yə məqalə həsr edilib