İqtisadiyyat

Azərbaycanda siyasətin və xaricə çıxarılan pulların trayektoriyası necə kəsişir?

17 Dekabr, 2024
82

açıq mənbədən götürülüb

Azərbaycanda anti-Qərb siyasəti güclənəndən sonra hakimiyyətin Rusiyayla və despotizmin hökmran olduğu Asiya ölkələriylə iqtisadi əlaqələrində sürətli yüksəliş müşahidə olunmaqdadır. Bunu 2024-cü ilin 9 ayının yekunlarına dair Mərkəzi Bankın açıqladığı rəqəmlərdən də aydın görmək olur. 

 

Birləşmiş Ərəb Əmirliyinə axan kapitalın həcmi 2 dəfə artıb 

Bu məlumat yalnız banklar vasitəsilə çıxan kapitala aiddir, yəni rəsmi sənədlərdəki göstəricilərə əsaslanır. Qeyri-rəsmi yollarla çıxarılan vəsaitin real miqyası barədə  nəsə demək çətindir. 

Rəsmi statistikaya görə, 2024-cü ilin 9 ayı ərzində Azərbaycandan xaricə sərmayə olaraq çıxarılan vəsaitlərin həcmi 2 dəfəyə yaxın azalaraq 1,4 milyarda dollara ensə də, Birləşmiş Ərəb Əmirliyinə (BƏƏ) axan pulların həcmi 5,5 dəfə artıb. 2023-cü ilin yanvar-sentyabr aylarında BƏƏ-yə yönəldilən birbaşa investisiyaların həcmi 79 milyon dollar təşkil etmişdisə, 2024-cü ilin eyni dövründə 431 milyon dollardan çox olub. Bu, Azərbaycandan çıxan bütün birbaşa sərmayələrin təxminən üçdə biri deməkdir.

Oxşar miqyasda artım Özbəkistan istiqamətində də müşahidə olunub -   bu ölkəyə Azərbaycandan birbaşa investisiyaların həcmi 5,5 dəfə artaraq 14,4 milyon dollardan 79,3 milyon dollara yüksəlib. 

Azərbaycan hakimiyyəti Gürcüstan hökumətilə kifayət qədər yaxın münasibətlərdə olduğu üçün  bu ölkə bizim investorlar üçün cəlbediciliyini qoruyub saxlayır. 2024-cü ilin 9 ayında Gürcüstana axan birbaşa sərmayələrin məbləği 96 milyon dollara çatıb və bu, əvvəlki ilin eyni dövrüylə müqayisədə təxminən 2 dəfə çoxdur. Son 5 ildə yalnız rəsmi kanallarla Gürcüstan iqtisasiyyatına qoyulan Azərbaycan kapitalının həcmi 250 milyon dollara yaxın olub. 

Qeyd edək ki, birbaşa sərmayələrin təyinatı ya müəssisə və obyektlər almaqla biznesin təşkili, ya da daşınmaz əmlak alışıdır.    

 

Türkiyəyə sərmayə qoyuluşu 10 dəfə azalıb

Son zamanlar Azərbaycan və Türkiyə hakimiyyətləri arasında sezilən soyuqluğun sərmayə qoyuluşuna təsir edib-etmədiyini demək çətindir, amma bu ilin 9 ayında əvvəlki ilin eyni dövrüylə müqayisədə qonşu ölkəyə Azərbaycandan birbaşa sərmayələrin məbləği birdən-birə 10 dəfə azalıb. Ötən il bu göstərici 1,8 milyard dollara yaxın idisə, 2024-cü ilin yanvar-sentyabr aylarında 175 milyon dollara enib. Türkiyə mənbələrinin açıqladıqları statistikadan aydın olur ki, Azərbaycan kapitalının mühüm hissəsi əmlak bazarına yönəlib. Azərbaycan son 10 ildə Türkiyədə mənzil sektoruna sərmayə yönəldən 5 əsas ölkədən biri statusunu qoruyub saxlayıb.

 

Rusiyayla bağlı vəziyyət fərqlidir

Yuxarıda qeyd etdiyimiz ölkələrdən fərqli olaraq Azərbaycandan Rusiyaya rəsmi kanallarla birbaşa sərmayənin həcmi o qədər böyük olmur. Əksinə, Rusiyadan Azərbaycana daha çox sərmayə yönəldilir. Məsələn, 2023-2024-cü illərin ilk 9 ayı ərzində bu məbləğ 400 milyon dollara yaxın olub, əks istiqamətdə sərmayə axını isə təxminən 6,5 dəfə az – təxminən 60 milyon dollar olub. 

Son 5 ildə Rusiyadan Azərbaycana birbaşa sərmayə qoyuluşu 1 milyard dollar, əks istiqamətə axın isə 180 milyon dollara təşkil edib. Yəni birbaşa investisiyaların saldosu 800 milyon dollar fərqlə Rusiyanın xeyrinədir.   

Yeri gəlmişkən, uzun illərdir ki, Rusiya Azərbaycan üçün həm də remitansların, yəni ailələrə göndərilən pul baratlarının da ən böyük mənbəyi olaraq qalmaqdadır.  Məsələn, son 5 ildə (bu ilin 9 ayının yekunlarına görə) Azərbaycana daxil olan pul baratlarının ümumi həcmi 6,4 milyard dollara yaxın olub. Bu məbləğin təxminən 4,3 milyard dolları və ya 67 faizi məhz Rusiyadan göndərilib.

Rusiya təsir dairəsində saxladığı ölkələrlə oxşar iqtisadi əlaqələr qurur: birbaşa sərmayələr və remitanslar vasitəsilə həmin ölkələrin iqtisadiyyatına əhəmiyyətli təsir kanallarını qoruyub saxlamağa çalışır. 

Rusiayadan göndərilən pul baratlarıyla bağlı maraqlı bir məqam diqqət çəkir: Ukraynaya hücum edənə qədər Rusiyadan Azərbayacana rəsmi kanallarla daxil olan baratların həcmi 500 milyon dolları keçmirdi, müharibə başlayan ilsə onların həcmində kəskin artım müşahidə olundu. Məsələn, Rusiyada çalışan soydaşlarımızın öz yaxınlarına göndərdiyi və rəsmi uçota alınan vəsaitin həcmi 2021-cil ilin 9 ayında 400 milyon dollar idisə, 2022-ci ilin eyni dövründə 5 dəfədən çox artaraq 2,3 milyard dollara çatdı. Amma 2024-cü ildə remitansların həcmi müharibədən əvvəlki səviyyəyə düşüb - bu ilin 9 ayında Rusiyadan 400 milyon dollar pul baratı göndərilib.

Nəzərə almaq lazımdır ki, həmin vəsaitlər xüsusən də bölgələrdə yaşayan yoxsul ailələr üçün böyük əhəmiyyət kəsb edir. Müharibənin uzanmasının Rusiya iqtisadiyyatına neqativ təsirləri artıqca, Azərbaycana və Orta Asiya ölkələrinə pul axınları daha da azala bilər.    

Bu isə Azərbaycanın cənub və şimal rayonlarında yoxsulluğun real miqyasının daha da böyüməsi riskini yaradır.

 

"Toplum TV"

 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

İqtisadiyyat

Azərbaycanla müqayisədə Türkiyədə dərmanlar 50 faiz ucuzdur. Niyə?

9 Dekabr 2024

açıq mənbədən götürülüb

Azərbaycanda icbari tibbi sığorta paketinə dərman xərcləri də daxil edilə bilər. Artıq bununla bağlı qanunvericliyə dəyişiklik layihəsi müzakirəyə təqdim edilib. İlkin mərhələdə ürək-damar, həzm və tənəffüs sistemi xəstəliklərinə aid dərmanların sığorta təminatına daxil edilməsi təklif olunur.  Layihə təsdiqlənərsə, həkimlərin təyin etdiyi dərman vasitələri Xidmətlər Zərfinə daxil olunacaq. Dərmanlar elektron reseptlərə yazılacaq, onları yalnız İcbari Sığorta Agentliyi ilə müqavilə bağlamış apteklərdən almaq mümkün olacaq. Sığorta tərəfindən ödənilən məbləğlə pərakəndə satış qiyməti eyni olan ən azı bir dərman vasitəsi apteklərdə mütləq olacaq və sığorta bu məbləği tam qarşılayacaq. Başqa istehsalçının dərmanını almaq istəyənlər həmin dərmanın aptekdəki qiymətilə sığorta tərəfindən ödənilən məbləğ arasında...
İqtisadiyyat

Azərbaycanın qeyri-neft ixracını artıran sirli səbəb

4 Dekabr 2024

Caspian Barrel

Azərbaycan hökuməti böyük neft pulları əldə etməyə başladığı son 20 ildə qəbul elədiyi istənilən iqtisadi proqram və strategiyada təbii resurs asılılığından qurtarmağı özünün əsas hədəfi kimi müəyyən edib. Məsələn, 2012-ci ildə qüvvəyə minmiş “Azərbaycan 2020: İnkişaf Konsepsiyası”na görə, 2020-ci ilə qədər adambaşına qeyri-neft əmtəə ixracı 5 dəfə artaraq 1000 dollara çatdırılmalı idi. Amma zamanı çatanda məlum oldu ki, bu göstərici nəinki 5 dəfə, heç 50% belə artmayıb.  Oxşar hədəflər iqtisadi inkişafla bağlı 2016-cı ildə qəbul olunmuş strateji yol xəritələrində də əks olundu, amma nəticə dəyişmədi - 2012-ci ildə Azərbaycanın qeyri-neft ixracının həcmi 1,7 milyard dollardan bir qədər çox idisə, 2016-cı...

Seçilmiş Videolar

Toplum TV loqo