Ölkə

UFC ilk dəfə Azərbaycanda keçiriləcək

14 Aprel, 2025
76

açıq mənbədən götürülüb

Azərbaycan ilk dəfə qarışıq döyüş sənəti üzrə UFC (Azərbaycanca açılışı: Ali Döyüş Çempionatı - red.) turnirinə ev sahibliyi edəcək. 

Bu barədə UFC prezidenti və baş icraçı direktoru Dana Vayt və Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov aprelin 12-də ABŞ-ın Mayami şəhərində razılaşmaya imza atıblar. 

Tədbir UFC, Gənclər və İdman Nazirliyi və Bakı Şəhər Halqasının birgə əməkdaşlığı ilə təşkil olunacaq. 

Turnirin əsas döyüşündə yarımağır çəki dərəcəsinin keçmiş çempionu Camal Hill ilə Xəlil Raundtri üz-üzə gələcəklər.

Biletlər 25 aprel, saat 10:00-da “iTicket” platformasında satışa çıxarılacaq. 

“Azərbaycan və onun paytaxtı Bakı beynəlxalq idman tədbirlərinin keçirilməsi baxımından böyük tarixə malikdir. Bizim bu regiondan çıxan çox sayda güclü idmançılarımız var. Bu səbəbdən UFC-nin növbəti tədbirinin Bakıda təşkili təsadüfi deyil”, - Vayt açıqlamasında deyib. 

Qayıbov isə bildirib ki, UFC-nin Bakıda keçirilməsi “idman sahəsində Azərbaycanın regional liderə çevrilməsi istiqamətində atılmış növbəti mühüm addımdır”. 

UFC dünyada ən məşhur qarışıq döyüş sənəti turniridir və müxtəlif döyüş üslublarını birləşdirən idmançılar burada bir-biri ilə yarışırlar. 

Qarışıq döyüş sənəti boks, cüdo, karate, ciu-citsu və digər döyüş növlərinin elementlərini özündə birləşdirən peşəkar döyüş idman növüdür.

Dana Vayt, həmçinin ABŞ Prezidenti Donald Trampın ən yaxın dostlarından biri kimi tanınır.

O, Trampı bütün seçki kampaniyalarında dəstəkləyib və mitinqlərində çıxış edib. 

Tramp da tez-tez UFC turnirlərində tamaşaçı kimi iştirak edir. O, ən son aprelin 12-də Mayamidə keçirilən turnirin keçirildiyi zala izdihamın ayaqüstü alqışları ilə daxil olub.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Ölkə

Ağsuda sel ekskavatoru aşırıb, ölən var 

16 Aprel 2025
Ağsunun Kalva kəndində güclü yağışın yaratdığı sel ekskavatoru aşırıb. Nəticədə 1 nəfər ölüb, 3 nəfər isə yaralıdır.  “Azərtac” xəbər verir ki, ərazidə yol-təmir işləri ilə məşğul olan işçilər yağışdan qorunmaq məqsədilə ekskavatorun içərisinə yerləşiblər. Lakin bir qədər sonra gələn selin təsirindən ekskavator aşıb. Hadisə nəticəsində ekskavatorun içindəkilərdən biri hadisə yerindəcə həyatını itirib. Digər 3 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq, texnikanın içində köməksiz qalıb. Əraziyə cəlb olunan Fövqəladə Hallar Nazirliyinin yaralıları ekskavatorun içindən çıxararaq Şamaxı Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriblər.  Hazırda faktla bağlı aidiyyəti qurumlar tərəfindən təhqiqat aparıldığı bildirilir.
Ölkə

DTX Rusiyada yaşayan talış tarixçini həbs edib

16 Aprel 2025

Sosial media

Azərbaycanın Dövlət Təhlükəsizlik Xidməti (DTX) Rusiyada yaşayan talış tarixçi Zahirəddin İbrahimovu həbs edib.  Bu barədə İbrahimovun qohumları “OC Media” saytına məlumat veriblər. Onlar DTX-dən tarixçiyə qarşı, dövlətə xəyanət maddəsi də daxil olmaqla, Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə ittiham irəli sürüldüyü haqda məktub əldə ediblər.  Rusiyanın Yekaterinburq şəhərində yaşayan İbrahimovdan martın 26-dan xəbər almaq mümkün olmayıb. Qohumları isə DTX-nin məktubunu aprelin 9-u qəbul ediblər. Onlar tarixçinin ölkəyə gətirilməsinin Rusiya hüquq-mühafizə orqanları ilə razılaşdırıldığını deyirlər.  İbrahimov 2002-ci ildən Rusiya vətəndaşıdır. O, sonuncu dəfə 2014-cü ildə Azərbaycana gəlməyə cəhd etsə də, hava limanından geri qaytarılıb.  Həm də bloqer kimi fəaliyyət göstərən tarixçi...

Seçilmiş Videolar

Toplum TV loqo