Ölkə

Ağsuda sel ekskavatoru aşırıb, ölən var 

16 Aprel, 2025
41

Ağsunun Kalva kəndində güclü yağışın yaratdığı sel ekskavatoru aşırıb. Nəticədə 1 nəfər ölüb, 3 nəfər isə yaralıdır. 

“Azərtac” xəbər verir ki, ərazidə yol-təmir işləri ilə məşğul olan işçilər yağışdan qorunmaq məqsədilə ekskavatorun içərisinə yerləşiblər. Lakin bir qədər sonra gələn selin təsirindən ekskavator aşıb.

Hadisə nəticəsində ekskavatorun içindəkilərdən biri hadisə yerindəcə həyatını itirib. Digər 3 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq, texnikanın içində köməksiz qalıb.


Əraziyə cəlb olunan Fövqəladə Hallar Nazirliyinin yaralıları ekskavatorun içindən çıxararaq Şamaxı Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriblər. 


Hazırda faktla bağlı aidiyyəti qurumlar tərəfindən təhqiqat aparıldığı bildirilir.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Ölkə

Selə görə ölənlərin sayı 4 oldu

18 Aprel 2025

açıq mənbədən götürülüb

Yağıntıdan sonra yaranmış sel nəticəsində Şabrançay çayında batanların sayı üçə çatıb. Belə ki, Siyəzən rayon sakini, 63 yaşlı Füzuli Mövlud oğlu Paşayevin də meyiti aşkarlanıb. Onun meyiti Şabran rayonu Dağbilici kəndi yaxınlığında, çay kənarında aşkarlanıb. Lent.az-ın məlumatına görə, F.Paşayev yaşadığı Dağbilici kəndinə gedirmiş. Bu zaman kəndə gedən körpünü sel apardığını görüb və yolunu dəyişmək istəyib. Lakin Zağlı çayının daşması nəticəsində selə düşərək boğulub ölüb. Fövqəladə Hallar Nazirliyinin (FHN) aprelin 17-də yaydığı məlumatda deyilirdi ki, Şabrançay çayında Şirvan şəhər sakini 59 yaşlı Nurməmməd Məmmədov və Salyan rayon sakini  63 yaşlı Etibar Nağıyevin meyiti tapılıb. Həmin şəxslərin meyitlərinin çayın sahilindən götürülməsinə köməklik...
Ölkə

Bakının yağış probleminin səbəbi: təbiət, yoxsa hökumət?

17 Aprel 2025

sosial media

Son yarım ildə artıq ikinci dəfədir ki, güclü yağış suları paytaxtda hərəkəti iflic edir. Mərkəzi prospektləri su basır, uzun tıxaclar yaranır.  Hətta ötən ilin oktyabrındakı yağışda “Sabunçu” tunelində iki nəfər boğularaq ölmüşdü.  Demək olar ki, hər il güclü yağış oxşar görüntülərlə müşaiyət olunur.  Bəs Bakı niyə güclü yağışa hazır deyil?  Rəsmilər bir qayda olaraq təbiəti günahlandırırlar. Oktyabrda Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov mətbuata açıqlamasında yağıntının normadan artıq olduğunu demiş və bunu təbii fəlakət adlandırmışdı.  Aprelin 16-da da Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Gülnarə Abbasova mediaya deyib ki, bu dəfəki yağıntının miqdarı son 59 ildə rekord göstərici olub.  Lakin...

Seçilmiş Videolar

Toplum TV loqo