Ölkə

Vasif Talıbovun oğlu vaxtilə satdığı hoteli 8 milyona geri alıb 

24 Sentyabr, 2025
423

Foto: migration.gov.az

Naxçıvan Ali Məclisinin keçmiş sədri Vasif Talıbovun oğlu Rza Talıbov vaxtilə Gürcüstanda sahib olduğu hoteli 8,6 milyon ABŞ dolları qiymətinə geri alıb. 

Bu barədə sentyabrın 23-də Mütəşəkkil Cinayət və Korrupsiyanı Araşdırma Layihəsi (OCCRP) xəbər verib. 

OCCRP ictimaiyyətə açıq olan səhm alqı-satqısı sənədinə istinadən bildirib ki, R.Talıbov Batumidə yerləşən hoteli bu ilin mayında geri alıb. 

R.Talıbov daha əvvəl sahib olduğu, "Divan Suites" adlı hoteli 2023-cü ilin yanvarında, atasının vəzifəsindən istefa verməsindən üç həftə sonra satıb. 

R.Talıbov OCCRP-nin suallarına elektron poçtla cavabında bildirib ki, hotelin və dənizkənarı ərazinin son satınalmaları Gürcüstan və Azərbaycan banklarından götürülən kreditlər hesabına maliyyələşdirilib. Onun sözlərinə görə, 2023-cü ildə otelin satılması və sonradan yenidən alınması “aktivlərin şaxələndirilməsi və digər potensial hədəflərə sərmayə yatırılması strategiyasının bir hissəsi" olub.

R.Talıbovun mülkiyyət üzərində nəzarəti bərpa etdiyini göstərən səhmlərin alınmasına dair sənəddə hotelin yeni adının "London 1889" olduğu görünür. O, bu mülkiyyəti "London 1889"-un sahibi olan "B-Pearl Turizm" MMC-nin 100 faiz səhmlərini almaqla əldə edib.

Bron saytlarında yerləşdirilən şəkillərdə hotel otaqlarının Londonun məşhur abidələrinin, o cümlədən Big Ben və Sent-Pol Katedralınin fotoları ilə bəzədildiyi görünür.

Əmlak qeydiyyat sənədləri göstərir ki, R.Talıbov qısa müddətdə "B-Pearl Turizm"dən bölgədə daha çox daşınmaz əmlak almaq üçün vasitə kimi istifadə edib. İyul ayında şirkət Batumidən kənarda, dəniz sahilində Maxinjauri qəsəbəsində yerləşən 2,082 kvadratmetrlik torpaq sahəsini əldə etmək üçün 730,000 ABŞ dolları ödəyib.

V.Talıbov 2022-ci il dekabrın 21-də gözlənilmədən vəzifəsindən istefa verib. Bundan sonra onun ailə üzvləri sürətlə öz aktivlərini satmağa başlayıblar. 

Talıbovlar ailəsi "Naxçıvan Bank"dakı paylarını satıb.  Rza və Seymur Talıbovlar  isə onlara məxsus əmlakların mülkiyyətini başqalarının adına keçirib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Ölkə

Niyə bəzi tarixi abidələrə milyonlar ayrılır, digərləri isə baxımsız qalır?

16 İyul 2026

Toplum TV

Hər il dövlət büdcəsindən tarixi-mədəni irsin qorunması, bərpası və abadlaşdırılması üçün milyonlarla manat vəsait ayrılır. Son illərdə təkcə Qobustan rayonundakı Diri Baba türbəsinin bərpasına 683,5 min manat, Ağdamdakı Şahbulaq qalasında bərpa işləri və turizm infrastrukturunun yaradılmasına isə 3 milyon 530 min 197 manat vəsait nəzərdə tutulub. Bəzi abidələrin bərpası üçün isə təkrar maliyyə ayrılır. Məsələn, Naxçıvandakı Möminə xatun türbəsinin bərpasına 2025-ci ildə 1 milyon manat ayrıldığı halda, 2026-cı ildə işlərin davam etdirilməsi üçün əlavə 9 milyon 566 min manat vəsait ayrılıb. Bununla yanaşı, ölkənin müxtəlif bölgələrində yerləşən çoxsaylı tarix və mədəniyyət abidələrinin illərdir baxımsız qalması və mühafizəsinin lazımi səviyyədə təmin...
Ölkə

Qumar oyunları üçün cəzalar sərtləşdirilir

10 İyul 2026

açıq mənbə

Milli Məclis qumar oyunları üçün cəzaları sərtləşdirir.  Parlamentin iyulun 10-da keçirilən iclasında bu barədə Cinayət Məcəlləsinin müvafiq maddəsinə dəyişikliklər müzakirəyə çıxarılıb. Dəyişikliklərdən birinə əsasən, internet və mobil rabitə şəbəkəsindən, sosial şəbəkələrdən və ya digər texnologiyalara əsaslanan platformalardan istifadə etməklə qumar oyunları keçirənlər iki ildən dörd ilədək müddətə azadlıqdan məhrum edilə bilər. Onlar, həmçinin, qumar nəticəsində əldə edilmiş gəlirin iki mislinədək miqdarda cərimə ediləcək. Hazırda qüvvədə olan qanunvericiliyə əsasən isə, sözügedən əməli törədənlər on min manatdan on beş min manatadək miqdarda cərimə olunur və ya iki ildən üç ilədək müddətə azadlıqdan məhrum olunur. Digər dəyişiklikdə qumar oyununda təkrar iştiraka görə inzibati...

Seçilmiş Videolar

Toplum TV loqo