Ölkə

Yardımlıda azyaşlıya cinsi zorakılıq etdiyi deyilən 4 nəfər həbs olunub

9 Aprel, 2025
104

DW.com

Yardımlı rayonunda 8-ci sinif şagirdi olan qıza qarşı cinsi zorakılıq və fahişəliyə məcbur etmə ittihamı ilə 4 nəfər həbs olunub. 

Bunu Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə “Facebook” səhifəsində qeyd edib. 

O əlavə edib ki, azyaşlının anası da Cinayət Məcəlləsinin yetkinlik yaşına çatmayanları fahişəliyə və ya əxlaqsız əməllərə cəlb etmə maddəsi ilə məsuliyyətə cəlb olunub. 

Ağazadə bildirib ki, zərərçəkən azyaşlı sığınacağa yerləşdiriləcək və reabilitasiya olunacaq. 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran Regional Qrupundan “Lent.az” saytına hadisəni təsdiqləyərək bildiriblər ki, faktla bağlı başlanılan cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir. Hadisənin təfərrüatları açıqlanmayıb.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Uşaq məsələləri şöbəsinin əməkdaşı Şəbnəm Cəfərova “Oxu.az” saytına bildirib ki, sözügedən azyaşlı qız və qardaşına qəyyum təyin edilib. 

“Hər iki uşaq yetkinlik yaşına çatmayıb. Cinsi zorakılığa məruz qalan yalnız qız uşağıdır. Buna baxmayaraq, azyaşlı olduğundan hər iki uşağa qəyyum təyin edilib. Azyaşlının anası və ögey atası təqsirləndirilən şəxslər sırasındadır. Uşaqların bioloji atası isə həyatda deyil", o deyib. 

Azərbaycanda azyaşlı qızların cinsi zorakılığa məruz qalması ilə bağlı xəbərlər son vaxtlar geniş yayılmağa başlayıb.

Martın 20-də mətbuatda yayılan xəbərdə bildirilirdi ki, Ağcabədidə ailəsi 13 yaşlı qızlarını 23 yaşlı şəxslə qeyri-rəsmi evləndirmək üçün toy məclisi təşkil edib. 14 yaşlı qız uşaq dünyaya gətirib və faktla bağlı cinayət işi getməyinə baxmayaraq, yeniyetmə ilə cinsi əlaqədə olmuş 24 yaşlı şəxs polis nəzarətinə verilməklə azadlığa buraxılıb. Buna səbəb kimi isə yeniyetmənin və valideynlərinin şikayətçi olmaması göstərilib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Ölkə

Sosial sahibkar Rəbiyyə Məmmədova polis bölməsində döyülüb

11 Aprel 2025

sosial media

Sosial sahibkar Rəbiyyə Məmmədova polis bölməsində fiziki zorakılığa məruz qalıb.  Bu barədə o, “Facebook” hesabında məlumat verib.  Məmmədova qeyd edib ki, o, İqtisadiyyat Nazirliyi önündə oturaq aksiya keçirərkən mühafizəçilər tərəfindən ordan uzaqlaşması tələb olunub.  Uzaqlaşmadıqda isə, o, nazirliyin Mühafizə İdarəsinin rəisinin tapşırığı ilə 23-cü polis bölməsinə aparılıb və burda polis tərəfindən döyülüb.  Məmmədova oturaq aksiyasına davam edəcəyini bildirib.  O, sosial təşəbbüsü üçün kredit ayrılmamasından şikayət edir.  Məmmədova deyir ki, söhbət 15000 manatlıq kreditdən gedir və onlar bu məbləği faizi ilə geri qaytaracaqlar, lakin kredit verilmir. Rəbiyyə Məmmədova 2022-ci ildə yaratdığı “Sapla” adlı sosial təşəbbüsünün fəaliyyətinin davam etdirilməsinə əngəllər yaradıldığını bildirir. ...
Ölkə

Tovuzda məktəbdə 5 şagird soba tüstüsündən zəhərlənib

11 Aprel 2025

APA

Tovuzun Rafael İsmayılov adına Düz Cırdaxan kənd məktəbinin 7-ci sinfindəki bir neçə şagird soba tüstüsündən zəhərlənib. Hadisə aprelin 11-də baş verib və şagirdlər zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. APA xəbəri Qazax-Tovuz Regional Təhsil İdarəsinə istinadən yayıb. Bildirilib ki, hadisə qaz sobasından dəm qazının sızması nəticəsində baş verib. 2024-cü ilin dekabrında Tovuzun Aşağı Quşçu kəndindəki 1 nömrəli məktəbinin 2 sinfində pelet sobasının tıxanması və tüstülünməsi nəticəsində 70-ə yaxın şagird və müəllim zəhərlənmişdi.

Seçilmiş Videolar

Toplum TV loqo