Foto: Azadlıq Radiosu
Vəkillər Kollegiyasının Rəyasət Heyəti oktyabrın 8-də Gəncə şəhərindəki 1 saylı vəkil bürosunun vəkili Zabil Qəhrəmanovun fəaliyyətinin dayandırılması haqqında qərar qəbul edib.
Bu barədə Z.Qəhrəmanov "Toplum TV"-yə xəbər verib. Qərara əsasən, vəkil 6 ay fəaliyyət göstərə bilməyəcək.
Vəkillər Kollegiyası oktyabrın 8-də Rəyasət Heyətinin iclasının keçirilməsi haqda məlumat yaymışdı. Xəbərdə bildirilirdi ki, “intizam pozuntusuna yol verdiyinə görə 2 vəkilin fəaliyyəti müəyyən müddətə dayandırılıb, 4 vəkilə xəbərdarlıq edilib, 1 vəkilə isə töhmət verilib”. Lakin həmin vəkillərin adları açıqlanmamışdı.
"Azadlıq Radiosu"nun xəbərinə görə, fəaliyyəti dayandırılan digər vəkil Ramil Rüstəmovdur.
Z.Qəhrəmanov qərarın səbəbini açıqlamayıb. R.Rüstəmov haqqında intizam icraatının isə vətəndaş şikayəti əsasında başladıldığı bildirilir.
Z.Qəhrəmanov Tovuz rayonunda 11 yaşlı Nərmin Quliyevanın oğurlanıb öldürülməsində suçlanan İlkin Süleymanovun vəkili kimi tanınır. O, həmçinin, AXCP Daşkəsən rayon şöbəsinin sədri Sahib Məmmədzadənin, partiyanın Gəncə şöbəsinin üzvü Şahin Hacıyevin və başqa fəalların da hüquqlarını qoruyub.
Vəkillər Kollegiyasının Rəyasət Heyəti oktyabrın 1-də keçirilən iclasında isə 2 vəkilin – Elxan Osmanovla Cavidan Osmanlının fəaliyyətinə xitam verilməsi haqda qərar qəbul edib.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
Valideynləri: “Anar Məmmədli addım atmağa çətinlik çəkir, dizində şişkinlik var”
Foto: VOA
Foto: Toplum TV
Fatimə Mövlamlı: Cinayət işi o qədər bərbad qurulub ki, sadəcə gülməli gəlir
Şəmşad Ağa müalicə müəssisəsinə yerləşdirilib
“Meydan TV işi” üzrə həbs olunanların həbs müddəti uzadılıb
“Toplum TV işi”: Hakimlər Prezident Administrasiyasından gələcək qərarı gözləyir"
Azərbaycanda kənd təsərrüfatı istehsalı azalır, ərzaq idxalı artır