Region

Avropa İttifaqı Ermənistana 270 milyon avro ayıracaq 

1 İyul, 2025
669

Foto: sosial media

Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan iyunun 30-da Yerevanda əməkdaşlıq sazişi imzalayıblar. 

Kallasın birgə brifinqdə dediyinə görə, saziş iqtisadi inkişaf, təhlükəsizlik və dayanıqlılıq sahələrini əhatə edir və bu çərçivədə Ermənistana 2027-ci ilədək 270 milyon avroluq yardım ayrılması planlaşdırılır. 

O bildirib ki, yardım bizneslərə dəstək göstərməyi, Ermənistanla Aİ arasında əlaqələri inkişaf etdirməyi və bu ölkədəki islahatlara töhfə verməyi hədəfləyir. 

“Ermənistan və Aİ heç vaxt indiki qədər yaxın olmayıblar. Biz Ermənistanın Aİ ilə əlaqələri dərinləşdirmək siyasətini yüksək qiymətləndiririk”, - Kallas deyib. 

“Bizim münasibətlərimiz iqtisadiyyatla məhdudlaşmır. Biz həm də, Qarabağdan qaçqın düşən əhali də daxil olmaqla, ehtiyacı olan insanları evlə və psixoloji dəstəklə təmin edirik”, - o əlavə edib. 

Aİ-nin baş diplomatı, həmçinin, Aİ və Ermənistan arasında viza liberallaşdırılması siyasəti üzrə danışıqların davam etdiyini bildirib. 

Kallas Ermənistana səfəri çərçivəsində həm də Azərbaycanla sərhəddə monitorinq aparan Aİ missiyasına baş çəkib və Mirzoyanla iki ölkə arasındakı münasibətləri müzakirə edib. 

O brifinqdə deyib ki, Aİ ölkələr arasında münasibətlərin normallaşdırılması prosesini “suverenlik, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı prinsiplərinə əsaslanmaqla qəti şəkildə dəstəkləyir”

Bu ilin martında Ermənistan parlamenti ölkənin Aİ üzvlüyünə qəbul olunması prosesinin başlanması haqqında qanun qəbul edib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Region

Paşinyan Hacıyevin Ermənistan səfərini sülh gündəliyi üçün mühüm addım adlandırıb

19 İyun 2026

Nikol Paşinyanın sosial media hesabından

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyevin ölkəsinə səfərini sülh prosesində dinamikanın qorunması baxımından mühüm hadisə kimi qiymətləndirib. Baş nazir bu barədə iyunun 18-də keçirilən brifinqdə çıxışı zamanı danışıb. Paşinyan bildirib ki, o, Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryana Hacıyevlə görüşün zəruriliyini müzakirə etməyi tapşırıb. “Biz həm Azərbaycan, həm də Ermənistanın ekspert dairələrində vəziyyətin gərginləşməsinə səbəb ola biləcək müəyyən tendensiyalar müşahidə etdik. Məsuliyyətimizdən irəli gələrək bu risklərin idarə olunması ilə məşğuluq”, - Paşinyan deyib. Hikmət Hacıyev iyunun 14-də Ermənistanın şimalındakı Dilican şəhərində Armen Qriqoryanla görüşüb. Bu, Hacıyevin Ermənistana ilk işgüzar səfəri olub. Eyni zamanda, 2025-ci ilin avqustunda tərəflərin...
Region

Ermənistanda MSK müxalif namizədlərin həbsinə razılıq verib

18 İyun 2026

Sosial media

Ermənistan Mərkəzi Seçki Komissiyası ölkənin sabiq prezidenti, "Ermənistan" alyansının lideri Robert Koçaryana qarşı ittiham irəli sürülməsinə rəsmi razılıq verib. “Azadlıq Radiosu”nun Ermənistan xidmətinin verdiyi məlumata görə, qərar "Ermənistan" alyansının üzvləri Asatur Koçaryan və Ruslan Barseqyan, eləcə də "Güclü Ermənistan" blokunun üzvləri David Kazinyan və Aşot Yeqiazaryana da aiddir. Komissiya bir neçə gündür ki, prokurorluğun müxalif siyasətçilərlə bağlı vəsatətlərini nəzərdən keçirir.  Bildirilir ki, Robert Koçaryan vəzifə səlahiyyətlərindən sui-istifadə və çirkli pulların yuyulmasında ittiham olunur. Vəkili Aram Orbelyanın sözlərinə görə, işlərdən biri 2004-cü ildə "Master-Class" tennis kortunun sahibi olan şirkətlə torpaq sahəsinin icarəsinə dair bağlanmış müqavilə ilə bağlıdır. Vəkil bildirib ki, Koçaryanın...

Seçilmiş Videolar

Toplum TV loqo