Region

Ermənistan 40 min qarabağlıya vətəndaşlıq verib 

22 İyul, 2026
53

Açıq mənbə

Ermənistan Qarabağdan köçən təxminən 40 min nəfərə vətəndaşlıq verib. 

Bu barədə Ermənistanın daxili işlər naziri Arpine Sarkisyan “CivilNet”-ə müsahibəsində deyib.

Onun sözlərinə görə, qarabağlı qaçqınların ümumi sayı 115 mindən çoxdur və onların təxminən yarısı vətəndaşlıq üçün müraciət edib. Müraciətlərə baxılmağa davam edilir. 

“İki il yarımlıq müddəti nəzərə alsaq, hesab edirəm ki, bu, qaçqın əhalinin Ermənistan vətəndaşlığını almaqda və Ermənistanda tamhüquqlu, perspektivli gələcək qurmaqda maraqlı olduğunu göstərən mühüm göstəricidir”, - A.Sarkisyan deyib.

Nazir xatırladıb ki, qaçqınların Ermənistana sosial-iqtisadi inteqrasiyası Ermənistan və Avropa İttifaqı arasında viza rejiminin liberallaşdırılması ilə bağlı görülən işlərin istiqamətlərindən biridir.

“Düşünürəm ki, artıq görülmüş işlər avropalı tərəfdaşlar tərəfindən yüksək qiymətləndiriləcək”, – daxili işlər naziri qeyd edib.

2023-cü ildə Azərbaycanın keçmiş Dağlıq Qarabağ ərazisində apardığı hərbi əməliyyatdan sonra bölgədə yaşayan erməni əhali köç edib. 

Baş nazir Nikol Paşinyan əvvəllər çıxışlarında qaçqınların Qarabağa qayıdışının real olmadığını deyib və onlara Ermənistana inteqrasiya olmağı təklif edib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Region

Paşinyan Putindən Ermənistandan idxal qadağalarını götürməyi xahiş edib

28 İyul 2026

Russian Foreign Ministry

Ermənistan baş naziri Nikol Paşinyan iyulun 27-də Rusiya prezidenti Vladimir Putinlə telefon danışığı aparıb. "Armenpress" agentliyinin baş nazir aparatına istinadən verdiyi məlumata görə, tərəflər Ermənistan-Rusiya münasibətlərinin gündəliyini, xüsusilə də ikitərəfli iqtisadi əlaqələrlə bağlı məsələləri müzakirə ediblər. Paşinyan Ermənistan mənşəli məhsulların Rusiya bazarına ixracına tətbiq olunan məhdudiyyətlərin Avrasiya İqtisadi İttifaqının (Aİİ) qaydalarına zidd olduğunu bildirib. O, rusiyalı həmkarından bu problemlərin aradan qaldırılması üçün müvafiq tədbirlər görməsini xahiş edib. Kremlin rəsmi pres-relizində bu mövzuya yer verilməyib. Əvəzində telefon söhbətində Ermənistanın geosiyasi mövqeyi və Aİİ çərçivəsindəki öhdəliklərinin müzakirə olunduğu qeyd olunub.  Pres-relizə əsasən, Putin vurğulayıb ki, Ermənistan Avropa İttifaqına inteqrasiya yolunu seçmək, yoxsa...
Region

ABŞ: "Tramp marşrutu”nda gömrük və sərhəd xidməti Ermənistanın nəzarətində olacaq

14 İyul 2026

primeminister.am

Ermənistan xarici işlər nazirinin müavini Mnatsakan Safaryan bu ayın əvvəlində jurnalistlərə deyib ki, "Tramp marşrutu" ölkənin üzv olduğu Avrasiya İqtisadi İttifaqının (Aİİ) qaydaları ilə idarə olunacaq.  "Azadlıq Radiosu"nun erməni xidməti bu açıqlamaya cavab almaq üçün ABŞ Dövlət Departamentinə sorğu göndərib. Dövlət Departamenti cavabında bu iddiaya münasibət bildirməsə də, marşruta Ermənistanın nəzarət edəcəyini qeyd edib.  "Tramp marşrutu Ermənistanın suverenliyini, ərazi bütövlüyünü və yurisdiksiyasını qoruyur. Sərhəd təhlükəsizliyi və gömrüklə bağlı bütün funksiyalar Ermənistanın nəzarəti altında qalır, Ermənistan hakimiyyəti onlara nəzarəti həyata keçirir və əsas qərarları qəbul edir", - açıqlamada deyilir.  Ermənistan xarici işlər naziri Ararat Mirzoyan isə daha əvvəl "Tramp marşrutu"nda pasport...

Seçilmiş Videolar

Toplum TV loqo