Russian Foreign Ministry
Ermənistan baş naziri Nikol Paşinyan iyulun 27-də Rusiya prezidenti Vladimir Putinlə telefon danışığı aparıb.
"Armenpress" agentliyinin baş nazir aparatına istinadən verdiyi məlumata görə, tərəflər Ermənistan-Rusiya münasibətlərinin gündəliyini, xüsusilə də ikitərəfli iqtisadi əlaqələrlə bağlı məsələləri müzakirə ediblər.
Paşinyan Ermənistan mənşəli məhsulların Rusiya bazarına ixracına tətbiq olunan məhdudiyyətlərin Avrasiya İqtisadi İttifaqının (Aİİ) qaydalarına zidd olduğunu bildirib. O, rusiyalı həmkarından bu problemlərin aradan qaldırılması üçün müvafiq tədbirlər görməsini xahiş edib.
Kremlin rəsmi pres-relizində bu mövzuya yer verilməyib. Əvəzində telefon söhbətində Ermənistanın geosiyasi mövqeyi və Aİİ çərçivəsindəki öhdəliklərinin müzakirə olunduğu qeyd olunub.
Pres-relizə əsasən, Putin vurğulayıb ki, Ermənistan Avropa İttifaqına inteqrasiya yolunu seçmək, yoxsa Aİİ-də qalmaq istədiyini müəyyən etmək üçün ümumxalq referendumunu qısa müddətdə keçirməlidir.
Ermənistanın pres-relizinə əsasən isə, Paşinyan bunun yalnız Ermənistanın Avropa İttifaqına üzvlük üçün rəsmi müraciət etməsindən sonra mümkün ola biləcəyini deyib.
Paşinyan Ermənistan hökumətinin qeyd olunan bütün məsələləri "açıq, tərəfdaşlığa əsaslanan və dostluq ruhunda dialoq yolu ilə həll etməyə hazır olduğunu" da bildirib.
Rusiya son aylarda Ermənistandan bəzi tərəvəz məhsulları, süd, göyərti, çiyələk, gül, mineral su və konyak idxalına qadağa qoyub.
Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti bunu həmin məhsulların istehsalının beynəlxalq standartlara cavab verməməsi ilə əsaslandırıb.
Siyasi müşahidəçilər isə bunu Ermənistanın Avropa İttifaqı ilə yaxınlaşmasına cavab olaraq atılan addımlar kimi xarakterizə edir.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
Açıq mənbə
ABŞ: "Tramp marşrutu”nda gömrük və sərhəd xidməti Ermənistanın nəzarətində olacaq
primeminister.am
Bakı və Sumqayıtda məktəblərdə hicablı müəllimlərə qadağa qoyulduğu deyilir
Abgül Süleymanov 30 sutka həbs edilib
Taleh Bağırzadə İlham Əliyev: “Mənə ömürlük verin, həbsdəki qadınları azad edin”
2027-ci ilin büdcə proqnozu: Neft gəlirləri azalır, vergi gözləntiləri artır
Həbsdə olan jurnalist hicab qadağasına etiraz olaraq aclığa başlayıb