Region

Ermənistanda müxalif keşiş çevrilişə cəhd ittihamı ilə həbs edilib 

25 İyun, 2025
809

Foto: jam-news.net

Erməni Apostol Kilsəsinin baş yepiskopu və “Müqəddəs Mübarizə” müxalif hərəkatının lideri Baqrat Qalstanyan iyunun 25-də Ermənistan Milli Təhlükəsizlik Xidməti tərəfindən saxlanılıb. 

Eyni gündə Ermənistanın İstintaq Komitəsi bir hesabat yayıb. Hesabatda iddia edilir ki, "Müqəddəs Mübarizə" adlı hərəkatın iştirakçıları və rəhbərləri Ermənistanda terror aktları törətməyi və hakimiyyəti ələ keçirməyə yönəlmiş hərəkətlər həyata keçirməyi planlaşdırıblar.

“Plana əsasən, nəqliyyat və enerji sistemlərini iflic etmək, partlayışlar, yanğınlar, texniki nasazlıqlar və elektron hücumlar həyata keçirməklə dövlət orqanlarının fəaliyyətini mümkünsüz etmək və hakimiyyəti istefaya məcbur etmək nəzərdə tutulub”, - hesabatda deyilir.

Həmçinin, hesabata əsasən, 1,000-dən çox şəxs hərəkatın “çevriliş qruplarına” daxil edilib, əməliyyatlar üçün lazım olan xəritələr, məlumatlar və avadanlıqlar əldə olunub. 

Qalstanyan 2020-ci il Qarabağ müharibəsindən sonra hökumətlə Erməni Apostol Kilsəsi arasında artan gərginlik fonunda ötən il Baş nazir Nikol Paşinyanın kabinetinin istefasını tələb edən etirazlara rəhbərlik edib. 

Bu gərginlik son vaxtlar daha da dərinləşib. Belə ki, Paşinyan kilsənin ali rəhbəri Katolikos II Qareginin bakirlik andını pozduğunu iddia edib və onun əvəzlənməsini tələb edib. 
Bir neçə gün əvvəl isə Rusiyada yaşayan erməni milyarder Samvel Karapetyan kilsəni dəstəklədikdən sonra, hökuməti devirməyə çağırış ittihamı ilə həbs olunub.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Region

Paşinyan Putindən Ermənistandan idxal qadağalarını götürməyi xahiş edib

28 İyul 2026

Russian Foreign Ministry

Ermənistan baş naziri Nikol Paşinyan iyulun 27-də Rusiya prezidenti Vladimir Putinlə telefon danışığı aparıb. "Armenpress" agentliyinin baş nazir aparatına istinadən verdiyi məlumata görə, tərəflər Ermənistan-Rusiya münasibətlərinin gündəliyini, xüsusilə də ikitərəfli iqtisadi əlaqələrlə bağlı məsələləri müzakirə ediblər. Paşinyan Ermənistan mənşəli məhsulların Rusiya bazarına ixracına tətbiq olunan məhdudiyyətlərin Avrasiya İqtisadi İttifaqının (Aİİ) qaydalarına zidd olduğunu bildirib. O, rusiyalı həmkarından bu problemlərin aradan qaldırılması üçün müvafiq tədbirlər görməsini xahiş edib. Kremlin rəsmi pres-relizində bu mövzuya yer verilməyib. Əvəzində telefon söhbətində Ermənistanın geosiyasi mövqeyi və Aİİ çərçivəsindəki öhdəliklərinin müzakirə olunduğu qeyd olunub.  Pres-relizə əsasən, Putin vurğulayıb ki, Ermənistan Avropa İttifaqına inteqrasiya yolunu seçmək, yoxsa...
Region

Ermənistan 40 min qarabağlıya vətəndaşlıq verib 

22 İyul 2026

Açıq mənbə

Ermənistan Qarabağdan köçən təxminən 40 min nəfərə vətəndaşlıq verib.  Bu barədə Ermənistanın daxili işlər naziri Arpine Sarkisyan “CivilNet”-ə müsahibəsində deyib. Onun sözlərinə görə, qarabağlı qaçqınların ümumi sayı 115 mindən çoxdur və onların təxminən yarısı vətəndaşlıq üçün müraciət edib. Müraciətlərə baxılmağa davam edilir.  “İki il yarımlıq müddəti nəzərə alsaq, hesab edirəm ki, bu, qaçqın əhalinin Ermənistan vətəndaşlığını almaqda və Ermənistanda tamhüquqlu, perspektivli gələcək qurmaqda maraqlı olduğunu göstərən mühüm göstəricidir”, - A.Sarkisyan deyib. Nazir xatırladıb ki, qaçqınların Ermənistana sosial-iqtisadi inteqrasiyası Ermənistan və Avropa İttifaqı arasında viza rejiminin liberallaşdırılması ilə bağlı görülən işlərin istiqamətlərindən biridir. “Düşünürəm ki, artıq görülmüş işlər avropalı tərəfdaşlar tərəfindən...

Seçilmiş Videolar

Toplum TV loqo