AP
Ermənistan baş naziri Nikol Paşinyanın “Vətəndaş Müqaviləsi” partiyası 7 iyunda keçirilən parlament seçkilərində böyük üstünlüklə qələbə qazanıb.
Ermənistanın Mərkəzi Seçki Komissiyasının məlumatına əsasən, səslərin 90 faizdən çoxu hesablandıqdan sonra “Vətəndaş Müqaviləsi” partiyası təxminən 49,81 faiz nəticə göstərib.
Bu göstərici Paşinyanın partiyasının parlamentdə çoxluğu əldə etməsinə imkan yaradacaq.
MSK nəticələrinə görə, parlamentə iki əsas müxalifət bloku da daxil olur. Bunlar “Güclü Ermənistan” və “Ermənistan” bloklarıdır. Hər iki siyasi qüvvə Rusiya yönümlü mövqeləri ilə tanınır.
İlkin nəticələrə əsasən, “Güclü Ermənistan” alyansı təxminən 23 faiz səslə ikinci yerdə qərarlaşıb. Keçmiş prezident Robert Koçaryanın rəhbərlik etdiyi “Ermənistan” bloku isə təxminən 10 faiz səs toplayıb.
Qaqik Tsarukyanın rəhbərlik etdiyi “Çiçəklənən Ermənistan” partiyası 4 faizlik baryer ətrafında nəticə göstərib və parlamentə keçib-keçməyəcəyi hələlik məlum deyil.
MSK həmçinin bildirib ki, digər siyasi qüvvələr parlamentə keçmək üçün tələb olunan baryeri aşmayıb.
Erkən mərhələdə (səslərin təxminən 10 faizinin hesablandığı vaxt) “Vətəndaş Müqaviləsi” partiyası 54 faizdən çox nəticə ilə öndə olub və baş nazir Nikol Paşinyan həmin mərhələdə qələbə elan edib. Lakin sonrakı sayımlarda göstəricilər azalıb və 50 faizə yaxınlaşan nəticə ilə sabitləşib.
Ümumilikdə parlament seçkilərində 1 476 597 nəfərin səs verdiyi deyilir.
Yekun nəticələrin MSK tərəfindən təsdiqlənməsindən sonra parlamentdə mandat bölgüsü rəsmiləşdiriləcək.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
Paşinyan Hacıyevin Ermənistan səfərini sülh gündəliyi üçün mühüm addım adlandırıb
Nikol Paşinyanın sosial media hesabından
Sosial media
Akif Qurbanov: “Ya Əliyevə dost olanlar siyahısına qoşulacaqdıq, ya da repressiyaya məruz qalacaqdıq”
Kənd təsərrüfatı üzrə yeni dövlət proqramı nəyi dəyişəcək?
Akif Qurbanovla müsahibə: “‘Tək adam’ rejiminin sahibi Əliyevi daşı ətəyindən tökməyə səsləyirəm”
Paşinyanı qələbəyə aparan iqtisadi uğurları
Prokuror "Toplum TV işi” üzrə həbs olunanlara 13-16 il cəza istəyib