Region

Ermənistanda MSK müxalif namizədlərin həbsinə razılıq verib

18 İyun, 2026
38

Sosial media

Ermənistan Mərkəzi Seçki Komissiyası ölkənin sabiq prezidenti, "Ermənistan" alyansının lideri Robert Koçaryana qarşı ittiham irəli sürülməsinə rəsmi razılıq verib.

“Azadlıq Radiosu”nun Ermənistan xidmətinin verdiyi məlumata görə, qərar "Ermənistan" alyansının üzvləri Asatur Koçaryan və Ruslan Barseqyan, eləcə də "Güclü Ermənistan" blokunun üzvləri David Kazinyan və Aşot Yeqiazaryana da aiddir.

Komissiya bir neçə gündür ki, prokurorluğun müxalif siyasətçilərlə bağlı vəsatətlərini nəzərdən keçirir. 

Bildirilir ki, Robert Koçaryan vəzifə səlahiyyətlərindən sui-istifadə və çirkli pulların yuyulmasında ittiham olunur.

Vəkili Aram Orbelyanın sözlərinə görə, işlərdən biri 2004-cü ildə "Master-Class" tennis kortunun sahibi olan şirkətlə torpaq sahəsinin icarəsinə dair bağlanmış müqavilə ilə bağlıdır. Vəkil bildirib ki, Koçaryanın oğlu Sedrak Koçaryan həmin şirkətdəki payı yalnız 2008-ci ildə alıb. Həmin vaxt Robert Koçaryan artıq Ermənistan prezidenti deyildi və oğlu şirkətdəki pay üçün "kifayət qədər böyük məbləğ" ödəyib. Orbelyanın sözlərinə görə, Koçaryan ailəsinin 2004-cü ildə bağlanan müqaviləyə heç bir aidiyyəti olmayıb.

David Kazinyan isə Ermənistanın milyarder və "Güclü Ermənistan" lideri Samvel Karapetyana məxsus "Ermənistan Elektrik Şəbəkələri" şirkətinin keçmiş baş direktorudur. O, seçicilərə rüşvət verməyə hazırlıqda ittiham olunur.

Ermənistan Korrupsiyaya Qarşı Mübarizə Komitəsinin yaydığı materiallarda Kazinyanın adının keçdiyi bildirilir. İddialara görə, o, partiya tərəfdarları və onlarla əməkdaşlıq edən şəxslərlə birlikdə seçicilərə pul mükafatı verməyi planlaşdırıb. Antikorrupsiya məhkəməsi onu iki ay müddətinə həbs edib.

Prokurorluq həmçinin Asatur Koçaryan, Ruslan Barseqyan və Aşot Yeqiazaryanın həbs olunması ilə bağlı vəsatət qaldırıb.

Bundan əvvəl Robert Koçaryanın ölkədən çıxışına qadağa qoyulduğu məlum olub. Bu, onun şəxsi səfər üçün ölkəni tərk etməyə hazırlaşdığı vaxt hava limanında üzə çıxıb. 

Koçaryanın oğlu Levon Koçaryan bildirib ki, sabiq prezident Rusiyaya getməyi planlaşdırırdı.
Ermənistan Mərkəzi Seçki Komissiyası iyunun 14-də parlament seçkilərinin yekun nəticələrini açıqlayıb. Açıqlamaya görə, baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi "Vətəndaş müqaviləsi" partiyası 49,745 faiz səslə qalib gəlib.

Samvel Karapetyanın "Güclü Ermənistan" bloku 23,271 faiz, Robert Koçaryanın "Ermənistan" alyansı isə 9,923 faiz səs toplayıb. "Çiçəklənən Ermənistan" partiyası isə 3,989 faiz səslə parlamentə keçə bilməyib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Region

Paşinyan Hacıyevin Ermənistan səfərini sülh gündəliyi üçün mühüm addım adlandırıb

19 İyun 2026

Nikol Paşinyanın sosial media hesabından

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyevin ölkəsinə səfərini sülh prosesində dinamikanın qorunması baxımından mühüm hadisə kimi qiymətləndirib. Baş nazir bu barədə iyunun 18-də keçirilən brifinqdə çıxışı zamanı danışıb. Paşinyan bildirib ki, o, Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryana Hacıyevlə görüşün zəruriliyini müzakirə etməyi tapşırıb. “Biz həm Azərbaycan, həm də Ermənistanın ekspert dairələrində vəziyyətin gərginləşməsinə səbəb ola biləcək müəyyən tendensiyalar müşahidə etdik. Məsuliyyətimizdən irəli gələrək bu risklərin idarə olunması ilə məşğuluq”, - Paşinyan deyib. Hikmət Hacıyev iyunun 14-də Ermənistanın şimalındakı Dilican şəhərində Armen Qriqoryanla görüşüb. Bu, Hacıyevin Ermənistana ilk işgüzar səfəri olub. Eyni zamanda, 2025-ci ilin avqustunda tərəflərin...
Region

Gürcüstan yaşayış icazəsi almaq üçün nikaha girməyi cinayət saymağa hazırlaşır 

16 İyun 2026

Toplum TV

Gürcüstanda əcnəbilərin ölkədə daimi yaşayış icazəsi almaq üçün vətəndaşlarla nikaha girməsi cinayət əməli hesab oluna bilər.  Gürcüstan Daxili İşlər Nazirliyi (DİN) bununla bağlı qanunvericiliyə dəyişikliklər edilməsi üçün təkliflər hazırlayıb.  Hazırki qanuna əsasən, Gürcüstan vətəndaşı ilə nikaha girən əcnəbilər avtomatik olaraq ölkədə daimi yaşayış icazəsinə malik olur.  Təklif olunan dəyişikliklərə əsasən, yaradılacaq xüsusi komissiya bu cür nikahları ayrı-ayrılıqda araşdıracaq. Saxta əsaslarla nikah bağladığı məlum olan əcnəbilər Gürcüstandan deportasiya edilə, 2 ildən 10 ilədək müddətə giriş qadağası ilə üzləşə, həmçinin cərimə, ev dustaqlığı və ya 2 ilədək həbslə cəzalandırıla bilər.  Qanuna təklif olunan digər dəyişiklik isə əcnəbi tələbələrin yaşayış icazəsi ilə bağlıdır....

Seçilmiş Videolar

Toplum TV loqo