Region

Ermənistan və Aİ danışıqlara başladılar

10 Sentyabr, 2024
98

jam-news.net

Ermənistan və Avropa İttifaqı (Aİ) viza rejiminin liberallaşdırılması üzrə danışıqlara başlayıblar. Gözlənilir ki, Ermənistan vətəndaşlarının Aİ ölkələrinə qısamüddətli səfərləri üçün viza tələbi tezliklə ləğv olunacaq.
Avropa Komissiyasının vitse-prezidenti Marqarita Sxinas bununla bağlı Ermənistan Prezidenti Vaaqn Xaçaturyan, baş nazir Nikol Paşinyan və xarici işlər naziri Ararat Mirzoyanla görüşüb.
Paşinyan görüş zamanı deyib ki, Aİ ilə münasibətlərdə gözəçarpan dəyişikliklərin olmasına şaddır:
“Viza rejiminin liberallaşdırılması üzrə danışıqlar başlanır, Avropa Sülh Fondu Ermənistan Respublikasını dəstəkləmək qərarı verib. Biz bunları yüksək qiymətləndiririk”.

O həmçinin qeyd edib ki, Ermənistanda Aİ-yə üzvlüyün mümkünlüyü dair müzakirələr gedir.

Aİ Nümayəndəliyi Ermənistanla dialoqun Aİ ölkələri ilə əməkdaşlıq çərçivəsində həyata keçiriləcək çoxillik bir proses olacağını bildirib.

Aİ Ermənistanla viza rejiminin liberallaşdırılması üzrə danışıqlara iyul ayında başlayıb. O zaman bildirilmişdi ki, tərəflər arasında dialoq Viza Liberallaşdırılması üzrə Fəaliyyət Planı (VLAP) çərçivəsində aparılacaq.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Region

Ermənistan və Azərbaycan arasında strateji razılaşma da olsun - Paşinyan

13 Noyabr 2024

Timesofisrael.com

Yerevan danışıqların dalana dirənməsini istəmir, ona görə də  konstitusiya dəyişikliklərilə bağlı Bakıya əks iddialar irəli sürmür - Ermənistanın Baş naziri Nikol Paşinyan noyabrın 12-də parlamentdəki çıxışı zamanı belə deyib.  Onun sözlərinə görə, Azərbaycan konstitusiyasında Ermənistana qarşı ərazi iddiası var.   Paşinyan qeyd edib ki, sonrakı əsrlərdə dinc yanaşı yaşamaq üçün sülh müqaviləsi ilə yanaşı, Ermənistan və Azərbaycan arasında strateji razılaşma da  imzalanmalıdır. O,   Azərbaycan Prezidenti İlham Əliyevlə BRİKS çərçivəsində söhbətindən razı qaldığını və "strateji sövdələşmə ilə bağlı bəzi fikirlərinin” olduğunu bildirib; əlavə edib ki, bu yaxınlarda Yerevan Bakının sülh müqaviləsi ilə bağlı təkliflər paketinə cavab verib. Bundan başqa,  Ermənistan...
Region

Gürcüstan prezidenti Zurabişvili: “...Biz mübarizə aparacağıq, indi bədbinlik vaxtı deyil”

28 Oktyabr 2024

Mundoamerica.com

Gürcüstanda parlament seçkilərinin nəticəsinə etiraz olaraq müxalif qüvvələrin aksiyası keçirilir. Aksiyada Gürcüstan prezidenti Salome Zurabişvili də çıxıb edib. O, dövlət bayrağı qarşısında and içərək xalqın səsinin və ölkənin gələcəyinin oğurlanmasına imkan verməyəcəyini bildirib. Gürcüstan prezidenti Qərb liderlərilə danışdığını və seçkilərin qeyri-legitim olması faktı ilə onların da razılaşdığını bildirib. “Biz sizin konstitusion səsvermə hüququnuzu qorumaq üçün mübarizə aparacağıq, indi bədbinlik vaxtı deyil, indi vacib olan sakit bir şəkildə və başımızı qaldıraraq səslərimizi müdafi etməkdir”, - S.Zurabişvili deyib.   “Birlik-Milli Hərəkat” partiyasının liderlərindən biri Giorgi Vaşadze isə deyib ki, seçkilərin nəticələri ləğv olunmalı, yeni seçkilər beynəlxalq müşahidəçilərin nəzarəti altında keçirilməlidir.

Seçilmiş Videolar

Toplum TV loqo