Region

Gürcüstan prezidenti Zurabişvili: “...Biz mübarizə aparacağıq, indi bədbinlik vaxtı deyil”

28 Oktyabr, 2024
75

Mundoamerica.com

Gürcüstanda parlament seçkilərinin nəticəsinə etiraz olaraq müxalif qüvvələrin aksiyası keçirilir.
Aksiyada Gürcüstan prezidenti Salome Zurabişvili də çıxıb edib. O, dövlət bayrağı qarşısında and içərək xalqın səsinin və ölkənin gələcəyinin oğurlanmasına imkan verməyəcəyini bildirib.
Gürcüstan prezidenti Qərb liderlərilə danışdığını və seçkilərin qeyri-legitim olması faktı ilə onların da razılaşdığını bildirib.

“Biz sizin konstitusion səsvermə hüququnuzu qorumaq üçün mübarizə aparacağıq, indi bədbinlik vaxtı deyil, indi vacib olan sakit bir şəkildə və başımızı qaldıraraq səslərimizi müdafi etməkdir”, - S.Zurabişvili deyib.  

“Birlik-Milli Hərəkat” partiyasının liderlərindən biri Giorgi Vaşadze isə deyib ki, seçkilərin nəticələri ləğv olunmalı, yeni seçkilər beynəlxalq müşahidəçilərin nəzarəti altında keçirilməlidir.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Region

Ermənistan və Azərbaycan arasında strateji razılaşma da olsun - Paşinyan

13 Noyabr 2024

Timesofisrael.com

Yerevan danışıqların dalana dirənməsini istəmir, ona görə də  konstitusiya dəyişikliklərilə bağlı Bakıya əks iddialar irəli sürmür - Ermənistanın Baş naziri Nikol Paşinyan noyabrın 12-də parlamentdəki çıxışı zamanı belə deyib.  Onun sözlərinə görə, Azərbaycan konstitusiyasında Ermənistana qarşı ərazi iddiası var.   Paşinyan qeyd edib ki, sonrakı əsrlərdə dinc yanaşı yaşamaq üçün sülh müqaviləsi ilə yanaşı, Ermənistan və Azərbaycan arasında strateji razılaşma da  imzalanmalıdır. O,   Azərbaycan Prezidenti İlham Əliyevlə BRİKS çərçivəsində söhbətindən razı qaldığını və "strateji sövdələşmə ilə bağlı bəzi fikirlərinin” olduğunu bildirib; əlavə edib ki, bu yaxınlarda Yerevan Bakının sülh müqaviləsi ilə bağlı təkliflər paketinə cavab verib. Bundan başqa,  Ermənistan...
Region

Azərbaycan hərbi xərcləri kəskin artırdı: müharibəyə hazırlıq gedir?

19 Oktyabr 2024
“Bəs Ermənistan Konstitusiyaya dəyişiklik edərsə, sülh müqaviləsinin önündəki bütün əngəllər aradan qalxmış olacaqmı?” Azərbaycanın 2025-ci il dövlət büdcəsində müdafiə və təhlükəsizlik məqsədləri üçün ayrılan vəsait 1 milyard 738 milyon manat artırılaraq 8 milyard 396,3 milyon manata çatdırılıb. Bu, müstəqillik dövründə ən yüksək göstəricidir. Maliyyə Nazirliyindən bildirilib ki, məqsəd Ermənistanın genişmiqyaslı militarizasiya siyasətinə qarşı tədbir görməkdir. Dövlətlərin real və potensial təhlükələrdən sığortalanmaq üçün hərbi büdcəni artırmaları, ordunu müasir silahlarla təmin etmələri normal praktikadır - xüsusən də Rusiyanın Ukraynaya hücumundan sonra beynəlxalq münasibətlərdə yaranmış mürəkkəb və qeyri-müəyyən situasiyada. Amma bölgəmizdə dayanıqlı sülh olmadığı və Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmadığı bir şəraitdə...

Seçilmiş Videolar

Toplum TV loqo