Region

Paşinyan: "Razılaşdırılmamış 3 bəndin hərəsində cəmi 2 cümlə var"

10 Sentyabr, 2024
104

reuters.com

Ermənistanın Baş naziri Nikol Paşinyan növbəti dəfə  təklif edib ki,   sülh müqaviləsinin artıq razılaşdırılmış bəndləri imzalansın. Onun sözlərinə görə, bu bəndlər arasında Ermənistanla Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasına dair müddəa da var.
"Yerevan dialoqu" forumunda çıxış edən Paşinyan bildirib ki, 16 bənddən sadəcə 3-ü üzrə fikir ayrılığı var və hər biri cəmi iki cümlədən ibarətdir.  
 Paşinyan kommunikasiyaların təhlükəsizliyilə bağlı səsləndirilən fikirlərə də təkrar münasibət bildirib; deyib ki, 9 noyabr bəyanatı təhlükəsizliyin 3-cü ölkə və ya qüvvə tərəfindən təmin olunmasını nəzərdə tutmur. "Dərhal deyim ki, belə bir anlayışın reallıqla heç bir əlaqəsi yoxdur. Kommunikasiyaların açılması məsələsində təhlükəsizlik funksiyası və onun təmin edilməsi Ermənistanın üzərinə düşür. Suveren bir dövlətin ərazisində təhlükəsizliyi başqa bir dövlətin təmin etməsi məntiqsiz olardı. Heç bir tərəfdaşın haqqı yoxdur ki, Ermənistanı 9 noyabr bəyanatına əməl etməməkdə günahlandırsın", Paşinyan belə söyləyib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Region

Ermənistan və Azərbaycan arasında strateji razılaşma da olsun - Paşinyan

13 Noyabr 2024

Timesofisrael.com

Yerevan danışıqların dalana dirənməsini istəmir, ona görə də  konstitusiya dəyişikliklərilə bağlı Bakıya əks iddialar irəli sürmür - Ermənistanın Baş naziri Nikol Paşinyan noyabrın 12-də parlamentdəki çıxışı zamanı belə deyib.  Onun sözlərinə görə, Azərbaycan konstitusiyasında Ermənistana qarşı ərazi iddiası var.   Paşinyan qeyd edib ki, sonrakı əsrlərdə dinc yanaşı yaşamaq üçün sülh müqaviləsi ilə yanaşı, Ermənistan və Azərbaycan arasında strateji razılaşma da  imzalanmalıdır. O,   Azərbaycan Prezidenti İlham Əliyevlə BRİKS çərçivəsində söhbətindən razı qaldığını və "strateji sövdələşmə ilə bağlı bəzi fikirlərinin” olduğunu bildirib; əlavə edib ki, bu yaxınlarda Yerevan Bakının sülh müqaviləsi ilə bağlı təkliflər paketinə cavab verib. Bundan başqa,  Ermənistan...
Region

Gürcüstan prezidenti Zurabişvili: “...Biz mübarizə aparacağıq, indi bədbinlik vaxtı deyil”

28 Oktyabr 2024

Mundoamerica.com

Gürcüstanda parlament seçkilərinin nəticəsinə etiraz olaraq müxalif qüvvələrin aksiyası keçirilir. Aksiyada Gürcüstan prezidenti Salome Zurabişvili də çıxıb edib. O, dövlət bayrağı qarşısında and içərək xalqın səsinin və ölkənin gələcəyinin oğurlanmasına imkan verməyəcəyini bildirib. Gürcüstan prezidenti Qərb liderlərilə danışdığını və seçkilərin qeyri-legitim olması faktı ilə onların da razılaşdığını bildirib. “Biz sizin konstitusion səsvermə hüququnuzu qorumaq üçün mübarizə aparacağıq, indi bədbinlik vaxtı deyil, indi vacib olan sakit bir şəkildə və başımızı qaldıraraq səslərimizi müdafi etməkdir”, - S.Zurabişvili deyib.   “Birlik-Milli Hərəkat” partiyasının liderlərindən biri Giorgi Vaşadze isə deyib ki, seçkilərin nəticələri ləğv olunmalı, yeni seçkilər beynəlxalq müşahidəçilərin nəzarəti altında keçirilməlidir.

Seçilmiş Videolar

Toplum TV loqo