Region

Paşinyan xalqdan üzr istəyib

16 Sentyabr, 2024
137

reuters.com

Ermənistanın baş naziri Nikol Paşinyan etiraf edib ki, sələfləri kimi o da  qonşu ölkələrlə davam edən münaqişəni əbədiləşdirərək milləti yanıldıb və buna görə erməni xalqından açıq şəkildə üzr istəyib. Paşinyan Facebook yazısında ərazi fəthinə yönəlmiş əvvəlki siyasət ilə "əsl Ermənistan" baxışı arasında fərqi ortaya qoyub. Onun sözlərinə görə, "əsl Ermənistan" 2020-ci ildə Azərbaycanla müharibədə Ermənistanın məğlubiyyətindən sonra başlayıb ("Turan" İA).

"Xalqımız əsl Ermənistanın xeyrinə öz seçimini çoxdan edib", - Paşinyan yazıb və izah edib ki, ölkənin gələcəyi onun vətəndaşlarının rifahını beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində təmin etməkdən ibarət olmalıdır, geniş ərazisi olan "Tarixi Ermənistan" idealına can atmaqdan ibarət olmamalıdır.

Baş nazir etiraf edib ki, keçmiş liderlər əhalini münaqişənin "tarixi dövriliyinə" sürükləyiblər və o, bunun davam etdirilməsindəki roluna görə məsuliyyət daşıyıb. "Müxtəlif dövrlərdə hökmranlıq edən bizlər dinləmədik [xalqı], mahiyyətcə xalqımızı "tarixi dövrilikdə" yaşamağa məcbur etdik.  Məhz bu səbəbdən biz xalqımızdan üzr istəməliyik və mən öz tərəfimdən üzr istəyirəm".

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Paşinyanın bəyanatını dəstəkləyib. Sentyabrın 16-da Fransanın Avropa və xarici işlər naziri Stefan Sejurne ilə birgə mətbuat konfransında bildirib ki, Ermənistan Azərbaycanla sülh müqaviləsini imzalamağa hazırdır. Amma Bakı bildirir ki, istənilən sülh sazişi Ermənistanın öz konstitusiyasından antiazərbaycan müddəalarını çıxarmasından asılıdır.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Region

Ermənistan və Azərbaycan arasında strateji razılaşma da olsun - Paşinyan

13 Noyabr 2024

Timesofisrael.com

Yerevan danışıqların dalana dirənməsini istəmir, ona görə də  konstitusiya dəyişikliklərilə bağlı Bakıya əks iddialar irəli sürmür - Ermənistanın Baş naziri Nikol Paşinyan noyabrın 12-də parlamentdəki çıxışı zamanı belə deyib.  Onun sözlərinə görə, Azərbaycan konstitusiyasında Ermənistana qarşı ərazi iddiası var.   Paşinyan qeyd edib ki, sonrakı əsrlərdə dinc yanaşı yaşamaq üçün sülh müqaviləsi ilə yanaşı, Ermənistan və Azərbaycan arasında strateji razılaşma da  imzalanmalıdır. O,   Azərbaycan Prezidenti İlham Əliyevlə BRİKS çərçivəsində söhbətindən razı qaldığını və "strateji sövdələşmə ilə bağlı bəzi fikirlərinin” olduğunu bildirib; əlavə edib ki, bu yaxınlarda Yerevan Bakının sülh müqaviləsi ilə bağlı təkliflər paketinə cavab verib. Bundan başqa,  Ermənistan...
Region

Gürcüstan prezidenti Zurabişvili: “...Biz mübarizə aparacağıq, indi bədbinlik vaxtı deyil”

28 Oktyabr 2024

Mundoamerica.com

Gürcüstanda parlament seçkilərinin nəticəsinə etiraz olaraq müxalif qüvvələrin aksiyası keçirilir. Aksiyada Gürcüstan prezidenti Salome Zurabişvili də çıxıb edib. O, dövlət bayrağı qarşısında and içərək xalqın səsinin və ölkənin gələcəyinin oğurlanmasına imkan verməyəcəyini bildirib. Gürcüstan prezidenti Qərb liderlərilə danışdığını və seçkilərin qeyri-legitim olması faktı ilə onların da razılaşdığını bildirib. “Biz sizin konstitusion səsvermə hüququnuzu qorumaq üçün mübarizə aparacağıq, indi bədbinlik vaxtı deyil, indi vacib olan sakit bir şəkildə və başımızı qaldıraraq səslərimizi müdafi etməkdir”, - S.Zurabişvili deyib.   “Birlik-Milli Hərəkat” partiyasının liderlərindən biri Giorgi Vaşadze isə deyib ki, seçkilərin nəticələri ləğv olunmalı, yeni seçkilər beynəlxalq müşahidəçilərin nəzarəti altında keçirilməlidir.

Seçilmiş Videolar

Toplum TV loqo