Siyasət

Deputat: “Sərhədlərin açılması daha çox Ermənistan tərəfini qazanclı çıxarar”

27 Fevral, 2021
1679

Fəzail Ağamalı - konkret.az

“İkinci Qarabağ müharibəsindən sonra yaranmış situasiya Türkiyə-Ermənistan sərhədlərinin açılmasını mümkün edə bilər”.

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli “Toplum TV”-yə prezidentin bugünkü çıxışını şərh edərkən belə deyib.

Anar Məmmədli - akinchi.org

Fevralın 26-da Prezidenti İlham Əliyev yerli və xarici jurnalistlər üçüm keçirdiyi mətbuat konfransında Türkiyənin artıq sərhədləri açacağına işarə edib.
Bu daha çox kimin maraqlarına uyğundur: Türkiyənin, yoxsa Ermənistanın? Azərbaycanın bundan qazancı və ya itkiləri nə ola bilər?

Anar Məmmədli deyir ki, sərhədlərin açılması bölgədə stabilliyin və sülhün qorunması üçün yeni əməkdaşlıq imkanları yarada, Ermənistanın çoxillik antitürk təbliğatının qarşısını ala bilər.

A.Məmmədli iqtisadi baxımdan bunun həm Ermənistana, həm də Türkiyəyə faydalı olacağını bildirir: “Türkiyə regionda iqtisadiyyatı ən güclü olan ölkələrdən biridir. Belə bir ölkənin Ermənistan bazarına giriş əldə etməsi onun özü üçün də əlverişlidir. Eyni zamanda, bu, Ermənistan iqtisadiyyatı üçün də faydalıdır”.

“Sərhədlərin açılması daha çox Ermənistan tərəfini qazanclı çıxarar”

Milli Məclisin deputatı Fəzail Ağamalı isə hesab edir ki, Ermənistanın daxilində baş verənlər bu ölkənin durumunu ağırlaşdırıb: "Ermənistan hazırda iki yol ayırıcındadır: ya revanşistlər qüvvələrə dəstək verib onların hakimiyyətə gəlməsinə yardım etməli, ya da qonşu dövlətlərlə normal münasibət saxlamalıdır". 

“Sərhədlərin açılması region dövlətlərinin hər biri üçün xeyirlidir. Çünki Ermənistan tərəfinin yaratdığı gərginlik heç bir tərəfə lazım deyil. Hətta onların özlərinə də” - deputat belə düşünür. 

Deputat deyir ki, bunun üçün birinci addımı Ermənistan atmalıdır: “Əslində, sərhədlərin açılması daha çox Ermənistan tərəfinin qazanclı çıxarar. Neçə illərdir ki, Azərbaycanla və Türkiyəylə blokada şəraitində yaşaması bu ölkəni ağır duruma salıb. Ermənistanda işsizlik, iqtisadiyyatın zəifləməsi həm də bununla bağlıdır. Bu gün Ermənistanın dövlət borcu ölkənin ümumi daxili məhsulu dəyərindədir. Bu baxımdan, Ermənistanda ağıllı, xalqın maraqlarına xidmət edən siyasətçilər ölkənin mənafeyinə uyğun yolu seçməlidirlər”.

O bu məsələdə o qədər ümidli olmadığını da dilə gətirib: “3 ölkə arasında yaranacaq əlaqələr, bəlkə də, Ermənistandakı militarizmi zamanla yox edər. Çünki bu millət körpəlikdən “türk düşməndir” təbliğatıyla böyüyür“.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

İrana bağlı olduğu bildirilən haker qrupu Azərbaycanın dövlət saytlarına kiberhücuma görə məsuliyyəti üzərinə götürüb

15 Oktyabr 2026

sosial media

İrana bağlı olduğu bildirilən “313 Team” haker qrupu Azərbaycanın dövlət informasiya infrastrukturuna qarşı həyata keçirilən kiberhücuma görə məsuliyyəti öz üzərinə götürüb. Qrup hücumun məktəblərdə hicablı qızlara qoyulan məhdudiyyətlərlə əlaqəli olduğunu bildirib. Azərbaycan hakimiyyəti isə hücumun “xarici haker qrupu” tərəfindən həyata keçirildiyini açıqlayıb. Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin məlumatına görə, hücumlar oktyabrın 13-də, təxminən saat 22:00-dan başlayıb. “Azərbaycan Respublikasının dövlət informasiya infrastrukturunda 100-dən çox dövlət domenini hədəfə alan xarici haker qrupu tərəfindən kiberhücum həyata keçirilib”, - qurumun açıqlamasında deyilir. Rəsmi Bakı hücumun arxasında hansı ölkənin və ya qrupun dayandığını açıqlamayıb. “313 Team” isə oktyabrın 14-də “Telegram”da yaydığı açıqlamada Azərbaycan...
Siyasət

“Hürriyyət”in həbsdə olan baş redaktorunun vəkili: ‘Ürəyindən təcili əməliyyat olunmalıdır’

15 Oktyabr 2026

sosial media

“Hürriyyət” qəzetinin və “Hurriyyet TV” internet televiziyasının həbsdə olan baş redaktoru Vüqar Məmmədovun səhhətində ciddi problemlərin yarandığı bildirilir. “Azadlıq Radiosu”nun məlumatına görə, bu barədə oktyabrın 14-də Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda onun vəkili Rövşanə Rəhimova məlumat verib. Vəkil V.Məmmədovun ev həbsinə buraxılması ilə bağlı vəsatət qaldırıb. O bildirib ki, müvəkkilinin səhhətindəki problemlər qətimkan tədbirinin dəyişdirilməsi üçün əsas yaradır. Müdafiəçinin sözlərinə görə, V.Məmmədovun ürəyində təcili cərrahi əməliyyata ehtiyac var: “Onun sağ ayağı, demək olar ki, işləmir”. Vəkil qeyd edib ki, baş redaktor ev həbsinə buraxılarsa, müalicə ala və məhkəmə iclaslarında iştirak edə bilər. Dövlət ittihamçısı vəsatətə etiraz edib. Elmin Rüstəmovun...

Seçilmiş Videolar

Toplum TV loqo