Region

Ermənistanda müxalif siyasətçinin evində və şirkətlərində axtarış aparılır

6 İyul, 2026
82

Sputnik Armenia

Hüquq-mühafizə orqanları Ermənistanın "Çiçəklənən Ermənistan" Partiyasının sədri və iş adamı Qaqik Tsarukyanın evində axtarış aparır.

Partiyanın mətbuat katibi İveta Tonoyanın "Facebook" hesabında yaydığı məlumata görə, hüquq-mühafizə orqanlarının əməkdaşları vəkillərin evə daxil olmasına icazə verməyiblər.

İyunun sonunda Ermənistanın Baş Prokurorluğu Qaqik Tsarukyan barəsində cinayət işinin başlanmasına razılıq verilməsi üçün Mərkəzi Seçki Komissiyasına (MSK) müraciət edib. O, xüsusilə külli miqdarda vergidən yayınmaqda ittiham olunur.

MSK bildirib ki, Baş Prokurorluğun vəsatətinə Konstitusiya Məhkəməsi parlament seçkiləri ilə bağlı şikayətlərə baxdıqdan sonra baxacaq.

İveta Tonoyanın sözlərinə görə, Tsarukyana məxsus şirkətlərin ofislərində də axtarışlar aparılır. O bildirib ki, "Multi Group" holdinqinə daxil olan demək olar ki, bütün şirkətlərdə, eləcə də həmin müəssisələrin direktorlarının yaşadıqları ünvanlarda genişmiqyaslı axtarışlara başlanılıb.

Hələ seçki kampaniyası dövründə baş nazir Nikol Paşinyan Tsarukyanın ailəsinə məxsus "Ararat" sement zavodunu milliləşdirmək niyyətini açıqlamışdı. Paşinyan bu müəssisəni rəqibinin "biznesinin təməli", Tsarukyan və yaxınlarını isə "mafiya" adlandırmışdı. "Çiçəklənən Ermənistan"ın lideri isə cavab olaraq bu addımların onu qorxutmayacağını bəyan etmişdi.

Paşinyan həmçinin bildirmişdi ki, zavoda müvəqqəti idarəçinin təyin olunması məsələsi milyarder Samvel Karapetyana məxsus "Ermənistan Elektrik Şəbəkələri" şirkətində olduğu kimi çox qısa müddətdə həll ediləcək. 

Ermənistan MSK-nın açıqladığı nəticələrə əsasən, parlament seçkilərində Paşinyanın "Vətəndaş Müqaviləsi" partiyası 49,745 faiz, Samvel Karapetyanın "Güclü Ermənistan" bloku 23,271 faiz, sabiq prezident Robert Koçaryanın "Ermənistan" alyansı isə 9,923 faiz səs toplayıb. "Çiçəklənən Ermənistan" partiyası isə 3,989 faiz səs topladığı üçün parlamentdə təmsil olunmaq hüququ qazanmayıb.

Ermənistanda bu hadisələr Konstitusiya Məhkəməsinin iyunun 7-də keçirilən parlament seçkilərinin nəticələrini qüvvədə saxlaması və MSK-nın yekun qərarını qanuni hesab etməsi fonunda baş verir. 

Məhkəmə müxalif qüvvələrin, o cümlədən "Güclü Ermənistan", "Ermənistan" blokları və "Çiçəklənən Ermənistan" partiyasının şikayətlərini təmin etməyib. Müxalifət seçkilərdə saxtakarlıq və siyasi təzyiq iddialarını davam etdirsə də, hökumət bu ittihamları rədd edir.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Region

Paşinyan Putindən Ermənistandan idxal qadağalarını götürməyi xahiş edib

28 İyul 2026

Russian Foreign Ministry

Ermənistan baş naziri Nikol Paşinyan iyulun 27-də Rusiya prezidenti Vladimir Putinlə telefon danışığı aparıb. "Armenpress" agentliyinin baş nazir aparatına istinadən verdiyi məlumata görə, tərəflər Ermənistan-Rusiya münasibətlərinin gündəliyini, xüsusilə də ikitərəfli iqtisadi əlaqələrlə bağlı məsələləri müzakirə ediblər. Paşinyan Ermənistan mənşəli məhsulların Rusiya bazarına ixracına tətbiq olunan məhdudiyyətlərin Avrasiya İqtisadi İttifaqının (Aİİ) qaydalarına zidd olduğunu bildirib. O, rusiyalı həmkarından bu problemlərin aradan qaldırılması üçün müvafiq tədbirlər görməsini xahiş edib. Kremlin rəsmi pres-relizində bu mövzuya yer verilməyib. Əvəzində telefon söhbətində Ermənistanın geosiyasi mövqeyi və Aİİ çərçivəsindəki öhdəliklərinin müzakirə olunduğu qeyd olunub.  Pres-relizə əsasən, Putin vurğulayıb ki, Ermənistan Avropa İttifaqına inteqrasiya yolunu seçmək, yoxsa...
Region

Ermənistan 40 min qarabağlıya vətəndaşlıq verib 

22 İyul 2026

Açıq mənbə

Ermənistan Qarabağdan köçən təxminən 40 min nəfərə vətəndaşlıq verib.  Bu barədə Ermənistanın daxili işlər naziri Arpine Sarkisyan “CivilNet”-ə müsahibəsində deyib. Onun sözlərinə görə, qarabağlı qaçqınların ümumi sayı 115 mindən çoxdur və onların təxminən yarısı vətəndaşlıq üçün müraciət edib. Müraciətlərə baxılmağa davam edilir.  “İki il yarımlıq müddəti nəzərə alsaq, hesab edirəm ki, bu, qaçqın əhalinin Ermənistan vətəndaşlığını almaqda və Ermənistanda tamhüquqlu, perspektivli gələcək qurmaqda maraqlı olduğunu göstərən mühüm göstəricidir”, - A.Sarkisyan deyib. Nazir xatırladıb ki, qaçqınların Ermənistana sosial-iqtisadi inteqrasiyası Ermənistan və Avropa İttifaqı arasında viza rejiminin liberallaşdırılması ilə bağlı görülən işlərin istiqamətlərindən biridir. “Düşünürəm ki, artıq görülmüş işlər avropalı tərəfdaşlar tərəfindən...

Seçilmiş Videolar

Toplum TV loqo