Azərtac
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Ermənistanla sərhəddəki delimitasiya işlərindən danışıb.
O, iyulun 9-da jurnalistlərə deyib ki, sərhədin 13 kilometrə yaxın hissəsində delimitasiya işləri başa çatıb.
"Delimitasiya prosesi şimaldan cənuba doğru davam etdiriləcək. Eksklav kəndlərin məsələsi də öz həllini tapacaq”, - nazir əlavə edib.
Ermənistan baş naziri Nikol Paşinyan iyulun 9-da keçirdiyi brifinqdə nazirin açıqlaması haqda suala cavab verib. O deyib ki, bu mövzuda hər hansı yenilik yoxdur.
"Lakin bu məsələnin həlli bizim də marağımızdadır, çünki Artsvaşen kəndi [azərbaycanca Başkənd] eksklav statusunda Azərbaycanın nəzarəti altındadır və 1991-ci il Alma-Ata Bəyannaməsində təsbit olunmuş prinsiplərə uyğun olaraq Ermənistan Respublikasının suveren ərazisidir", - o qeyd edib.
Paşinyan ötən ilin noyabrında da Başkəndin geri alınmalı olduğu haqqında açıqlama vermişdi.
Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası iki ölkənin baş nazir müavinləri Şahin Mustafayev və Mher Qriqoryanın başçılıq etdiyi komissiyalar tərəfindən aparılır.
Dövlət sərhədinin delimitasiyası üçün dövlət komissiyaları 2022-ci ildə yaradılıb. Əvvəlcə komissiyalar arasında vasitəçilik Moskva və Brüssel tərəfindən aparılsa da, sonradan komissiyalar vasitəçisiz görüşməyə başlayıblar.
Sovet dövründə Ermənistanın Azərbaycan daxilində, Gədəbəy rayonunda yerləşən Başkənd adlı bir eksklav kəndi olub.
Azərbaycanın isə Ermənistan daxilində 4 eksklavı olub. Bunlar Qazax rayonuna tabe Yuxarı Əskipara, Sofulu, Bərxudarlı və Naxçıvana tabe Kərki kəndləridir.
Azərbaycan Xarici İşlər Nazirliyi daha əvvəl bu kəndlərin sərhədin delimitasiyası nəticəsində qaytarılacağını bildirib.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
Russian Foreign Ministry
Açıq mənbə
Kəlbəcərdə əmək müqaviləsiz işçi çalışdıran şirkət 20 min manat cərimələnib
2027-ci ilin büdcə proqnozu: Neft gəlirləri azalır, vergi gözləntiləri artır
Bəxtiyar Hacıyev: “300-dən çox siyasi məhbus ‘sülh əsiri’ kimi qəbul edilməlidir”
Taleh Bağırzadə İlham Əliyev: “Mənə ömürlük verin, həbsdəki qadınları azad edin”
Əvvəl zolaq çəkilir, sonra yol qazılır: Dövlət qurumları niyə bir-biri ilə əlaqəli işləmir?