Siyasət

Əliyev və Paşinyan Soçiyə səfər edib

31 Oktyabr, 2022
1866

Rəsmi səhifə

Oktyabrın 31-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə Soçi şəhərinə işgüzar səfərə gedib.

Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Bu gün Ermənistanın Baş naziri Nikol Paşinyan da Soçiyə səfər edib. O, Rusiya Prezidenti Vladimir Putin və Azərbaycan Prezidenti İlham Əliyevlə üçtərəfli görüşdə iştirak edəcək.

Görüşün bu gün baş tutacağını Kreml təsdiqləyib. 

https://toplum.tv/siyaset/qarabag-seperatcilari-artsax-in-azerbaycanin-terkib-hissesi-sayilacagi-istenilen-sened-redd-edilecek

II Qarabağ müharibəsindən sonra üçtərəfli görüşlər

2020-ci ildə noyabrın 10-da Vladimir Putin, İlham Əliyev və Nikol Paşinyan  Moskva vaxtı ilə saat 00:00-dan etibarən Dağlıq Qarabağda hərbi əməliyyatların tam dayandırılması haqqında videokonfrans vasitəsilə birgə bəyanat imzalayıblar. Əldə olunan razılaşmalara əsasən, Azərbaycan və Ermənistan tərəfləri öz mövqelərində dayanıb, bölgəyə Rusiya Federasiyasının sülhməramlıları yerləşdirilib. 2020-ci ilin dekabr ayına kimi işğal altındakı bir sıra rayonlar, o cümlədən Kəlbəcər, Ağdam və Laçın Bakının nəzarətinə keçib. 

2021-ci il yanvarın 11-də Rusiya liderinin təşəbbüsü ilə Kremldə Putin, Əliyev və Paşinyan arasında danışıqlar baş tutub. Tərəflər Dağlıq Qarabağda atəşkəs haqqında birgə bəyannamənin icrası ilə bağlı irəliləyişə nəzər salıb və regionda mövcud problemlərin həlli üçün gələcək addımları müzakirə ediblər. Dörd saata yaxın davam edən görüşün yekunu olaraq Qarabağda yeni infrastruktur layihələri ilə bağlı birgə bəyanat imzalanıb, icrası baş nazirin müavinləri səviyyəsində üçtərəfli işçi qrupuna həvalə edilib.

2021-ci il noyabrın 26-da Rusiya dövlət başçısının təşəbbüsü ilə Soçidə Putin, Əliyev və Paşinyan arasında üçtərəfli danışıqlar keçirilib. Görüş Qarabağ münaqişəsi zonasında hərbi əməliyyatların dayandırılması ilə bağlı bəyanatın imzalanmasının ildönümünə təsadüf edib. Danışıqlar üç saata yaxın davam edib və nəticədə birgə bəyanat qəbul edilib. Putin, Əliyev və Paşinyan Azərbaycan-Ermənistan sərhədində sabitliyin və təhlükəsizliyin səviyyəsini artırmaq üçün addımlar atmağa razılaşıblar. Görüşün əsas nəticəsi ölkələr arasında sərhədin demarkasiyası və delimitasiyası mexanizminin yaradılması ilə bağlı qərar olub. Rusiya Federasiyası tərəflərin müraciəti əsasında məsləhətçi yardım göstərməyə hazır olduğunu bildirib. 

2022-ci il oktyabrın 31-də Soçidə Rusiya, Azərbaycan və Ermənistan liderləri II Qarabağ müharibəsindən sonra sayca dördüncü dəfə üçtərəfli görüş keçirəcəklər. 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

Ramiz Mehdiyevin işi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib

15 Sentyabr 2026

sosial media

Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevin işi üzrə ibtidai istintaq başa çatıb. İş Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Hökumətə yaxın media qurumlarının əlumatına görə, işə hakim Murad Aslanovun sədrliyi ilə baxılacaq. İlk məhkəmə iclası sentyabrın 21-nə təyin olunub. Mehdiyev dövlətə xəyanət, hakimiyyəti zorla ələ keçirməyə yönələn əməllər, cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması və rüşvət almaqda ittiham olunur. Onun barəsində cinayət təqibi 2025-ci ilin oktyabrında başlayıb. Oktyabrın 14-də Səbail rayon Məhkəməsi onun haqqında dörd aylıq ev dustaqlığı qətimkan tədbiri seçib. Mehdiyevin ev dustaqlığı müddəti sonradan bir neçə dəfə artırılıb. Eyni iş çərçivəsində Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli...
Siyasət

Ülviyyə Əli: "Həbsimiz İlham Əliyevin şüurlu seçimidir"

15 Sentyabr 2026

sosial media

Sentyabrın 14-də Bakı Ağır Cinayətlər Məhkəməsində "Meydan TV işi" üzrə növbəti məhkəmə prosesi keçirilib.  "Meydan TV"nin xəbərinə görə, hakim Zaur Hacıyevin sədrliyi ilə baş tutan prosesdə iş üzrə həbs olunan jurnalistlərdən Ülviyyə Əli (Quliyeva) ifadə verib.  Jurnalist ittihamları rədd edib və həbsinin siyasi sifarişli olduğunu bildirib.  "Bu gün mən İlham Əliyev və onun sadiq qullarını ittiham edirəm. Bizim həbsimiz hansısa ehtiyatsızlıqdan alınmış qərar deyil. Bizim həbsimiz İlham Əliyevin etdiyi şüurlu və məqsədli seçimdir, onun siyasi iradəsidir. Və bəli, mən sizi insan hüquqlarını tapdalamaqda, hüququn aliliyinə ləkə bulaşdırmaqda, öz tənqidçilərinizə qarşı dözümsüz yanaşmaqda, o kürsülərdə vətəndaşlarınızın canı və qanı bahasına əyləşməkdə,...

Seçilmiş Videolar

Toplum TV loqo