Siyasət

15 gündür aclıq edən Tofiq Yaqublunun 10 kq çəki itirdiyi bildirilir

10 Mart, 2026
142

Foto: sosial media

Həbsdə olan və 15 gündür aclıq aksiyası keçirən müxalif siyasətçi Tofiq Yaqublunun səhhətinin pisləşdiyi bildirilir.

Bu barədə onun qızı Nigar Həzi sosial media hesabında vəkil Nemət Kərimliyə istinadən məlumat verib.

Martın 10-da saxlandığı Bakı İstintaq Təcridxanasında T.Yaqublu ilə görüşən N.Kərimli bildirib ki, həkimlərin müayinəsindən sonra siyasətçinin 10 kiloqram çəki itirdiyi, qan təzyiqinin isə aşağı - 60/90 olduğu məlum olub.

Vəkil də T.Yaqublunun xeyli çəki itirdiyini, habelə səsinin zəiflədiyini və rənginin tutqunlaşdığını təsdiqləyib.

T.Yaqublu fevralın 23-də saxlanıldığı Bakı İstintaq Təcridxanasında 1 həftəlik cərimə kamerasına ("karser") salınıb və həmin vaxtdan aclıq edir. Müəssisə rəhbərliyi isə qərarı onun "kamerada axtarışa mane olması ilə" əsaslandırmışdı.

T.Yaqublu daha öncə vəkili vasitəsilə verdiyi açıqlamada aclığa başlamasını "əsassız yerə karsa salınmasından" əlavə, barəsindəki "qanunsuz məhkəmə hökmü və ABŞ-nin Azərbaycandakı səfirliyinin insan haqlarının kobud şəkildə pozulmasına açıq göz yumması" ilə izah edib.

Milli Şuranın və Müsavat Partiyasının üzvü olan Tofiq Yaqublu ötən il martın 10-da Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 9 il azadlıqdan məhrum edilib.

O, Cinayət Məcəlləsinin külli miqdarda ziyan vurmaqla dələduzluq və saxta sənəd hazırlama və ya istifadə etmə maddələri ilə təqsirli bilinib.

Özü isə ittihamları qurama sayır.

T.Yaqublu hökmə etiraz olaraq aprelin 1-dən mayın 10-a qədər aclıq edib.

O, 2013-cü ildə də İsmayıllıda etirazlarda iştirak etdiyinə görə Cinayət Məcəlləsinin 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri üzrə həbs edilib. Şəki Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə 5 il müddətinə azadlıqdan məhrum edilib.

Beynəlxalq ictimaiyyət, ABŞ və Avropa İttifaqı tərəfindən onun həbsi pislənilib. T.Yaqublu 2016-cı ilin martında əfv sərəncamı ilə azadlığa buraxılıb.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

Lavrovla görüşdən sonra Bayramov: “Bakı və Moskva ikitərəfli münasibətləri normallaşdırıb”

17 İyul 2026

azernews.az

"Azərbaycanla Rusiya mürəkkəb mərhələni geridə qoyub, münasibətlər tam normallaşıb."  APA-nın xəbərinə görə, bunu xarici işlər naziri Ceyhun Bayramov Rusiya xarici işlər naziri Sergey Lavrovla Moskvada birgə mətbuat konfransında deyib. "Xüsusilə qeyd etmək istərdim ki, bu normallaşma ölkələrimizin rəhbərlərinin şəxsi mövqeyi sayəsində mümkün olub", - o əlavə edib.  Lavrov da qeyd edib ki, nazirlər səviyyəsində aparılan danışıqlar prezidentlər arasındakı dialoqun davamıdır.  "Bütün bunlar həyatda qaçılmaz olan və dövri olaraq yaranan çətinliklərə baxmayaraq, 2022-ci il fevralın 22-də imzaladığımız müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Moskva Bəyannaməsinin potensialını tam şəkildə həyata keçirməyə doğru irəlilədiyimizi göstərir”, - o əlavə edib.  Azərbaycan və Rusiya arasında münasibətlər 2024-cü...
Siyasət

Qadın məhbuslar üçün aclıq edən inanclı fəallar "kars"a salınıb 

17 İyul 2026

Toplum TV

Umbakı Penitensiar Kompleksində aclıq aksiyası keçirən inanclı fəallar cərimə kamerasına ("kars") salınıb.  Bu barədə jurnalist Arzu Abdulla məhbuslardan birinin ailə üzvlərinə istinadən məlumat yayıb.  Müsəlman Birliyi Hərəkatının (MBH) üzvləri Süleyman Ələkbərov, Vəli Allahverdiyev, Vüqar Alıyev və Elvin Zeynalov "siyasi məhbus" kimi tanınan qadınlar üçün aclıq aksiyasına başlamışdı.  İlk üç inanclı iyulun 11-də, E.Zeynalov isə iyulun 13-də aclığa başlayıb. Onlar həbsdə olan 9 qadın jurnalistin, eləcə də 6 inanclı qadın fəalın azadlığa buraxılmasını tələb edirlər. Qadın jurnalistlər son üç il ərzində "Abzas Media" və "Meydan TV"-yə qarşı cinayət işləri üzrə həbs olunub. Onlar qaçaqmalçılıq, vergidən yayınma, qanunsuz sahibkarlıq kimi əməllərdə ittiham...

Seçilmiş Videolar

Toplum TV loqo