Siyasət

92 yaşlı Paul Biya 8-ci dəfə Kamerun prezidenti seçilib

28 Oktyabr, 2025
299

Foto: Getty Images

Dünyada ən yaşlı ölkə lideri kimi tanınan 92 yaşlı Kamerun prezidenti Paul Biya qalmaqallı şəkildə keçirilən seçkilərdə növbəti dəfə qalib gəlib. 

Kamerun Konstitusiya Şurasının açıqlamasına görə, Biya səslərin 53,7 faizini toplayaraq qalib gəlib. Onun əsas rəqibi, müxalifət lideri İssa Çiroma Bakari isə 35,2 faiz səs qazanıb.

Nəticələr elan olunmazdan əvvəl, daha öncə Biyanın müttəfiqi olmuş Bakari seçkilərdə qalib gəldiyini iddia edib, lakin hakimiyyətdə olan Kamerun Xalq Demokratik Hərəkatı bu iddianı rədd edib.

12 oktyabrda keçirilən seçkilər qanlı zorakılıqla müşayiət olunub. 

Son günlərdə yüzlərlə Bakari tərəfdarı bir neçə şəhərdə etiraz qadağalarına baxmayaraq aksiya keçirib və təhlükəsizlik qüvvələri ilə toqquşub.

26 oktyabrda Kamerunun Duala şəhərində keçirilən etiraz aksiyaları zamanı azı dörd nəfər həlak olub.
Regionun qubernatoru bildirib ki, polis məntəqələri hücuma məruz qalıb və təhlükəsizlik qüvvələri özlərini müdafiə ediblər.

27 oktyabrda iğtişaşlar davam edib. Qarua şəhərində Bakarinin yaşadığı evin yaxınlığında bir neçə nəfərin güllələndiyi bildirilib. 

Eyni vaxtda müxalifət lideri “Facebook” səhifəsində yazıb ki, evinin qarşısındakı binada snayperlər yerləşdirilib və “insanlara atəş açılır". 

Etirazçılar Biyanın "Bakarinin qalibiyyətini oğurlamaq” planı olduğunu iddia ediblər. 

Paytaxt Yaundedə vəziyyətin gərginliyinə görə bütün mağazalar və məktəblər hələ də bağlıdır, əksər dövlət qulluqçuları və ofis işçiləri də işə çıxmırlar. 

Ümumilikdə prezidentlik uğrunda 10 namizəd mübarizə aparıb. Rəsmi seçici iştirakı isə 58% olub.

Konstitusiya Şurası seçki saxtakarlığı iddiaları ilə bağlı ən azı 10 ərizəni rədd edib. 

1982-ci ildə hakimiyyətə gələn Biya nadir hallarda ictimaiyyət qarşısına çıxır və vaxtının əksəriyyətini İsveçrə hotellərində keçirməsi ilə tanınır. Bu uzunmüddətli yoxluqlar və yaşının çoxluğu əvvəllər onun öldüyü barədə şayiələrə səbəb olub.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

Lavrovla görüşdən sonra Bayramov: “Bakı və Moskva ikitərəfli münasibətləri normallaşdırıb”

17 İyul 2026

azernews.az

"Azərbaycanla Rusiya mürəkkəb mərhələni geridə qoyub, münasibətlər tam normallaşıb."  APA-nın xəbərinə görə, bunu xarici işlər naziri Ceyhun Bayramov Rusiya xarici işlər naziri Sergey Lavrovla Moskvada birgə mətbuat konfransında deyib. "Xüsusilə qeyd etmək istərdim ki, bu normallaşma ölkələrimizin rəhbərlərinin şəxsi mövqeyi sayəsində mümkün olub", - o əlavə edib.  Lavrov da qeyd edib ki, nazirlər səviyyəsində aparılan danışıqlar prezidentlər arasındakı dialoqun davamıdır.  "Bütün bunlar həyatda qaçılmaz olan və dövri olaraq yaranan çətinliklərə baxmayaraq, 2022-ci il fevralın 22-də imzaladığımız müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Moskva Bəyannaməsinin potensialını tam şəkildə həyata keçirməyə doğru irəlilədiyimizi göstərir”, - o əlavə edib.  Azərbaycan və Rusiya arasında münasibətlər 2024-cü...
Siyasət

Qadın məhbuslar üçün aclıq edən inanclı fəallar "kars"a salınıb 

17 İyul 2026

Toplum TV

Umbakı Penitensiar Kompleksində aclıq aksiyası keçirən inanclı fəallar cərimə kamerasına ("kars") salınıb.  Bu barədə jurnalist Arzu Abdulla məhbuslardan birinin ailə üzvlərinə istinadən məlumat yayıb.  Müsəlman Birliyi Hərəkatının (MBH) üzvləri Süleyman Ələkbərov, Vəli Allahverdiyev, Vüqar Alıyev və Elvin Zeynalov "siyasi məhbus" kimi tanınan qadınlar üçün aclıq aksiyasına başlamışdı.  İlk üç inanclı iyulun 11-də, E.Zeynalov isə iyulun 13-də aclığa başlayıb. Onlar həbsdə olan 9 qadın jurnalistin, eləcə də 6 inanclı qadın fəalın azadlığa buraxılmasını tələb edirlər. Qadın jurnalistlər son üç il ərzində "Abzas Media" və "Meydan TV"-yə qarşı cinayət işləri üzrə həbs olunub. Onlar qaçaqmalçılıq, vergidən yayınma, qanunsuz sahibkarlıq kimi əməllərdə ittiham...

Seçilmiş Videolar

Toplum TV loqo