Siyasət

ABŞ Bəxtiyar Hacıyevlə bağlı hökmdən məyusluq hissi keçirir - Səfirlik

14 Yanvar, 2025
22

açıq mənbədən götürülüb

ABŞ-ın Azərbaycandakı səfirliyi ictimai fəal Bəxtiyar Hacıyevlə bağlı məhkəmə qərarına münasibət bildirib.

“ABŞ Bəxtiyar Hacıyevlə bağlı çıxarılan son məhkəmə qərarından dərin məyusluq hissi keçirir”, səfirliyin adından yayılan açıqlamada belə deyilir. 

Səfirlik eyni zamanda ölkədə insan haqları ilə bağlı növbəti dəfə çağırış edib: “Biz, ardıcıl olaraq, Azərbaycanı beynəlxalq öhdəliklərini yerinə yetirməyə və haqsız yerə həbs olunanları azad etməyə çağırırıq”.

Yanvarın 13-də Bakı Ağır Cinayətlər Məhkəməsində ictimai fəal Bəxtiyar Hacıyevə hökm oxunub. O, 10 il müddətinə azadlıqdan məhrum edilib. Bundan başqa, ictimai fəalın evi və bank hesablarındakı pul vəsaitləri də müsadirə olunub. Ona təlim-tədris işləri qadağan edilib. 

Bəzi maddələrə isə müddəti ötdüyü üçün xitam verilib. 

Bəxtiyar Hacıyev özünü təqsirli bilmədiyini, sifarişlə həbs olunduğunu bildirib. 

Bəxtiyar Hacıyev 2022-ci ilin dekabrında xuliqanlıq və məhkəməyə hörmətsizlik ittihamı ilə həbs edilmişdi. Ötən il fəala qarşı maliyyə pozuntuları, qanunsuz sahibkarlıq, qaçaqmalçılıq, saxta sənədlərdən istifadə etmək, vergilərin ödənilməməsi ilə bağlı yeni ittihamlar irəli sürülmüşdü.

Hacıyev ittihamları rədd edir, həbsini siyasi sifariş hesab edir. 

Hüquq müdafiəçiləri ölkədə 300-dən çox siyasi məhbus olduğunu bildirirlər. 

Azərbaycan hakimiyyəti isə ölkədə heç kimin siyasi fəaliyyətinə görə həbs edilmədiyini, bütün hüquq və azadlıqların təmin olunmadığını bildirir.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Siyasət

“2024-cü il repressiyaların və polis özbaşınalığının güclənməsi ilə yadda qaldı” - SMMM-nin illik hesabatı

14 Yanvar 2025

Mikroskopmedia

Siyasi Məhbusların Monitorinqi Mərkəzi Azərbaycanda insan hüquqlarının vəziyyətinə dair illik hesabat açıqlayıb. Hesabatda bildirilir ki, 2024-cü il Azərbaycanda "repressiyaların və polis özbaşınalığının güclənməsi" ilə yadda qalıb. Qeyd olunur ki, ölkədə siyasi məhbusların sayı ötən il 331-ə çatıb və onların arasında yenə də çoxluğu dindarlar təşkil edir. Bununla belə, ötən il həbs edilən ictimai-siyasi fəallar, media nümayəndələri, blogerlər və hüquq müdafiəçilərinin sayı da artıb. Hesabat müəlliflərinə görə, “5-ci kolon”un nümayəndələrini ovlayan” Daxili İşlər Nazirliyi öz işçilərinə “ən amansız hüquqlar" verib və burda söhbət fiziki haqq-hesab çəkməyə qədər gedib çıxır. “KİV-in məlumatına görə, polis həddindən artıq tədbirlərdən istifadə edib və cinayətlərdə şübhəli...
Siyasət

AZAL-ın qəzaya uğrayan təyyarəsinin “qara qutu”ları “çox maraqlı məlumatlar verib” - Lavrov

14 Yanvar 2025

Kolllaj/Toplum Tv

Dekabrın 25-də Aktau yaxınlığında qəzaya uğramış AZAL-a məxsus sərnişin təyyarəsinin “qara qutu”ları çox maraqlı məlumatlar verib. Bu haqda Rusiya xarici işlər naziri Sergey Lavrov yanvarın 14-də keçirdiyi illik mətbuat konfransında deyib (APA).  O, təyyarə qəzası ilə bağlı yayılan xəbərlərin “qara qutu”lardakı məlumatlarla faktiki olaraq təsdiqini tapmadığını söyləyib. Bu haqda geniş açıqlama verməyən nazir bildirib ki, təhqiqat başa çatana qədər gözləmək lazımdır.  Onun sözlərinə görə, rəsmi Moskva təyyarə qəzasının araşdırılmasında Azərbaycanın Rusiyanın iştirakını dəstəkləməsini yüksək qiymətləndirir. İki ölkənin münasibətlərinə toxunan Lavrov Moskva ilə Bakının istənilən məsələləri həll edə biləcəyini deyib və buna misal olaraq İkinci Qarabağ müharibəsində səhvən Rusiya helikopterinin vurulması...

Seçilmiş Videolar

Toplum TV loqo