Siyasət

Aİ: ABŞ-ın “qeyri-qanuni” rüsumlarına cavab verəcəyik 

10 Fevral, 2025
25

Açıq mənbədən götürülüb

Avropa İttifaqı (Aİ) bəyan edir ki, ABŞ-ın alüminium və polad üzərindəki "qanunsuz və iqtisadi cəhətdən səmərəsiz" gömrük rüsumları təsdiqlənərsə, bu rüsumlara qarşı öz maraqlarını qorumaq üçün tədbirlər görəcək.

Qurumun fevralın 10-da yaydığı bəyanatda bildirilir ki, Aİ ixracına rüsum tətbiq etmək üçün heç bir əsas görmür:”Biz Avropa biznesmenlərinin, işçilərinin və istehlakçılarının maraqlarını əsassız tədbirlərə qarşı qorumaq üçün hərəkətə keçəcəyik”.

Prezident Donald Tramp bazar günü Avropadan idxala təsir edib-etməyəcəyini dəqiqləşdirmədən ABŞ-a daxil olan polad və alüminiuma 25 faizlik rüsum tətbiq edəcəyini açıqlayıb.

Aİ heç bir rəsmi bildiriş almadığını, “təfərrüatsız və yazılı izahat olmadan" bəyanatlar cavab verməyəcəyini bildirib.

Artıq Meksika, Kanada və Çinə qarşı tarifləri açıqlayan Tramp, Aİ-ni də hədəf alacağını bildirib.

Aİ iddia edir ki, ABŞ ilə ticarətin hər iki tərəfə faydası var, avropalılar üçün mallarda 155,8 milyard avro, amerikalılar üçün isə xidmətlərdə 104 milyard avro artım var.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Siyasət

DİN-də Şahnaz Bəylərqızıyla bağlı hüquq müdafiəçilərilə görüş keçirildiyi deyilir

11 Fevral 2025

Şahnaz Bəylərqızı/şəxsi arxiv

Bu gün, fevralın 11-də Hüquq Müdafiə Təşkilatları Monitorinq Qrupunu üzvləri Novella Cəfəroğlu, Səidə Qocamanlı və Səadət Bənanyarlının iştirakı ilə jurnalist Şahnaz Bəylərqızıyla bağlı Daxili İşlər Nazirliyində görüş keçirildiyi deyilir. Bildirilir ki, onların müraciəti dinlənilib, aparılan istintaqın gedişi və müraciətin nəticəsi barədə əlavə məlumat veriləcəyi bildirilib. Bir neçə gün əvvəl hüquq müdafiəçiləri jurnalist Şahnaz Bəylərqızı ilə bağlı Prezidenti İlham Əliyevə müraciət ünvanlayıblar. Müraciətdə deyilirdi ki, Ş.Bəylərqızı beyin şişi, şəkərli diabet, hipertoniya kimi ağır xəstəliklərdən əziyyət çəkir. İstintaq və məhkəmə gedişində dəfələrlə onun vəziyyəti ağırlaşıb və təcili tibbi yardım çağrılıb. Hazırda da həkim nəzarətindədir. Müraciət müəllifləri yuxarıda qeyd edilənləri nəzərə alaraq, Prezidentdən Şahnaz Bəylərqızının ev dustaqlığına buraxılmasına...
Siyasət

Məhkəmə jurnalistin şikayətini icraata götürməyib

11 Fevral 2025

Ülviyyə Əli/şəxsi arxiv

“Meydan TV işi”nə görə ölkədən çıxışına qadağa qoyulan “Amerikanın Səsi”nin jurnalisti Ülviyyə Əlinin (Quliyeva) şikayəti Xətai Rayon Məhkəməsi tərəfindən icraata götürülməyib. Bu barədə jurnalist özü məlumat yayıb. “Məhkəmə işə mahiyyəti üzrə baxmaqdan imtina etdi. Bu da o deməkdir ki, sərbəst hərəkət hüququmdan əlavə, mənim məhkəməyə çatımlılıq hüququm da pozulur”, Ü.Əli qeyd edib. Jurnalist qərarda apellyasiya şikayəti verəcəyini bildirib. “Əslində, məhkəmə işi icraata götürüb şikayətimə mahiyyəti üzrə baxmalıdır və qərar qəbul etməlidir ki, mənim ölkədən çıxışıma qoyulan qadağa qanunsuzdur. Mən işdə şahidəm və Miqrasiya Qanununun 9-cu maddəsinə görə şahidin ölkədən çıxışına qadağa qoyula bilməz, ancaq təqsirləndirilən şəxs barəsində belə bir qadağa...

Seçilmiş Videolar

Toplum TV loqo