Siyasət

CPJ: Dəmir barmaqlıqlar ardında keçirdiyi hər gün Şahnaz Bəylərqızının həyatına təhlükədir

11 Fevral, 2025
38

Şahnaz Bəylərqızı/şəxsi arxiv

 “Bəylərqızı hazırda Azərbaycanda peşə fəaliyyətlərinə görə qisas məqsədilə həbs olunmuş azı 23 jurnalist və media işçisindən biridir”

Nyu-Yorkda mənzillənən Jurnalistləri Müdafiə Komitəsi (CPJ)  bəyanat yayaraq fevralın 5-də həbs olunmuş Şahnaz (Hüseynova) Bəylərqızının dərhal azad edilməsinə çağırış edən bəyanat yayıb.

CPJ bildirir ki, peşəkar jurnalist Şahnaz Bəylərqızının həbsi Azərbaycan hakimiyyətinin müstəqil səsləri susdurmaq üçün “Qərbin maliyələşdirdiyi” iddiasından sui-istifadə etdiyini göstərir. 

“Bəylərqızının səhhətində kəskin problemlər var və haqsız yerə dəmir barmaqlıqlar ardında keçirdiyi hər gün onun həyatını təhlükəyə atır. Azərbaycan hakimiyyəti onu və bütün digər haqsız yerə həbs edilmiş jurnalistlərlə dərhal azad etməlidir”, CPJ-nin Avropa və Mərkəzi Asiya üzrə proqram koordinatoru Gülnoza Səid bildirib.

CPJ xatırladır ki, Ş.Bəylərqızına da “Toplum TV işi“ ilə bağlı təqsidrləndirilən digər şəxslərlə eyni maddələr üzre cinayət işi açılıb və təqsirli bilinərsə, onu 12 ilə qədər həbs cəzası gözləyir. 

Təşkilat jurnalistin vəkili Bəxtiyar Hacıyevə istinadən qeyd edir ki, o, şəkərli diabet və yüksək təzyiqdən əziyyət çəkir, saxlanıldığı gün polis idarəsinə onun üçün təcili tibbi yardım çağrılıb.

“Bəylərqızı hazırda Azərbaycanda peşə fəaliyyətlərinə görə qisas məqsədilə həbs olunmuş azı 23 jurnalist və media işçisindən biridir. Onların əksəriyyət 2023-cü ilin sonundan fərqli , azad fikirlərə qarşı genişlənmiş təzyiq və Azərbaycanla Qərb arasında münasibətlərin zəifləməsi fonunda həbs ediliblər”, CPJ vurğulayır.

CPJ-nin illik hesabatı göstərib ki, Azərbaycan 2024-cü ildə dünyada ən çox jurnalistin həbs olunduğu ölkələr sırasında 10-cudur. 

Təşkilat Azərbaycan Daxili İşlər Nazirliyindən rəy almaq istəsə də, onlara cavab verilmədiyini bildirir.

“Toplum TV işi” ilə bağlı həbslər 2024-cü ilin martından başlayıb. Həmin vaxt bu işlə əlaqədar həbs edilənlər III Respublika Platformasının spikeri Akif Qurbanov, qurumun üzvü Ruslan İzzətli, Demokratik Təşəbbüslər İnstitutunun üzvləri Ramil Babayev, İlkin Əmrahov, Əli Zeynal, habelə “ToplumTV”-nin təsisçisi Ələsgər Məmmədli və redaktoru Müşfiq Cabbar idi.

2025-ci ilin yanvarında əlavə olaraq həmin işlə əlaqəli Fərid İsmayılov da həbs edilib.

“Toplum TV işi” üzrə həbs olunanlar əvvəlcə 206.3.2-ci (qaçaqmalçılıq – qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddələri ilə təqsirləndirilirdi. Daha sonra onlara qarşı Cinayət Məcəlləsinin 162-1.1 (Əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işçilərin hər hansı işlərin yerinə yetirilməsinə cəlb edilməsi), 192.3.2 (xüsusilə küllü miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq), 193-1.3.1 (Cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma), 193-1.3.2 (…xeyli miqdarda törədildikdə), 206.4 (mütəşəkkil dəstə tərəfindən qaçaqmalçılıq) və 213.2.1 (Vergiləri,… ödəməkdən yayınma – mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddələri ilə yeni ittihamlar irəli sürülüb.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Siyasət

DİN-də Şahnaz Bəylərqızıyla bağlı hüquq müdafiəçilərilə görüş keçirildiyi deyilir

11 Fevral 2025

Şahnaz Bəylərqızı/şəxsi arxiv

Bu gün, fevralın 11-də Hüquq Müdafiə Təşkilatları Monitorinq Qrupunu üzvləri Novella Cəfəroğlu, Səidə Qocamanlı və Səadət Bənanyarlının iştirakı ilə jurnalist Şahnaz Bəylərqızıyla bağlı Daxili İşlər Nazirliyində görüş keçirildiyi deyilir. Bildirilir ki, onların müraciəti dinlənilib, aparılan istintaqın gedişi və müraciətin nəticəsi barədə əlavə məlumat veriləcəyi bildirilib. Bir neçə gün əvvəl hüquq müdafiəçiləri jurnalist Şahnaz Bəylərqızı ilə bağlı Prezidenti İlham Əliyevə müraciət ünvanlayıblar. Müraciətdə deyilirdi ki, Ş.Bəylərqızı beyin şişi, şəkərli diabet, hipertoniya kimi ağır xəstəliklərdən əziyyət çəkir. İstintaq və məhkəmə gedişində dəfələrlə onun vəziyyəti ağırlaşıb və təcili tibbi yardım çağrılıb. Hazırda da həkim nəzarətindədir. Müraciət müəllifləri yuxarıda qeyd edilənləri nəzərə alaraq, Prezidentdən Şahnaz Bəylərqızının ev dustaqlığına buraxılmasına...
Siyasət

Məhkəmə jurnalistin şikayətini icraata götürməyib

11 Fevral 2025

Ülviyyə Əli/şəxsi arxiv

“Meydan TV işi”nə görə ölkədən çıxışına qadağa qoyulan “Amerikanın Səsi”nin jurnalisti Ülviyyə Əlinin (Quliyeva) şikayəti Xətai Rayon Məhkəməsi tərəfindən icraata götürülməyib. Bu barədə jurnalist özü məlumat yayıb. “Məhkəmə işə mahiyyəti üzrə baxmaqdan imtina etdi. Bu da o deməkdir ki, sərbəst hərəkət hüququmdan əlavə, mənim məhkəməyə çatımlılıq hüququm da pozulur”, Ü.Əli qeyd edib. Jurnalist qərarda apellyasiya şikayəti verəcəyini bildirib. “Əslində, məhkəmə işi icraata götürüb şikayətimə mahiyyəti üzrə baxmalıdır və qərar qəbul etməlidir ki, mənim ölkədən çıxışıma qoyulan qadağa qanunsuzdur. Mən işdə şahidəm və Miqrasiya Qanununun 9-cu maddəsinə görə şahidin ölkədən çıxışına qadağa qoyula bilməz, ancaq təqsirləndirilən şəxs barəsində belə bir qadağa...

Seçilmiş Videolar

Toplum TV loqo